Darıxıram

 
  • 4.11.2010, 17:36
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
Darıxıram

Uzaqlardan bir səs olmağını istəyərdim, bir salam, bir nəfəs... "Üşümə" deyə səslənməyini istəyərdim... Bir əl olmağını istəyərdim, bir qol... "Darıxdım" deyib sarılmağını... Ən qaranlıq yerində xülyalarımın çıxıb gəlməyini istəyərdim. Xınalı bir bahar kimi, ümid işığı olmağını istəyərdim həyatıma...
Gəlsəydin və yaslasaydım başımı çiyininə, ağlasaydım doya doya ... Keçərdi üşüməsi ürəyimin, keçərdi üşüməsi içimin, kirpiklərimdə yağışlar tüstülənməzdi bilirəm...
Səninlə suları yaşıl bir çayın sahilində görüşmək, saçlarının qoxusundan öpmək, içimə çəkmək və sərin nəfəsindən içmək, sənə sarılmaq, qucaqlamaq istəyərdim…
Amma yalan, aramızdakı bütün yollar bağlı... Bütün budaqlar kəshik... Yoxluğun buz kimi soyuq... Üşüyürəm... Ürəyim də donmuş sanki. Gözlərimdə...
Alovlar içində bədənim... Elə bir üşümə ki, heç bir şey istilətmir artıq. Bütün üzvlərim uyğunlaşmış. Əzib keçir ruhumu ağrılar... Bilirəm, sevmək və darıxmaq bir alova toxunmaqdır; yandırmaqdır ürəyini yanğınlarda. Amma mən üşüyürəm. Yoxluğun buz kimi soyuq.
Ağlayıram, buza çevrilir gözyaşlarım… Ağlayıram, axıb gedir gözyaşlarım çağlayanlara… Baxaraq qalıram ardından çarəsiz…
Ah! bir əl olsanda toxunsanda alınıma, oxşasanda saçlarımı bir ana şəfqətiylə.. Keçərdi ağrısı başımın, keçərdi bilirəm... Bir gül olsaydın bağçamda, iyləsəydim nəfəs nəfəs, çəksəydim içimə dərin dərin... Bir göz olub baxsaydın müşahidə edərəmə, çəkib götürsəydin içindəki hüznü... Ah! bir bilsənsən necə sevinərdi ürəyim, necə sevinərdi dodağımdakı gəlincik, qapımdakı akasiya...
Susuram artıq dərin dərin... Və səssizcə tənəffüs edirəm bir xəzan yarpağı kimi... Halbuki nə qədər çox həsrətəm danışmağa, izah etməyə başa düşülməyə... Halbuki nə çox istəyirəm, bütün bədənimdən söküb almanı təkliyimi, hicranımı bir tilsimlə...
Gəl. Ürəyim ol səhər gülüm, hər ölümümdə mənə yenidən həyat ver. Əlim ol, ayağım ol, canım ol... Gecəm - gündüzüm ol... Ağlayan gözlərim ol hər damlada yenidən doğur məni, yenidən doğur ümidimi.
Əvvəl sən gəl sevgilim solmadan şəkillər, şeirlər sislənmədən... Hislənmədən gecələr ... Sonra ölüm gəlsin...


Geri dön

Ulya

  • 4 noyabr 2010 18:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cooox sagol cox beyendim.ellerine sagliq

Yusif

  • 4 noyabr 2010 17:50
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Ne gozel xeber hazirlamisan oldugu kimi sayta gonderdim.tewekkurler

TEsekkur :)) beyendiyine sevindim

Kisa_Kiss

  • 4 noyabr 2010 17:38
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
darixma ok fellow

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}