"Qadınlar ehtiraslı gözlərimi sevirlər"

 
"Qadınlar ehtiraslı gözlərimi sevirlər"

"Qadınlar mənim bir cüt ehtiraslı gözlərimi, kişilərsə qorxulu burnumu sevirlər". Bu sözləri tanınmış hind aktyoru Şahruk xan deyib. Hind kinosu pərəstişkarlarının sevimlisi olan aktyorun 45 yaşı tamam olur. Dehlidə anadan olan Şahrukun sözlərinə görə, o dünyaya gələrkən göbəyi boynuna dolanmış olub. Tibb bacısı isə bunun yaxşı əlamət olduğunu, körpənin xoşbəxt insan olacağını deyib. Müsəlman olmağı ilə fəxr edən Şahruk xanın Şahnaz adlı bir sevimli bacısı var. Onun atası Məhəmməd xan Hindistanın azadlığı uğrunda şəhid olan milli qəhrəmandır, anasi Fatimə isə hüquqşünas olub. Şahruk xan üçün atası hər zaman yeganə nümunə olub və olacaq. Uşaqlığını Dehlidə keçirən Şahruk xan yüksək səviyyəli ingilisdilli kollecdə təhsil alıb. Ünsiyyətcil və dostcanlı Şahruk müəllimlərinin də sevimlisi olub. Aktyorun kumiri isə Sokrat və Maradona olub. Ən sevimli fənləri riyaziyyat və xarici dillər olan Şahruk uşaqlıqda diplomat olmaq və hər yerdə Hindistanı təmsil etmək arzusunda olub.

Hind mədəniyyəti və tarixini çox zəif bildiyini deyən akyor anasının onu tez-tez hind kinolarına apardığını xatırlayır. Bununla da Şahrukun kinoya, xüsusən də hind filmlərinə böyük məhəbbəti yaranır. Universitetin iqtisadiyyat fakültəsini bitirən aktyorun fikrincə, təhsil və savad insan üçün çox önəmlidir. Anasının sayəsində kinoya marağı yaranan Şahruk hələ kollecdə oxuyarkən aktyor kurslarına getməyə başlayır. Bir dəfə televiziya serialı üçün kastinqlərə qoşulur. Onunla tanış olan yaradıcı heyət öz seçimini ingilis məktəbində təhsil alan bu çılğın və qeyri-adi görünüşlü əsl hind oğlanın xeyrinə edir. Bundan sonra rejissorların diqqətini cəlb edən Şahruk daha 5 seriala çəkilir. 1992-ci ildə o, professonal kinoya gəlir. Əsl populyarlığı isə 1993-cü ildə çəkildiyi "Vergi" filmindən sonra qazanır. Elə həmin ildən rejissorlar Bollivudda yalnız onu görür. Hələ indiyədək Bollivudda heç kəs onun qədər məşhurluq əldə etməyib.
Bollivudun qeyri-adi baxışlı, bir az çılğın, bir az səmimi, hərdən dalaşqan, hərdən isə çox səbirli təəssürat yaradan bu aktyoru "Dəlicəsinə məhəbbət", "Ölümlə oyun", "Qorxu altında həyat", "Üç qardaş", "Məhəbbət və nifrət", "Vir və Zara", "Məhəbbət fəsli" və s. filmlərilə hind kino büdcəsinə digərlərindən 2 dəfə çox gəlir gətirir.


Şahruk özünü prodüser kimi də sınayıb. 2000-ci ildə o, Hindistanın tarixindən bəhs edən "İmperator" filminə prodüserlik edir və ekran əsəri çox böyük maraqla qarşılanır. Bir il sonra prodüserlik etdiyi daha bir tarixi ekran əsəri olan "Aşoka" filmində isə eyni zamanda baş rolu ifa edir.
2005-ci ildə yenidən özünü prodüser kimi sınadığı "Müəmma" filmi isə "Ən yaxşı əcnəbi film" nominasiyası üzrə "Oskar"a layiq görülür. Bugünədək 60-dan çox filmdə baş rola, 15-ə qədər filmdə isə epizodik rollara çəkilən Şahruk xan 10 filmə prodüserlik edib. Müsahibələrinin birində Şahruk ilk dəfə 17 yaşında özündən 2 yaş böyük olan bir qıza aşiq olduğunu deyib. Onlar uzun müddət gizli görüşdükdən sonra qızın valideynləri bu münasibətdən xəbərdar olub. Həddindən çox sərbəst və başqa dindən olan oğlanla qızlarının əlaqələrini istəməyən valideynlər uzun müddət onların ayrı qalmasına nail olurlar. Lakin Şahrukun inadkarlığı və məhəbbəti qalib gəlir. 9 il bir-birini sevən cütlük 1991-ci ildə ailə qurur. 26 yaşında ailə quran aktyor həyatının ən xoşbəxt anının həmin gün olduğunu deyir. Hazırda Quari və Şahrukun 13 yaşlı oğlu və 10 yaşlı qızı var.

Bollivud ulduzu hazırda "Don-2" filminə çəkilir. O, Almaniyadadır. Aktyor ekran əsərinin Berlində çəkiləcək hissələri üçün buraya gəlib. Şahruk hələ iki ay Almaniyada qalacaq


Geri dön

KAROLA

  • 20 oktyabr 2011 23:39
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
SHAHRUKH MENIM UCUN IDEAL KISHIDI!MEN ONUN FANATIYAM!COX SEVIREM COOOX!BU AKTYRU BAWQA CUR SEVIREM MENI TANIYANLAR BUNU BILIRLER!MEN SHAHRUKHUN 2009-a QEDERKI BUTUN KINOLARINA bAXMIWAM SORA BAWQAWEHERE KOCDUYUME GORE COX TEESSUF TEZE KINOLARININ HEC BIRINE BAXA BILMEMIE!AMA BUNU BELE WEKILDE DE GORMEY MNE BESDI!COX SAGOLUN TEWWEKKUR SIZE DE! love

BELLA S-VA

  • 28 sentyabr 2011 03:47
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
HEC ONU MAN SEVAN QADAR SEVA BİLMAZ


SHAHRUKA MAN 10 YASİNDAN BARİ VURULMUSAMCOX SAGOLUNŞŞ

Dunya_Sevgi

  • 1 sentyabr 2011 14:04
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
TWK............

TWK............

kuskun melek

  • 8 avqust 2011 22:52
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
askim cox sevirem hind filmlerini tebii ki eger o filmde shahrukh khan varsa.tesekkur.men onun her seyini beyenirem

_RONALDO_

  • 2 aprel 2011 22:53
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
zehlem gedir bundan

--------------------

AYKA-93

  • 1 dekabr 2010 14:34
  • Məqalə: 2
  • Şərh: 85
  • Bal:
{awards}
COX BEYENIREM ONU ELA AKTYORDUR. XEBERE GORE TESHEKKURLER

SerSeRi_RuzGaR

  • 6 noyabr 2010 03:14
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
recourse Bele?>>>>

--------------------
<<<$aLunKa>>>

Ulya

  • 4 noyabr 2010 18:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink

Yusif

  • 4 noyabr 2010 17:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}