30 Aprel Azərbaycan tarixinə qanla yazıldı !

 
30 Aprel Azərbaycan tarixinə qanla yazıldı !


30 Aprel Azərbaycan tarixinə qanla yazıldı ! UNUTMA !!!

2009-cu il Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktından daha bir il keçir . Bu qanlı cinayət neçə-neçə həyata son qoydu, neçə-neçə ziyalını, alimi, müəllimi, savadlı gənci, adi vətəndaşımızı sıralarımızdan apardı. Terrordan artıq 3 il ötsə də, nə bu qanlı olayın şahidləri, nə də bütün cəmiyyətimiz o dəhşətli faciənin şokundan hələ də çıxa bilməyib. Qanlı olayda 13 nəfər həlak olsa da, onların hamısı təsadüfən gülləyə tuş gəlməyib. Qətlə yetirilənlərin içində vurulacaqlarını, hətta öləcəklərini bilə-bilə qəhrəmancasına terrorçunun üzərinə gedənlər də olub.

O gün bütün akademiya tələbələrinin həyatının bəlkə də ən dəhşətli günü oldu..
O gün kimisi oğlunu,kimisi qardaşını, kimisi sevdiyi bir insanı, kimisi dostunu, qrup yoldaşını,sinif yoldaşını itirdi...

Hadisəni törədən şəxs əvvəlcə akademiyanın qarşısında qatıq satanı öldürmüşdü, sonradan Akademiyanın qaşısında söhbət edən iki qaradərililərə yaxınlaşmışdır. Qara dərililərin biri öldürülsədə digəri qaça bilmişdir. Sonra akademiyaya daxil olub 1-ci mərtəbədən 6-cı mərtəbəyədək qarşısına çıxan müəllim və tələbələri öldürmüşdür. Sonradan bundan qorxan xanım tələbələrdən biri özünü pəncərədən atmışdır. Hadisə yerinə gələn polislər hadisəni törədən şəxsi ölü vəziyyətdə tapmışlar. Lakin güman olunur ki, hadisəni 1 nəfər deyil bir neçə nəfər törədmişdir.


Özəlliklə düşünürəm ki, bu hadisənin kimin tərəfindən törədildiyindən asılı olmayaraq, mübarizə hər birimizin borcudur. Biz nəinki bu hadisənin təkrarlanmaması uğrunda, eyni zamanda bu hadisədə əli olan "həmvətənlilərimizin" şüurunda düşmənlərimizə əl verən oyunlara qatlanması ideyası ilə də mübarizə aparmalıyıq. Burda... Xaricdə... Fərq etməz. Sadəcə Vətənimizə ziyan vurmaq istəyən hər kəsə yerini göstərməliyik. Kaş hər kəs bunu anlasın. Kaş bu mübarizə üçün hər birimizin hünəri və ən əsas vicdanı çatsın...
Hər birimiz "QİSAS GÜNÜ"nə hazır olmalıyıq! O gün gec ya tez gələcək, mütləq gələcək!!!

Bizi tərk edən günahsız, bacılarımız, qardaşlarımız hər gecə öz xəyallarını qurmaqla, sabah o xəyalların gerçəkləşməsi ümidi ilə yaşayan gənclərimiz, onlar Vətənimizin bir parçasıdırlar, onlar bizi gələcəyə aparan uğurlu yolun yolçusudurlar, onlar Azərbaycan övladıdırlar! Biz onları heç vaxt unutmarıq!

ADNA'da həlak olan bütün tələbələrə ALLAH'dan rəhmət diləyirik.

ALLAH RƏHMƏT ETSİN!


Geri dön

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}