Ağıla və Qəlbə işıq saçan sözlər | Həyat

 
Ağıla və Qəlbə işıq saçan sözlər | Həyat

ALLAH ölümünü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın.

(Qurani- Kərim)

Həyat dalğalı dənizə bənzəyir, kompası isə sevgidir.

(Fridrix Klinger)

Həyatından şikayətlənənlər..Düşüncələrinizi bir daha gözdən keçirin..

[byFrank]

Həyatını dəyişdirməyə yox düşüncələrini dəyişdirməyə zaman xərclə..

[byFrank]

Həyatı bir tamaşaya bənzətsək, niyə də rollarda iştirak etmiyəsən?!..

[byFrank]

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.

(Aristotel)

Kitablar həyatım, təcrübələrim isə müəllimindir.

(Avreli Avqustin)

Həyat beşiklə məzar arasındakı sınaq müddətidir.

(Onore de Balzak)

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə mübarizədə görürəm.

(Anri Fransua Bek)

Öz-özlüyündə həyatın elə bir mənası yoxdur, həyatın qiyməti sizing onu nələrə sərf etməyinizdən aslıdır.

(Mişel de Monten)

Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir.

(İohann Kristian Fridrix Hölderlin)

Maddiyata meyl edənlər üçün həyat dəniz suyunu içmək kimidir ; içdikcə susayarlar, susadıqca da içərlər.

(Muhyiddin Ərəbi)

Həyat üç gündən ibarətdir : dünən, bu gün, sabah.

( Həzrəti İsa əleyhissalam)

Gəzən bir kölgədir həyat.

(Uilyam Şekspir)

Faydasız bir həyat erkən bir ölümdür.

(İohann Volfqanq Höte)

Həyat bir nağıla bənzər, uzunluğu yox, yaxşı olub-olmaması mühümdür.

(Litsi Anney Seneka)

Həyatın gözəl olması üçün əxlaqımız və düşüncə tərzimiz gözəl olmalıdır.

(Viktor Kambon)

Ruhumun dərinliklərində bəzən şən, bəzən də kədərli mahnılar eşidirəm. Məni həyata bağlayan da elə bunlardır.

(Anri Berqson)

İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır.

(Efesli Heraklit)

Həyatımın payızı gəlib çatdı. Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki, hər tərpənişimdə meyvələrim dolu kimi yağsın.

(Lüdviq Van Bethoven)

Hər gün insan üçün yeni bir həyatdır.

(Riçard Beyker)

Həyat yuxuda da öz sonuna doğru gedir.

(Bule de la Mert Antuan)

Özünə ucuz həyat axtarandan miskin adam tanımıram.

(David Star Cordon)

Mənim həyatımı nə gözəlləşdirsə, ölümümü də o, gözəl edər.

(Çjuan Tszı)

Ömrün qısalığından gileylənsək də, həmişə illəri tələsdiririk. Uşaq ikən tez böyümək, məktəbdə ikən işləmək, işlərkən tez mənsəbə çatmaq., sonralar isə təqaüdə çıxmaq haqqında fikirləşirik.

(Tomas Strenz Edison)

Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər.

(Ralf Emerson)

Biz dünyanı dəyişdirmədən onu xilas edə bilmərik. Mükəmməl təhsil almaq heç də mükəmməl həyat fəlsəfəsinə yiyələnmək demək deyil.

(Anatol Frans)

Hər sübh şəfəqinə həyatının başlanğıcı kimi və hər qüruba bu həyatın sonu kimi bax. Qoy bu qısa ömürlərin hər biri hansısa xeyirxah əməllə yadda qalsın

(Con Reskin)

Həyatımız ağıla gəlməyən bir sözdən, bir baxışdan və ya hadisədən asılı ola bilər.

(Jan Batist Molyer)

Kim qabağa getmirsə, demək, geri gedir, çünki həyatda durğun vəziyyət yoxdur.

(Naməlum)

Həyat maşın sürmək kimi bir şeydir : nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var .

(Anna Luiza Stal)

Həyat meşəyə bənzəyir : uzaqdan baxanda gözəl görünür, amma içərisinə girəndə adama sıxıntı gətirir.

(Artur Şopenhauer)

Əldə etdiklərimizə baxanda həyat çox gözəl, nail ola bilmədiklərimizə baxanda isə çox çirkin görünür.

(İppolit Adolf Ten)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.

(Oskar Uayld)

Həyatımın qayğısız fərəhli çağlarında
Qədrini bilməmişəm,
Hələ nə var ki, ömrüm qabaqdadır, - demişəm,
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm həfər keçən illərə.
Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini yalnız bilənlərinsən!


(Bəxtiyar Vahabzadə)

Ağıla və Qəlbə işıq saçan sözlər | Həyat


Geri dön

C.I

  • 4 may 2012 20:56
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
cox qeweng yazilardi tsk edirem.................

--------------------

AysU_DilarE

  • 3 may 2012 10:16
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Həyat maşın sürmək kimi bir şeydir : nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var .

ela mencede eledi

--------------------

★Azerbaijan girl★

  • 3 may 2012 09:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Həyatı bir tamaşaya bənzətsək, niyə də rollarda iştirak etmiyəsən?!..

LoVe_LiFe

  • 2 may 2012 23:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coox twklerr gozle sozlerdirr

✰GoLd GirL✰

  • 2 may 2012 21:47
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox gozeldi tesekkurler........

EnD of TiMe

  • 2 may 2012 21:40
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
hamsini cox beyendim..canim superdir...aforizmleri cox sevirem..tesekkurler

✰Dгeaм✰

  • 2 may 2012 21:22
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox maraqlidi.Tesekkurler.

_favorit_arkadas

  • 2 may 2012 20:22
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaaaaa

--------------------

asel

  • 2 may 2012 20:19
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
o hoooo cox idi sebrim catmadin oxumaga sona kimi twkler

--------------------
awk aciyi sever.

enigmatic_girl

  • 2 may 2012 20:18
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
(Aristotel)

Kitablar həyatım, təcrübələrim isə müəllimindir.

--------------------

✰GlaMurKa✰

  • 2 may 2012 20:04
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Həyatı bir tamaşaya bənzətsək, niyə də rollarda iştirak etmiyəsən?!..

★Miss Love★

  • 2 may 2012 19:50
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Silgi isтifade eтmeden resm cekmek seneтine heуaт deуilir
(Iohann Krisтian Fridrix Holderlin)
Cox gozel sozlerdir тewekkurler=)

Nuray2012

  • 2 may 2012 19:44
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore gozel sozlerdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}