Uzun və sağlam ömrün açarı: bağışlamaq!

 
Uzun və sağlam ömrün açarı: bağışlamaq!


Uzun və sağlam ömrün açarı: bağışlamaq!

İnsanlar yüzillər boyu uzun və sağlam yaşamağın sirrini araşdırmışlar. Mütəxəssislər isə bunun üçün bəzən pəhriz, bəzən də idmanı tövsiyə edirlər. Son dövrdə həkimlər bu məsələ ilə bağlı yeni bir fikirlə çıxış ediblər:

uzunömürlü olmanın və sağlam həyat tərzinin sirrini araşdıran Amerikanın nüfuzlu Nyusvik jurnalında dərc olunan məqaləyə görə, uzun ömür sürmənin yolu bağışlaya bilməkdən keçir.

İnsanın psixoloji vəziyyəti ilə sağlamlığı arasında sıx əlaqə olduğu qeyd edilən məqalədə bir insanı bağışlaya bilməmənin şəxsə verdiyi zərərlər sıralanır:

“Xortizol hormonunun səviyyəsi artır, həmçinin, ürək xəstəlikləri, nevroloji pozğunluq və yaddaşsızlıq kimi xəstəliklərə səbəb olur.

Əfv et, çox yaşa! Jurnalın apardığı araşdırmanın nəticələri insan psixologiyası ilə sağlamlığın bir-biri ilə nə qədər bağlı olduğunu bir daha nümayiş etdirir. Amerikalı alimlər hər hansı bir insanı bağışlamanın orqanizmi bir çox xəstəlikdən qoruduğunu bildirirlər. Alimlərin fikrincə, sağlam bir həyat tərzi üçün hər şeydən əvvəl bağışlamağı bacarmaq lazımdır. Onlar bağışlamamanın və qisas alma duyğusunun insanda mənfi psixoloji hal kimi xarakterizə edərək aparılan 1200 klinik araşdırma nəticəsində neqativ hisslərin insanın həm psixoloji həm də fiziki sağlamlığına zərər verdiyini təsbit ediblər. İnsanın hər hansı bir hadisəni yaxud bir şəxsi bağışlamaması onun üzərində psixoloji bir təzyiq yaradır. Zaman keçdikcə bu ürək təzyiqinin yüksəlməsinə, həmçinin ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozğunluğa və yaddaş zəifliyinə gətirib çıxarır. Aparılan digər araşdırmanın nəticələrinə görə, bağışlamamaq kimi neqativ hissə sahib olan insanlarda “xortizol hormonu” səviyyəsinin yüksəlməsi müşahidə edilib. Bu isə başda immun sisteminin pozğunluğu olmaqla şəkər xəstəliyi və yüksək təzyiq kimi xəstəliklərə səbəb olur.

Bağışlamanın faydalarını sübut edən digər araşdırmalar: bu yaxınlarda aparılan araşdırmalarda bağışlamağı bacaran insanların bağışlaya bilməyən, eləcə də qəzəbli insanlarla müqayisədə psixoloji və fiziki baxımdan daha sağlam olduğu müəyyən edilib. Stanford Universitetinin mütəxəssisi Frederik Luskin və həmkarları San-Fransisko şəhərində yaşayan 259 nəfər üzərində təcrübə aparıblar. Təcrübədə iştirak edən şəxslərlə 6 dəfə 90 dəqiqəlik görüş təşkil edən alimlər aparıdıqları söhbətlərdə onlara bağışlamağı öyrətməyə səy göstəriblər. Təcrübədə iştirak edən şəxslər onlara pislik edən insanları bağışladıqdan sonra daha az əzab çəkdiklərini bildiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, bağışlamağı öyrənən şəxslər yalnız psixoloji baxımdan deyil, fiziki baxımdan da özlərini daha yaxşı hiss edirlər. Məsələn, təcrübə nəticəsində stressdən qaynaqlanan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi psixoloji və fiziki əlamətlərin bu insanlarda kifayət qədər azaldığı müşahidə edilib.

Stanford Universitetinin professoru dr. Luskin mövzu ilə bağlı bunları qeyd edir:

“Uzun müddət davam edən qəzəb bədəndəki termostatı sıfıra endirir. Əgər müntəzəm şəkildə yavaş-yavaş qəzəblənməyə vərdiş etsəniz, bir müddət sonra nəyin normal olduğunu ayıra bilməyəcəksiniz. İnsanların vərdişə çevirə biləcəyi bu tip adrenalin hücumuna yol aça və sağlam düşüncəni çətinləşdirə bilər. Bu da vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır”.

