Övladların anaya təşəkkürü

 
Övladların anaya təşəkkürü

1 yaşında olanda sizi əlləri ilə baslədi və təmizlədi.Bütün gecə ağlayıb onu yatmağa qoymayaraq təşəkkür etdiniz.

2 yaşında olanda sizə yeriməyi öyrətdi. Sizi çağıranda otaqdan qaçmaqla təşəkkür etdiniz.

3 yaşında olanda sizin üçün dadlı yeməklər hazırladı.Qabınızı stolun altına tökərək təşəkkür etdiniz.

4 yaşında olanda sizə rəngarəng qələmlər hədiyyə etdi.evin bütün divarlarına şəkil çəkərək təşəkkür etdiniz

5 yaşında olanda sizi gözəl paltarlarla bəzədi. Gördüyünüz ilk palçıq bataqlığına girərək təşəkkür etdiniz

6 yaşında olanda məktəbə qədər sizinlə gəldi. Siz küçədə “Getməyəcəəəəm” deyərək təşəkkür etdiniz

7 yaşında olanda sizə bir top aldı.Qonşunun pəncərəsini sındıraraq təşəkkür etdiniz. 9 yaşında olanda sizə piano müəllimi tapdı.Notları bir gün çalmayaraq təşəkkür etdiniz

10 yaşında olanda ad günlərindən tutmuş digər tədbirlərə qədər sizi avtomobillə hər yerə apardı.Avtomobildən düşüb arxanıza baxmadan qaçaraq təşəkkür etdiniz

11 yaşında olanda sizi dostunuzla kinoya apardı. "Sən bizimlə oturma" deyərək təşəkkür etdiniz

12 yaşında olanda ziyanlı televiziya proqramlarına baxmamağınızı xahiş etdi. O evdə olmayanda hamısına baxaraq təşəkkür etdiniz

15 yaşında olanda sizi xaricə yay düşərgəsinə göndərdi. Bir tək sətir də olsa, məktub yazmayaraq təşəkkür etdiniz

17 yaşında olanda dostlarınızla əylənməyə getməyə icazə verdi.Evə zəng etmədən səhərə yaxın evə qayıdaraq təşəkkür etdiniz.

19 yaşında olanda məktəb xərclərinizi ödədi, əşyalarınızı məktəbə özü apardı. Dostlarınız onu görməsin deyə qapıda görüşüb yola salaraq təşəkkür etdiniz

21 yaşında olanda iş həyatınız və karyeranızla bağlı sizə məsləhət vermək istədi. "Mən sənin kimi olmayacam" deyərək təşəkkür etdiniz

22 yaşında olanda universitetdən məzun olmağınıza görə qürürla sizə sarıldı. Avropa səyahəti üçün pul istəyərək təşəkkür etdiniz

24 yaşında olanda uzun müddətdir gəzdiyiniz oğlanı tanımaq istədiyini dedi. "Vaxtı gələndə tanıyarsan" deyərək təşəkkür etdiniz

25 yaşında olanda toy xərclərinizi ödədi, sizinlə xoşbəxt olduğunu və qürür duyduğunu dedi.Siz başqa bir yerə köçərək təşəkkür etdiniz

30 yaşında olanda uşağa baxmaqla bağlı məsləhətlər vermək istədi. "Artıq bu metodlar köhnə metodlardır" deyərək təşəkkür etdiniz

40 yaşında olanda sizə zəng edərək bir qohumunuzun ad günü olduğunu bildirdi. "Ana, işim başımdan aşır" deyərək təşəkkür etdiniz

50 yaşında olanda o çox xəstələndi, həftə sonu onu görməyə gedəndə çox sevindi. Ona yaşlıların uşaq kimi nazlı olduğunu deyərək təşəkkür etdiniz

Və bir gün..... o öldü. O günə qədər onun üçün etmədiyiniz nə varsa, o anda qəlbinizə bir ildırım kimi düşdü....


Geri dön

Ulya

  • 4 noyabr 2010 18:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkurler winked

Yusif

  • 4 noyabr 2010 17:14
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox saq ol sizle

sevgi yalandir

  • 4 noyabr 2010 13:57
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}