Axirət səfəri-3

 
Axirət səfəri-3

21-Axirətin mənzillərindən biri də qiyamətdə hesab verməkdir: Allah-taala Qurani-kərimdə buyurur: “Camaatın hesab verəcəyi vaxt yaxınlaşdı, lakin onlar qəflətdədir və onun haqqında heç də fikirləşmirlər.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(Qiyamətdə) dörd məsələ haqqında soruşular: 1-Ömür. 2-Cavanlıq. 3-Var-dövlətin haradan qazanılması. 4-Var-dövlətin harada xərclənməsi.”
İmam Baqir (ə) da buyurmuşdur: “Qiyamət günündə insandan soruşulan ilk əməl namazdır.”


22-Axirət mənzillərindən biri də əməl dəftərinin verilməsidir: Qurani-kərimdə də bu barədə söz açılmışdır. Belə ki, “Zilzal” surəsinin 6-cı ayəsində buyurulur: “O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar.”

İmam Sadiq (ə) buyurmuşdur: “Möminin əməl dəftəri sağ əlinə veriləcək və hesabı asan olacaq. Başqalarının əməl dəftəri isə sol əlinə veriləcək və onlar ağır hesab verənlərdir.”

İmam Sadiq (ə) yenə buyurmuşdur: “Qiyamət başlananda camaatın əməl dəftəri onlara verilər və onlara deyilər ki, oxu... Sonra onlar deyərlər: Vay olsun bizə! Gördüyümüz böyük və kiçik əməllərin hamısı burada yazılmışdır!”

23-Axirət mənzillərindən biri də cəhənnəmin üzərindən çəkilən Sirat körpüsüdür: Oradan keçə bilməyən şəxs behiştə daxil olmaz. Bu körpü tükdən nazik, qılıncdan iti və oddan hərarətlidir. Dünyada doğru yolda olan, həqiqət və din yolundan sapmayanlar bu körpüdən sağ-salamat və ildırım sürəti ilə ötüb keçəcəklər. Bəziləri çətinliklə keçib nicat tapacaqlar. Bəziləri sürətli atlar kimi, bəziləri dizi-dizi (iməkləyərək) Siratı adlayacaq, bəziləri də bu körpüdən keçərkən cəhənnəmə düşəcəklər. Bir sözlə, camaat dünyada din yolunu necə getmişlərsə, Siratı da elə keçəcəklər.

24-Əllamə Məclisi özünün “Həqqul-yəqin” kitabında yazır: Bizim əqidəmizə görə, Sirat körpüsünün hər bir dolamasında insandan Allahın əmr və qadağan etdiyi məsələlərdən soruşulacaq. Əgər həmin məsələ barəsində səhlənkarlıq etmişdirsə, o dolamada min il saxlanılar və ondan həmin məsələ ilə əlaqədar Allahın haqqı tələb olunar. Əgər ona cavab verə bilsə, Allahın rəhmətinə şamil olub, nicat tapar və başqa bir dolamaya çatar. Beləliklə, Sirat körpüsünün hər bir dayanacağında sorğu-sual olunan halda, onu ötüb keçər.

25-Sirat körpüsündən sağ-salamat keçməyə səbəb olan əməllər:
a) Qohumluq əlaqələrini möhkəmlətmək.
b) Əmanətə sadiq qalmaq.
v) Rəcəb ayının ilk onuncu gecəsində (işa namazından sonra) iyirmi rükət namaz qılmaq.
q) Rəcəb ayında altı gün oruc tutmaq.
d) Şəban ayının 29-cu gecəsində on rükət namaz qılmaq və hər rükətində “Həmd” surəsindən sonra bir dəfə “Təkasur”, on dəfə “Nas”, “Fələq” və “İxlas” surələrini oxumaq.
s) İmam Rza (ə)-ı ziyarət etmək.


26-İmam Sadiq (ə) buyurmuşdur: “Günlərin birində Cəbrail qəzəbli və qaş-qabaqlı halda həzrət Peyğəmbər (s)-in yanına gəldi. Peyğəmbər (s) buyurdu: “Nə üçün bu gün belə qəzəblisən?” Cəbrail dedi: “Mələklər cəhənnəm odunu ağartmaq üçün min il, qızartmaq üçün min il, qaraltmaq üçün də min il üfürdülər. İndi də onun odu qaradır. Əgər ondan bir damla dünya sularına düşsə, bütün dünya camaatı onun pis qoxusundan ölərlər.” Bundan sonra həm Peyğəmbər (s), həm də Cəbrail ağlamağa başladılar. Bu zaman Allah-taala bir mələk göndərib buyurdu: “Mən sizi bu əzabdan amanda saxladım.”