Min beş yüz insan üzərində aparılan araşdırmada hər hansı bir dinə bağlı şəxslərdə depressiya, stress və psixoloji pozğunluqlara daha az rast gəlindiyi müşahidə edilmişdir. Dr. Herbert Benson bunu dinin insana bağışlama duyğusunu təşviq etməsi ilə əlaqələndirir:

“Din insanlara digər insanları əfv etməyi tövsiyə edir. Buna görə dini inancı olanlar problemləri daxillərində toplamır və həyatda daha asan yola gedə bilirlər ki, bu da depressiya və stress kimi xəstəliklərə daha az düçar olmaları deməkdir”.

Kardioloq İçiro Kavaçinin araşdırmalarına görə, yola getməyən yaşlıların daha sakit yaşıdları ilə müqayisədə üç qat daha çox ürək xəstəliyi risqi ilə qarşılaşdıqlarını təsbit etmişdir. Kavaçinin fikrincə, ifrat qəzəblilik, əşyaları qırmaq və mübahisə əsnasında qarşısındakı şəxsə zərər vermə istəyi bu risqi daha da artırır. Çünki qəzəblənərkən insanın stress hormonları artır ki, bu da öz növbəsində qandakı trombositlərin yapışqanlığının artaraq laxtalaşmasına səbəb olur. Nəticədə ürəyə mənfi yöndən təsir edir.

Quranda tövsiyə edilən üstün əxlaq xüsusiyyəti: bağışlaya bilmək: əfv etmənin insan sağlamlığı üzərindəki bütün bu müsbət təsirləri elmə hələ indi məlum olduğu halda uca Allah Quranda insanlara bunları tövsiyə etmişdir. Quranda tövsiyə edilən gözəl əxlaqi keyfiyyətlərdən biri də bağışlaya bilməkdir:

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199).
Uca Allah bir başqa ayədə buyurur: (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (ən-Nur, 22).

Quran əxlaqından uzaq olan insanlar üçün əfv etmək son dərəcə çətindir. Çünki onlar edilən bir xəta qarşısında dərhal qəzəblənərlər. Ancaq Allah möminlərə əfv etmənin daha gözəl bir davranış olduğunu bildirmişdir.

“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (əş-Şura, 40).

"Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!” (Təğabun, 14).

Quranda “Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!” (əş-Şura, 43) ayəsi ilə bağışlamanın üstün bir əxlaqi məziyyət olduğu bildirilir. Deməli, möminlər əfv edici, mərhəmətli və tolerantlı olanlardır. Qurani-Kərimdə möminlər “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Əli-İmran, 134) kimi xarakterizə edilir.

Möminlərin əfv edicilik anlayışları Quran əxlaqı ilə yaşamayan insanlardan çox fərqlənir. Bəzi insanlar qarşılarındakı şəxsi bağışladıqlarını söyləsələr də bu insanların qəlbindəki kin və küdurətdən qurtulmaları xeyli vaxt alır. Onların davranışlarında qəzəbli olduqları sezilir. Möminlərin əfv ediciliyi isə səmimidir. Onlar insanın dünyada imtahan gərəyi xəta edərək öyrənən bir varlıq olduğunu bildikləri üçün şəfqət doludurlar. Bununla yanaşı, qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüd etmədən əfv edə bilirlər. Bu zaman xətaları böyük və ya kiçik deyə ayırmazlar. Bir insan xəta edərək başqasında böyük zərər verə bilər. Ancaq meydana gələn hər bir hadisənin Allahın nəzarətində və bir qədər çərçivəsində cərəyan etdiyini dərk edən möminlər bu tip hadisələr qarşısında təmkinli davranır, uca yaradana təvəkkül edirlər.


Xülasə, qəzəblənmək insanın başda psixoloji vəziyyətinə mənfi yöndə təsir etməklə və paralel olaraq sağlamlığa ziyan vuran bir davranış pozğunluğudur. Əfv etmək isə insana çətin gəlsə də qəzəbin səbəb olduğu bütün mənfilikəri aradan qaldıran, insanın həm fiziki həm də psixoloji baxımdan sağlam bir həyat tərzi sürməsinə gətirib çıxaran davranışlardan biridir. Ancaq burada da məqsəd hər bir işdə olduğu kimi Allahın razılığını qazanmaq olmalıdır. Bir sıra faydaları elmi baxımdan təsbit edilən bu əxlaqi keyfiyyətin Quranda bir çox ayədə qeyd olunması isə Qurandakı hikmətlərdən yalnız biridir
.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:56
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 3 may 2011 20:46
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
TEWEKKURLERR

--------------------

Just For Legend

  • 4 noyabr 2010 22:03
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
THANKS

--------------------

Ulya

  • 4 noyabr 2010 18:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Yusif

  • 4 noyabr 2010 17:03
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
teseeeeeeekkkkkkkkkkuuuuuuurrrrrrr!!!! ediremmmmmmmmmm++_______))))))))))))))))))0

sevgi yalandir

  • 4 noyabr 2010 16:24
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}