110 ayə işığında Hz. Əli (ə): 41-50 ayələr

 
110 ayə işığında Hz. Əli (ə): 41-50 ayələr

41. “Onlar ki, küfr etdilər (həqiqəti dandılar) və ayələrimizi yalan saydılar. Onlar cəhənnəm əhlidirlər”. (Maidə surəsi, ayə 10)
İbni Məğazilinin rəvayətinə görə İbni Abbas dedi ki, Peyğəmbər (s.a.v.v.) buyurdu: “Küfr edənlər və ayələrimizi yalan sayanlar”, yəni Əlinin (ə) vilayətinə küfr edib onu yalan sayanlar (bilin ki,) Əlinin vilayət (hökümət, rəhbərlik) haqqını tanimaq bütün aləmlərin üzərinə fərzdir (vacibdir). (“Mənaqib İbni Məğazili” səh. 322-323)

42. “Artıq Allah İsrail övladlarından möhkəm söz almışdır və onların içərisindən 12 nəfəri başçı olaraq vəzifələndirmişik”. (Maidə surəsi, ayə 12)
İbni Abbas belə demişdir: Cabir ibni Abdullah Ənsari ayağa qalxaraq soruşdu: Ey Peyğəmbər (s.a.v.v.)! İmamların sayı neçədir? Peyğəmbər (s.a.v.v.) cavab verdi: ”Ey Cabir! Bu məsələni soruşduğun üçün Allah sənə rəhm eləsin. Mənim ümmətimdən İmamların sayı İsrail övladlarından vəzifələndirilmış 12 nəfərin sayı qədərdir, sonra yuxarıdakı ayəni oxudu və dedi: “Ey Cabir ! İmamlar (məndən sonra) 12 nəfərdir. Onlarin əvvəlincisi Əli ibni Əbi-Talibdir, sonuncusu isə Məhəmməd Mehdidir. (“Mənaqib miətu Mənaqib” Nömrə 40, səh. 28-29)


43. “... Onları doğru yola yönəldir”. (Maidə surəsi, ayə 16)
Hakim Həskani Hənəfinin rəvayətinə görə Yəman Məvla Məsab ibni Zubeyr belə demişdir: Əli ibni Əbi -Talib insanları doğru yola yönəldir (hidayət edir). (“Şəvahidut-tənzil” c.1, səh.65)


44. “Ey iman gətirənlər! Təqvalı olun, sizi Allah yaxınlaşdıracaq vəsilə axtarın...”.(Maidə surəsi, ayə 35)
İmam Əli (ə.) buyurdu ki, peyğəmər (s.a.v.v.) bu ayənin təfsirində belə buyurdu: “Övladlarımdan gələn İmamlara itaət Allaha itaətdir. Onlara üsyan isə Allaha üsyandır. Onlar qopmayan qulp (urvətil-vusqa) və Allaha vəsilədirlər. (“Meveddet Pinarları” səh. 92)
Əllamə Hindi bu ayənin təfsirində “Əhli-beyti (ə) Qiyamət günündə Allaha vəsilə olduğunu” qeyd edir. (“İrcəhul Mətalib“ səh. 591-592)
Bu ayənin İmam Əli(ə) haqqında nazil olduğunu bir çox Əhli-sünnə alimləri qeyd ertmişlər: (“Mənaqib İbni Məğazili” səh. 56, İbni Həcər Heysəmi “Məcməuz-zəvaid” c.1, səh.239, “Mənaqib-ul Miətu Mənaqib” nömrə 53, səh.36)

45. ”Allah onları sevər, onlar da Allahı sevərlər “. (Maidə surəsi, ayə 54)
Fəxri Razi bu ayənin təfsirində belə rəvayət etmişdir: “Bu ayə İmam Əlinin (ə.) haqqında nazil oldu” dedikdən sonra belə nəql edir: Peyğəmbər (s.a.v.v.) bayrağı ona verdiyi gün (Xeybər döyüşündə) buyurduğu söz ona dəlalət edir: “Bayrağı elə birisinə verəcəm ki, o Allahı və onun Rəsulunu sevir, Allah və onun Rəsulu da onu sevir”. Bu vəsf edilən sifətlər ayədə zikr edilən sifətlərdir. (“Məfatihul-ğeyb“ c.12, səh.30; “Əsnal Mətalib lil cəzni” səh. 10-11.)


