O Söyləmişsə, Doğrudur

 
O Söyləmişsə, Doğrudur

Hikmət əhli zatlar buyurur:

Cənnətə gedən yola girmək və Cənnətə getmək, dünya sevgisini qəlbindən çıxaran əhli-sünnə alimlərinə və silsileyi-aliyyənin böyüklərinə tabe olmaq ancaq onları sevməklə mümkündür. Yoxsa, insan bunu öz-özünə edə bilməz. Mövlana Cəlaləddin Rumi həzrətləri «Müəllimimə qovuşdum, ağlımı buraxdım və xilas oldum. Əks halda fəlakətə gedirdim, çünki dedikləriylə etdikləri arasında çox fərq var idi. Ağlım qəbul etmirdi. Zehnimdə etirazlar başlayınca fəlakətə getdiyimi anladım, ən sonunda ağlımı buraxdım və xilas oldum» buyurur.

Kəbəyə çatan «Kəbəyə necə getmək olar?» deyə soruşar? Soruşsa, ona nə deyərlər?

İnsan bir gəmiyə və ya başqa bir vasitəyə mindikdən sonra kapitana qarışmağa haqqı yoxdur. Minməyə bilər. Minsə, susub oturmalıdır. Yəni bizim dinimizin əsası Əbu Bəkr Siddiq həzrətlərinin söylədiyi sözdür. Həzrəti Əbu Bəkr nə buyurur? «Madam ki, o söyləyib, doğru söyləmişdir» buyurur. Merac hadisəsini eşidən müşriklər ona gəlib «Qüdsə nə qədər vaxta gedib gəlmək olar?» deyə soruşdular.

«Bir ayda» buyurdu. «Onsuz da sən ağıllı adamsan, belə söyləyəcəyini bilirdik» dedilər. «Niyə soruşdunuz?» dedi. «Amma sənin əfəndin «Mən bir anda gedib gəldim» deyir, nə deyirsən?» dedilər. «O söyləmişsə, doğrudur» buyurdu. Halbuki ağıl bir ayda gediləcəyini deyir. Ağıl, hesab, kitab bunu bildirir; amma o, ağlı buraxmışdı. Əbu Bəkr Siddiq həzrətləri orada əgər ağlıyla danışmağa davam etsəydi, əshabi-kiram olmaq şərəfindən məhrum qalacaqdı. Halbuki Peyğəmbərlərdən sonra ən üstün insan oldu. Niyə? Bu sözündən, bu imanından, bu ixlasından ötrü…

Hər mürşidi-kamilin tələbələrinin arasında ağlından istifadə etməyən çox az adam olmuşdur. Kim ağlını nə qədər tərk etmişsə, o qədər özünü qurtara bilmişdir. Halbuki çəkilən ən böyük çətinlik belə bir nemətə qovuşduğu halda hələ ağılla yola düşməyə çalışmaqdır. Onlar daim itirib həlak olmuşlar. Buna görə, insan təslimiyyəti nisbətində səadətə çatar. Əshabi-kiramın çatdığı kimi. Qovuşub aşiq olanlar ən böyük rütbəyə çatdılar, ən böyük səadətə qovuşdular. Onların iki rükət namazına sonra gələnlər ömürləri boyunca qıldıqları namazla qovuşa bilmədilər. Elə bir savaba çatmışlar.

Özümüzü sevsək, başqasından soyuyarıq. Özümüzü sevməzsək, hamını sevərik. Hamı da bizi sevər. İki sevgi bir qəlbdə olmaz. Ya Allah sevgisi, ya nəfs sevgisi. Allah sevgisi varsa, o biri onsuz da gedər. Qəlb saf və təmiz olmalıdır. Qəlbimizin saf və təmiz olması özümüzə deyil, böyüklərimizə tabe olmaqla mümkündür. Allahu-təala Qurani-kərimdə düşmənlərlə deyil, dostlarla birlikdə olmağı əmr edir.


Geri dön

_favorit_arkadas

  • 29 may 2012 20:52
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
allah razı olsun......

--------------------

LoVe_LiFe

  • 6 may 2012 14:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
«Bir ayda» buyurdu. «Onsuz da sən ağıllı adamsan, belə söyləyəcəyini bilirdik» dedilər. «Niyə soruşdunuz?» dedi. «Amma sənin əfəndin «Mən bir anda gedib gəldim» deyir, nə deyirsən?» dedilər. «O söyləmişsə, doğrudur» buyurdu. Halbuki ağıl bir ayda gediləcəyini deyir. Ağıl, hesab, kitab bunu bildirir; amma o, ağlı buraxmışdı. Əbu Bəkr Siddiq həzrətləri orada əgər ağlıyla danışmağa davam etsəydi, əshabi-kiram olmaq şərəfindən məhrum qalacaqdı. Halbuki Peyğəmbərlərdən sonra ən üstün insan oldu. Niyə? Bu sözündən, bu imanından, bu ixlasından ötrü…


deyerli meqaledir. ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 6 may 2012 01:40
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Özümüzü sevsək, başqasından soyuyarıq. Özümüzü sevməzsək, hamını sevərik. Hamı da bizi sevər. İki sevgi bir qəlbdə olmaz. Ya Allah sevgisi, ya nəfs sevgisi. Allah sevgisi varsa, o biri onsuz da gedər. Qəlb saf və təmiz olmalıdır. Qəlbimizin saf və təmiz olması özümüzə deyil, böyüklərimizə tabe olmaqla mümkündür. Allahu-təala Qurani-kərimdə düşmənlərlə deyil, dostlarla birlikdə olmağı əmr edir.

--------------------

enigmatic_girl

  • 3 may 2012 22:16
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: Nuray2012
Cox sagol Allah razi olsun

--------------------

★Miss Love★

  • 1 may 2012 17:28
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli xeberdir oxudum...Allah razi olsun senden...

✰GoLd GirL✰

  • 1 may 2012 15:06
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur cox sag olun....

C.I

  • 30 aprel 2012 19:33
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
cox qeweng xeberdiyeeeeee tskler...................

--------------------

... Deryam ...

  • 30 aprel 2012 19:31
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Kim ağlını nə qədər tərk etmişsə, o qədər özünü qurtara bilmişdir.

Allah razi olsun deyerli xeberdi

--------------------

✰GlaMurKa✰

  • 30 aprel 2012 15:31
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Miss Lady

  • 30 aprel 2012 15:10
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
YARISINA QEDER OXUDUM....MARAQLI IDI

ANGEL LOVE

  • 30 aprel 2012 15:10
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnnn

--------------------

Zumka

  • 30 aprel 2012 14:23
  • Məqalə: 2
  • Şərh: 127
  • Bal:
{awards}
Allah hamini nezerinde saxlasin AMIN!!!

--------------------
Bir gecə səssizscə olmuşdum aşkar,
Səssiz yox oluram,ey sevgili yar.
Ağlama,burada qəribə nə var??
Necə gəlmişdimsə,elə gedirəm.

P.S Xeyanete wahid olduqca elinden opurem yalnizligimin... :(

EnD of TiMe

  • 30 aprel 2012 14:21
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox gozeldir...tesekkurler beyendim xeberi....

✰Dгeaм✰

  • 30 aprel 2012 14:03
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Nuray2012

  • 30 aprel 2012 13:58
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}