27-İmam Əli (ə) buyurmuşdur: “Dünyanın sonuncu günü çatanda, insan öz var-dövlətinə xitab edərək deyər: “Sənə qarşı paxıllıq etdim, indi mənə nə kimi köməklər edə bilərsən?” Cavab verib deyər: “Məndən yalnız öz kəfənini götürə bilərsən.” Sonra üzünü övladlarına tutub deyər: “And olsun Allaha! Mən sizi çox sevirəm, bu gün mənə yardım edə bilərsinizmi?” Cavab verib deyərlər: “Biz səni yalnız dəfn edə bilərik.” Ondan sonra öz əməllərinə deyər: “And olsun Allaha, Mən səni çox istəyirdim, özün buna şahidsən. İndi mənə yardım edə bilərsənmi?” Əməl cavab verib deyər: “Mən qəbirdə və hesab gününə qədər səninlə birgəyəm, sonra bizi Allaha tapşırarlar.” Əgər Allahın xoşuna gəlsə, gözəl surətli, xoş ətirli və qəşəng paltar geyinmiş bir şəxs onun yanına gəlib, behiştə müjdə verər. Əgər vacibi əməlləri bilə-bilə tərk edib günahkarlardan, yaxud kafirlərdən olsa, Allahın qəzəbinə səbəb olar və qorxunc surətli, pis qoxulu bir şəxs gəlib, onun cəhənnəmə gedəcəyini xəbər verər.”

28-İnsanın ruhu bədənindən çıxdıqda, can vermənin çətinliyi qurtarar, (qəbrə qoyulmazdan öncə) bir neçə saat rahatlıq və aramlıq hiss edər. Sonra onun gözündən pərdələr götürülər və özünü cənazəsinin üstündə durduğunu, qohum-əqrəbanın isə cənazəsinin ətrafına toplaşıb ağladığını görər və deyər: “Mən artıq sağalmışam, ölməmişəm.” Lakin onun sözünə qulaq asan bir kəs olmaz, sanki heç kəs onu görmür, o isə öz bəsirət gözü ilə dəfn mərasimində iştirak edənlərin müxtəlif surətlərə düşdüyünü – bəzilərini insan, bəzilərini də vəhşi heyvanlar surətində – görüb qorxar. Cənazəni qəbrə yaxınlaşdırdıqda, onu qorxu bürüyər. (Buna görə də cənazənin bir dəfəyə deyil, üç dəfəyə qəbrə qoyulması müstəhəbdir.)

29-Cənazəni qəbrə qoyanda, onun qorxusu daha da çoxalar, bütün bədəni əsməyə başlayar və camaatdan yardım diləyər, lakin heç kəs ona yardım etməz, hər kəs öz işi ilə məşğul olar: biri ağlayar, biri qəbrin üstünə torpaq tökər və s. Qəflətən bir neçə nəfər gəlib onunla söhbət etməyə başlayar. O, onların kim olduğunu soruşmaq istədikdə, gözdən itərlər. Bundan sonra qəbrin üstünün örtüldüyünü və qaranlıq qəbirdə tək-tənha qaldığını hiss edər, camaatın, xüsusilə əhl-əyalının vəfasız olduğunu fikirləşib qəmgin olar və qorxulu və kimsəsiz halda, ümidini Allaha bağlayıb, cənazəsinin üstündə əyləşər.

30-Bu zaman Nəkir və Münkir adlı qorxunc surətli, ağızlarından və burunlarından alov püskürən iki mələk gələr, cənazəni sorğu-suala tutub deyərlər: “Rəbbin kim idi? Peyğəmbərin kim idi? İmamın kim idi? Hansı dində idin? Qiblən haradır?...” Onların surətinin qara olduğu, dodaqlarının dəvə dodağına oxşadığı, əllərində oddan şişlər olduğu üçün, meyyit qorxduğu, taqəti olmadığı halda, cavab verməyə başlayar. Həqiqi əqidəsi olanlar əqidələrini deyib Allahın təkliyinə, həzrət Mühəmməd (s)-in risalətinə və məsum imamların imamətinə şəhadət və digər suallara da düzgün cavab verər. Buna görə də mələklər onunla ədəblə və ehtiramla rəftar edərlər. Əks halda isə, dili tutular və bu zaman mələklər onun qəbrini odla doldurarlar

Axirət səfəri-3

www.ceferiler.com


Geri dön

_favorit_arkadas

  • 30 may 2012 15:17
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
allah razı olsun....

--------------------

enigmatic_girl

  • 6 may 2012 01:56
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
“Möminin əməl dəftəri sağ əlinə veriləcək və hesabı asan olacaq. Başqalarının əməl dəftəri isə sol əlinə veriləcək və onlar ağır hesab verənlərdir.”

--------------------

LoVe_LiFe

  • 3 may 2012 10:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH BOYUKDUUR O BILIR HER SEYI. ALLAH RAZI OLSUN

✰GlaMurKa✰

  • 1 may 2012 23:57
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN maraqli idi tesekkurler

★Miss Love★

  • 1 may 2012 17:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli ve maraqli xebere gore ALLAH razi olsun

C.I

  • 1 may 2012 13:47
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
cox maraqli idi tskler..............

--------------------

✰Dгeaм✰

  • 1 may 2012 12:47
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.Gozel meqaledi.

Dalga

  • 1 may 2012 11:39
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Gozel xeber ucun tewekkur edirem Allah gunahlarimizi bagiwlasin ve weytanin werinden uzaq etsin

--------------------

YaKiWiKLi SeRSeRi

  • 1 may 2012 09:34
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SENDEN

★Love me★

  • 1 may 2012 00:50
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
XEBERE GORE SAGOL.

--------------------

Nuray2012

  • 1 may 2012 00:19
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

AzeriMan

  • 30 aprel 2012 22:58
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
Çox sağ olun. Papağımızı hərliyənədək biz də gedəciiy axirətə. no

--------------------
Səni Sevirəm...

EnD of TiMe

  • 30 aprel 2012 21:16
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler gozel xebere gore....beyendim...xeberi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}