46. “Sizin hökmdarınız (vəliniz) ancaq Allah, onun Rəsulu və iman gətirənlərdir: O kəslər ki, namaz qılar və ruku halında zəkat verər”. (Maidə surəsi,ayə 55)
Fəxri Razi belə rəvayət edir: Əbu-Zərr dedi: “Bilin ki, peyğəmbər (s.a.v.v.) ilə birlikdə günorta (zöhr) namazını qıldığımız vaxt bir dilənçi məsciddəkilərdən sədəqə istədi, amma heç kim ona bir şey vermədi. Bu vaxt İmam Əli (ə.) ruku halında idi (nafilə namaz qılarkən). Sağ əlinin kiçik (çeçələ) barmağını ona doğru uzatdı. Barmağında üzük var idi. Dilənçi gəlib barmağındakı üzüyü çıxarıb aldı. Bunu bilən Peyğəmbər (s.a.v.v.) Allaha belə dua etdi: Ey Rəbbim! Qardaşım Musa sənə dua etdi (taha surəsi 25-35), sən də ona sənin istəklərin sənə verildi “Ey musa!” deyə vəhy etdin. Ey Rəbbim! Mən də sənin qulun və peyğəmbərlərindənəm. Mənim də könlümü aç, işlərimi asan elə, ailəmdən Əlini mənə yardımçı ver və onunla qüvvətimi artır. Əbu-Zərr deyir ki, Allaha and olsun ki, peyğəmbər (s.a.v.v.) sözünü yenicə tamamlamışdır ki, Cəbrail (ə.) bu ayəni (Maidə surəsi, ayə 55) gətirdi”. (Fəxri Razi “Təfsir-ul Kəbir” c.12,səh.26 “Beyrut çapı”)
Əhli-sünnə alimləri bu ayənin İmam Əli (ə.) haqqında nazil olduğu haqqında ittifaq(söz birliyi) etmişlər:
1) Xarəzmi “Ənsabul-əşraf” c.2, səh.150;
2) “Təfsiri Muhiddin ibni Ərəbi” c.1, səh.334;
3) “Mənaqib” Xarəzmi, səh.186;
4) Təbəri “Cami-ul Bəyan” c.1, səh.165;
5) İbni Kəsir “Təfsir-ul Quran-il əzim” c.2, səh.71;
6) Vahidi “Əsbabun-nuzul” səh.148;
7) Suyutu “Durr-ul-mənsur“ c.2, səh.295;
8) Muttəqi Hindi “Kənzul ummal“ c.6,səh.495;
9) Şəvkani “Fəthul qadir“ c.2, səh.50;
10) İbni Əsir “Cami-ul usul” c.9, səh.478;
11) Məhəmməd ibni Yusif Gənci Şafei “Kifayətut-Talib” səh.250;
12) “Təfsir” Qurtubi c.9, səh.336;
13) Qunduzi “Yənabi-ul məvəddə“ səh.202.

47. “Kim Allahı, onun Rəsulunu və möminləri özünə vəli (hökmdar qəbul etsə), (bilsin ki,) Allahın hizbi ( dəstəsi ) qələbə çalandır “. (Maidə surəsi, ayə 56)
İbni Abbas belə demişdir: Bu ayə İmam Əli (ə.) haqqında məxsusi olaraq nazil oldu. Hakim Həskani bu ayənin təfsirində deyir: İbni Abbas Peyğəmbərdən (s.a.v.v.) belə rəvayət etmişdir: ”..... Üzuyü sənə kim verdi? Dilənçi belə dedi: Ayaq üstə duran kişi (yəni Əli ibni Əbi-Talib). Peyğəmbər (s.a.v.v.) belə soruşdu: Üzüyü hansı vəziyyətdə verdi? O dedi: Üzüyü namazda ruku halında verdi. Peyğəmbər (s.a.v.v.) bunu eşitdikdə təkbir deyərək belə dedi: Uca Allah buyurur: (yuxarıdakı ayəni oxuyur) (“Şəvahidut-tənzil” c.1, səh.185-186)


