
İncimirəm qeybətimi qıranlardan
İncimirəm adi ara vuranlardan...
Kürəyimdən vuranlardan inciyirəm!
İncimirəm mənə əyri baxanlardan,
İncimirəm hər tərəfə axanlardan
İncimirəm qurduğumu yıxanlardan
Ümidimi yıxanlardan inciyirəm!
İncimirəm mənə yalan deyənlərdən,
İncimirəm özlərini öyənlərdən
İncimirəm müftə çörək yeyənlərdən
Haram tikə yeyənlərdən inciyirəm!
İncimirəm məni darda atanlardan,
İncimirəm tikan kimi batanlardan
İncimirəm sözü baha satanlardan
Vicdanını satanlardan inciyirəm!
İncimirəm məni soyuq sananlardan,
İncimirəm həsəd çəkib yananlardan,
İncimirəm dediyini dananlardan
Öz dilini,
Öz dinini,
Vətənini satanlardan inciyirəm!!!
İncimirəm adi ara vuranlardan...
Kürəyimdən vuranlardan inciyirəm!
İncimirəm mənə əyri baxanlardan,
İncimirəm hər tərəfə axanlardan
İncimirəm qurduğumu yıxanlardan
Ümidimi yıxanlardan inciyirəm!
İncimirəm mənə yalan deyənlərdən,
İncimirəm özlərini öyənlərdən
İncimirəm müftə çörək yeyənlərdən
Haram tikə yeyənlərdən inciyirəm!
İncimirəm məni darda atanlardan,
İncimirəm tikan kimi batanlardan
İncimirəm sözü baha satanlardan
Vicdanını satanlardan inciyirəm!
İncimirəm məni soyuq sananlardan,
İncimirəm həsəd çəkib yananlardan,
İncimirəm dediyini dananlardan
Öz dilini,
Öz dinini,
Vətənini satanlardan inciyirəm!!!
