Allahdan Başqasından Kömək İstəmək Şirkdirmi

 
Allahdan Başqasından Kömək İstəmək Şirkdirmi

ALLAHDAN BAŞQASINDAN KÖMƏK İSTƏMƏK ŞİRKDİRMİ?

Cavab: Əql və vəhy məntiqi baxımından nəinki insanlar, hətta bütün dünya varlıqları belə öz yaradılışlarında Allaha möhtac olduqları kimi özlərinin tə`sir qoymaqlarında belə Ona ehtiyaclıdır:

يَا اَيُّهَا النَّاسُ اَنتُمُ الْفُقَرَاءُ اِلَي اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

“Ey insanlar, siz Allaha ehtiyaclısınız və yalnız Allah ehtiyacsız, bəyənilmiş və tə`rifə layiqdir.”

Başqa bir ayədə bütün qələbələrin aləmlərin Rəbbinə məxsus olduğunu bildirir və buyurur:

وَمَا النَّصْرُ اِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيم

“Nüsrət və kömək yalnız əziz və həkim Allah tərəfindəndir.”


İslamın bu danılmaz prinsipi əsasında biz müsəlmanlar bütün namazlarda aşağıdakı şərif ayəni dəfələrlə təkrar edirik:

اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعِينُ

“(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”


İndi yuxarıdakı sualın cavabının aydınlaşması üçün deyirik: Allahdan başqasından kömək istəmək iki cür təsəvvür olunur:

1-İnsandan, yaxud hər hansı bir varlıqdan elə kömək istəyək ki, onu varlığında, yaxud öz əməllərində müstəqil, kömək çatdırmaqda Allahdan ehtiyacsız hesab edək. Şübhəsiz, Allahdan başqasından bu cür kömək istəmək sırf şəkildə şirkdir ki, Qur`ani-Kərimin aşağıdakı ayəsində onun əsassız olduğu bəyan edilir:

قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ اِنْ اَرَادَ بِكُمْ سُوءًا اَوْ اَرَادَ بِكُمْ رَحْمَةً وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا


“De: Əgər Allah sizin barənizdə əzab iradə etsə sizi ondan amanda saxlayan kimdir?! Yaxud əgər rəhmət iradə etsə (onun qarşısını kim ala bilər?!) Və onlar özləri üçün heç bir dost və köməkçi tapmazlar.”


2-Digəri isə bundan ibarətdir ki, başqa insandan kömək istəyərkən onun Allahın yaratdığı bilək, Ona ehtiyaclı hesab edək və onun özündən heç bir müstəqilliyi olmadığını, onun tə`sir qoymasının da yalnız böyük Allahın tərəfindən, Onun icazəsi ilə olduğunu, bəndələrinin bə`zi çətinliklərini həll etmək üçün bu tə`siri ona verdiyini bilək.

Bu təfəkkürə əsasən kömək istənilən şey vasitə hökmündədir, belə ki, böyük Allah onun bə`zi ehtiyaclarının tə`min olunmasında bir vəsilə qərar vermişdir. Bu cür kömək istəmək həqiqətdə Allahdan kömək istəməkdir, çünki yalnız Allah bu vasitələrə və səbəblərə varlıq bağışlamış, başqalarının ehtiyaclarını tə`min etməkdə tə`sir və qüvvəni O vermişdir. Ümumiyyətlə bütün insanların həyatı bu səbəb-nəticə qanunu əsasında qurulmuşdur. Belə ki, insan başqalarından kömək almadan yaşamaq istəsə, həyatında çox çətinliklərlə üzləşər. Burada da onlara, Allahın köməyinin gerçəkləşməsində sadəcə bir amil və vasitə olmaları, öz varlıqlarının əslinin Allahdan olması, eləcə də onların tə`sir qoymasının Allah tərəfindən olması nəzəri ilə baxsaq, bu cür köməyin tovhid və yeganəpərəstliklə heç bir ziddiyyəti yoxdur.

Əgər Allahı tanıyan tovhidçi bir əkinçi torpaq, su, hava, günəş və s. kimi amillərdən istifadə edib kömək alırsa və taxılı cücərdib məhsul əldə edə bilirsə həqiqətdə Allahdan kömək istəyir, çünki o bilir ki, bu kimi səbəb və vasitələrə qüvvə və iste`dad verən məhz Allahdır. Aydındır ki, bu cür kömək istəmək tovhid və yeganəpərəstlik ruhu ilə tamamilə uyğundur, hətta Qur`an bu kimi kömək istəməyi bizə fərman verərək buyurur:

وَاسْتَعِينُوا بِالصَّبْرِ وَ الصَّلَوةِ

“Səbr və namazla kömək istəyin.”


Aydındır ki, səbr və müqavimət bəşərin işidir və bizə də onlardan kömək almaq əmr olunub. Eyni halda belə bir kömək istəmək “iyyakə nə`budu və iyyakə nəstəin” ayəsindəki həsr ilə (yə`ni yalnız Allahdan kömək istəməklə) zidd deyildir.

Allahdan Başqasından Kömək İstəmək Şirkdirmi


Geri dön

LoVe_LiFe

  • 6 may 2012 13:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
deyerli meqaleye gore ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 6 may 2012 02:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
“(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”

--------------------

C.I

  • 5 may 2012 10:33
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
ALLAH razi olsun tskler...........

--------------------

ANGEL LOVE

  • 3 may 2012 15:45
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
Allah razi olsun................

--------------------

Nuray2012

  • 2 may 2012 20:06
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore Allah razi olsun

--------------------

★Miss Love★

  • 2 may 2012 19:27
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Mencede ureуinde ne isтeуin ne arzun varsa Allahdan isтemek lazimdir...O her weуe qadirdir ve insan ucun neуin xeуirli olduqunu bilir...maraqli xebere gore cox sagol

enigmatic_girl

  • 2 may 2012 19:23
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

EnD of TiMe

  • 2 may 2012 16:45
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
mencede şirkdir..ama ki bir hissesi mene catmadi...onda hec kim bir birine komek etmesin....Allah bir insani yaradir ki basqasina yeni ehtiyaci olana komek etsin...ama ki bu komeyi dogrulda bilen....men ozum de Her seyimi Allahdan istemisem..Allaha sukur istediyim bir cox seye nail olmusam.....Ama ehtiyacim olanda dostlarim ve yaxud da ailem mene nedese komek edibler...tesekkurler deyerli xebere gore...

✰Dгeaм✰

  • 2 may 2012 15:35
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Men hec vaxt Allahdan basqa hec kimden komek istememisem,hec vaxt da istememerem.

AysU_DilarE

  • 2 may 2012 15:29
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag ol

--------------------

✰GlaMurKa✰

  • 2 may 2012 15:26
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Mence beli Şirkdi yalniz ALLAHADAN istemek lzimdi bendeden istedikde o sene komek ede bilmez bu mence en boyuk gunahdi tesekkurler ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}