Üzülmə

 
  • 4.11.2010, 17:48
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Üzülmə

Hər sözünü bir hekayə etdiyim, adı dilimin əzbəri!

Sil gözlərini!

Heç nə əbədi deyil ki!

Qorxurammı sanırsan? Düşünmə!

Həyatda itirə biləcəklərinə qorxur insan.

Itirdikdən sonra qorxu da yox olur.

Həyata sənin əllərinlə sarılmışdım

Sən elə istəmişdin...

Üzülmə

Nur sacanım!

Mənsiz keçən günlərə,

Mənsiz doğan günəşə... üzülmə.

Sənə günəşim demişdim, yanılmamışdım, görürsənmi.

Günəşim batdı deyə gedirəm.

Bir çümlə yadıma düşdü haradansa – Bitdi deyə üzülmə, yaşandı deyə sevin.

Üzülmə

Günahım mənim, gecələr olduğunda aç pəncərəni... dua et!

Dua et qərib və narahat ruhlara!

Nəğmə de asta-asta, uyusunlar deyə...

Bilirsənmi...

Yaşamaq ölüm kimiysə - ölüm bir hüzurmuş...

Bu dünya çəkilməzmişsə - o dünya qurtuluşmuş...

Üzülmə

Üsyan etmə, demişdin.

Məndən nə istəyirsən istə, edərəm - demişdin, xatırladınmı?

Bir əsər yaz!

İnanılmaz bir nağıl, bitməyən bir hekayə...

Yazılanlar ölümsüz olur, demişlər...

Ağlama, olurmu?

Göz yaşlarını vərəqlərə hopdur - duyğular ölümsüz olsun deyə!

Üzülmə

"Bir insanın qəlbini qırmaq 70 dəfə Kəbə evini dağıtmaqdan daha günahdır!"
Həzrəti Məhəmməd (S.ə.s) peyğəmbər.


Geri dön

Ulya

  • 4 noyabr 2010 18:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkurler

Yusif

  • 4 noyabr 2010 18:09
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler:))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 34
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}