48. “Ey Rəsul ( Elçi )! Rəbbin tərəfindən sənə nazil olanı çatdır“. (Maidə surəsi,ayə 67)
Vahidinin nəqlinə görə bu ayə “Qədir-Xum” günü Əli ibni Əbi-Talib (ə.) haqqında nazil oldu. (Vahidi “Əsbabun-nuzul” səh. 135)
Fəxrəddin Razi bu ayənin təfsirində belə nəql edir: Bu ayə Əli ibni Əbi-Talib (ə.) haqqında nazil oldu. Ayə nazil olandan sonra Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Ey Rəbbim! Əlinin vilayətini qəbul edib onu sevəni sev və onun vilayətini inkar edib düşmən olana sən də düşmən ol”. (“Təfsirul Kəbir” Razi c.6, səh.53)
Suyuti “Durrul- mənsur” adlı təfsir kitabında belə nəql edir: Əbu Səid Xudri deyir ki, bu ayə “Qədir-Xum” günü Əli ibni Əbi-Talib (ə.) haqqında nazil oldu. Başqa bir rəvayətdə Abdullah ibni Məsud belə buyurmuşdur: Bizlər Peyğəmbər (s.a.v.v.) zamanında bu ayəni belə oxuyurduq: “YA ƏYYUHƏR – RASULU BƏLLİĞ MƏ UNZİLƏ İLƏYKƏ MİN RABBİKƏ ƏNNƏ ƏLİYYƏN VƏLİYYUL – MUMİNİN”(yəni Ey Rəsul! Rəbbin tərəfindən sənə nazil olanı çatdır ki, həqiqətən Əli (ə) möminlərin (səndən sonra ) mövlasıdır (ağasıdır, hökmdarıdır). (Suyuti “Durrul-mənsur” c.2,səh.298)
Əhli-sünnə alimlərinin ən məhşurları və mötəbərləri bu ayənin təfsirini yuxarıdakı kimi qeyd etmişlər:
1) Muhəməd əl-Şövkani “Fəthul –qadir” c. 2, səh. 57;
2) Hakim Həskani “Şəvahidut-tənzil” c. 1, səh. 188-190;
3) Əllamə Nişapuri “Təfsirul-Nişapuri” c.6, səh. 194-195;
4) İbni Əsir “Usdul-ğabə“ c. 2, səh.67, Qahirə;
5) Təbəri “Zəxairul-uqbə” səh.67, Qahirə;
6) Əhməd ibni Hənbəl “Müsnəd“ c.4, səh.281, Misir;
7) Bəlxi “Mənaqib” səh. 28, Hind;
8) İbni Həcər Əsqalani “Təhzibu-təhzib” c.3, səh.327;
9) Zəhəbi “Mizanul-itidal” c.2, səh.107;
10) Nisai “Xəsaisu Əmiril-muminin“ səh. 89.

49. “Ey iman gətirənlər! (öz bağladığınız) əqdlərə (müqavilələrə) vəfa qılın (sadiq qalın yerinə yetirin)”. (Maidə surəsi,ayə 1)
Zəhəbi adlı alim Abdullah ibni Abbasın bu ayənin təfsirində belə dediyini nəql etmişdir ki, Quranda hər nə qədər “Ey imam gətirənlər“ müraciəti varsa bu müraciətin ağası başda Əlidir (ə). Uca Allah öz kitabında səhabələri tənqid etdiyi halda, Əlini (ə) hər zaman yaxşılıqla anmışdır (xatırlamışdır). (Zəhəbi “Mizanul-itidal“ c.3, səh.311)


50. “Allah deyir: Bu bir gündür ki, doğru olanlara (sadiqlərə) doğru olmaqları fayda verər“. (Maidə surəsi,ayə 119)
Əllamə Hindinin rəvayətinə görə İbni Abbas belə dedi: “Əli (ə.) siddiqlərin (doğru olanların) ağasıdır (seyyididir)”. (“İrcəhul-Mətalib“ səh.19)

110 ayə işığında Hz. Əli (ə): 41-50 ayələr


Geri dön

_favorit_arkadas

  • 1 iyun 2012 15:52
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
allah razı olsun...

--------------------

★Miss Love★

  • 9 may 2012 19:31
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Sitat: dj ayka
deyerli meqaleye gore allah razi olsun

enigmatic_girl

  • 6 may 2012 02:36
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 5 may 2012 23:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore allah razi olsun

enigmatic_girl

  • 3 may 2012 19:53
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler

--------------------

EnD of TiMe

  • 3 may 2012 19:42
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
tesekkurler cox gozel xeberdir..Allah razi olsun

✰GoLd GirL✰

  • 3 may 2012 16:34
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
cox sag olun Allah razi olsun......

✰Dгeaм✰

  • 3 may 2012 15:26
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

C.I

  • 3 may 2012 14:33
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
Allah razi olsun tskler..............

--------------------

★Azerbaijan girl★

  • 3 may 2012 13:00
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
twkler Alah razi olsun

ANGEL LOVE

  • 3 may 2012 12:38
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allah razi olsun............

--------------------

✰GlaMurKa✰

  • 3 may 2012 12:37
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Nuray2012

  • 3 may 2012 12:36
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagolun Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 34

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
The Shield
Xəbərləri: 55
Cəmi: 77
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}