Qalmaqal! Aygünü Üzeyirlə duet oxuduğuna görə “topa tutdular”

 
Qalmaqal! Aygünü Üzeyirlə duet oxuduğuna görə “topa tutdular”

Şou-biznesin səviyyəsiz, bayağı mahnılar ifaçısı kimi qəbul edilən gənc müğənni Üzeyir Mehdizadə ilə Xalq artisti, estradamızın “super starı” sayılan Aygün Kazımova duet oxuyub. Bu dueti hər iki müğənni dünən ATV-də Nanə Ağamalıyevanın təqdimatında olan”Gün keçir” verilişində ifa ediblər. Bunda sonra isə şou aləmində bu duetlə bağlı kəskin çıxışlar başlayıb. Hər kəs bu cütlüyü birmənalı qarşılamadı. Kimi bəyəndi, kimi isə Aygün Kazımovanı tənqid etdi ki, niyə bayağı mahnılar ifaçısı ilə duetə razılaşıb.

Modern.az şou aləminin yeni duetinə ayrı-ayrı sahələrin insanlarından münasibət öyrənməyə çalışıb.

Azərbaycan şou-biznesinin qalmaqallı və hər kəsdən narazı müğənnisi Əli Mirəliyev bildirib ki, Aygün pis-yaxşı oxuyub, ona Xalq artisti adını veriblər, amma yeni duetini bəyənmir:

Bütün insanlar, professional müğənnilər, Xalq artistləri, elə adı olmayan mənim kimi sadə müğənnilər, yəni musiqini bilən insanlar həmişə istedadlı şəxslərə kömək etmək istəyirlər. Amma Üzeyir kimi istedadsıza kömək etmək düzgün deyil. Aygünün Üzeyirə kömək etməyinin tək səbəbi maddi maraqdır. Bunun adını yalandan qoyacaqlar ki, kömək edirəm.

Aygün axı sən bilirsən ki, Üzeyir oxuyan deyil, bu insanda səs yoxdur oxumaq üçün. Bu o demək deyil ki, pis insandır. Amma oxuya bilmir. Allah verməyib bu insana səs. Amma bu “Zəngimcel”lərdə onun mahnılarını o qədər səsləndiriblər ki, cavan uşaqlar, belə deyək Üzeyirin fanatları, qoşun olub onun arxasında. Aygünlə prodüsseri Tolik də maddi maraq üçün bu addımı atıblar. Yəni Aygünün konsertlərinə insanların gəlməsi üçün Üzeyirdən istafadə ediblər
”.

Əli Mirəliyev bildirib ki, əgər Aygün Kazımovanın istedadlı insanlara yazığı gəlirsə, getsin müğənnilər Teymur Əmrahla, Eltonla, Zamiqlə, Nurlan Növrəsliylə, Abbas Bağırovla duet oxusun.

Niyə oxuya bilməyən, səsi olmayan bir insanla duet oxuyursan? Burada maraq nədədir? Sən bizə nə demək istəyirsən? Yəni sən bütün oxuyanlara demək istəyirsən ki, siz oxuya bilmirsiz? Sən bizdən çox bilirsən?.

Mən Üzeyirə deyirəm ki, ay oğul, sən nə janrında oxuyursan? Deyir ki, mən Üzeyir janrında oxuyuram. Üzeyirin bir dənə janrı var, o da Üzeyir Hacıbəyli janrıdır. Biz bugün o janrdan bəhrələnmişik, o janr davam edir, simfonik orkestlər, romanslar, xalq mahnıları, təsniflər bunların hamısı Üzeyir Hacıbəylinin açdığı yoldur. Bəs sən Aygün hansı yoldasan? Axı sən Xalq artistisən. Hansı yolu təbliğ edirsən bizə? Bu cinayətdir, belə addımlar Xalq artistinə baş ucalığı gətirməz, əksinə o bir daha sübut edir ki, səviyyəsi hələ özfəaliyyətdir
”.

Əli Mirəliyev sonda bildirib ki, Aygün Kazımova Xalq artisti adına layiq deyil. Ona görə ki, o sənəti, ciddi musiqini maddi marağa, pula qurban verir.
Ona görə də mən bu addımı qətiyyən pisləyirəm. Mənim üçün bu çox biabırçı bir işdir” deyə müğənni vurğulayıb.

Əməkdar artist Firuzə İbadova da bu yeni duetə müsbət münasibət bildirib. Onun sözlərinə görə, Üzeyir gənc də olsa, onun öz dəsti-xətti var və çox tərbiyəli, öz yerini bilən, qanacaqlıdır.

Allah onu qorusun. Aygün xanım isə səhnəmizə yeniliklər gətirən sənət fədaisidr, onlara uğurlar”.

Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev isə bildirib ki, Üzeyir Hacıbəyliyə hörməti var idi, indi də Üzeyir Mehdizadəyə hörməti yaranıb və bu hörmət getdikcə artır.

Bu şəxs ciddi sənət hesab olunan estrada janrının nəhənglərini – Xalq artistini öz ayağına gətirməkdədir”.

Aygün Kazımovanın prodüseri Tolik də bu məsələyə öz münasibətini belə bildirib.
Kim nə deyirsə desin, mənə elə gəlir ki, ən yaxşı addımı Aygün xanım atdı. Üzeyir barədə kim nə fikirləşirsə fikirləşsin, o öz hesabına özü yazdığı pis-yaxşı, bəzilərinin dediyi kimi bayağı mahnılarıyla Youtube-da 350 min baxış toplayan gəncdirsə, elə Aygün xanımın ona dəstək olmağı da böyük addım idi”.

Prodüser əlavə edib ki, kimin xoşu gəlmirsə mahnıya qulaq asmaya bilər.
Əgər bu dueti 5, nə bilim 100, hətta 100 min adam da bəyənməsə, bu mahnı oxunacaq, ona görə də bəziləri öz məsləhətlərini özlərinə saxlasınlar”.

Tolik Əli Mirəliyevin açıqlamasına da münasibət bildirb. O, qeyd edib ki, Əli Mirəliyev insan cildində olan bir məxluqdur.
“Ay Əli sən haranın müğənnisi olmusan? Oxuduğun dövrdə “Yaraşaydı, yaraşaydı” mahnısından başqa heç bir mahnın olmayıb”.

“Milli.az” saytının mədəniyyət yazarı Şahin Cavadsoy elə veriliş efirdə olarkən qonaq qismində çıxış edib və duetdən sonra bu addımı alqışladığını bildirib. Bundan başqa Facebook sosial şəbəkəsindəki statuslarında jurnalist aşağıdakı statusları yazıb.

Onun adı AyGün! Bizim AyGün! Üsyankar Kazımovamız. Fərqli layihəsi ilə gündəmi silkələməyə müvəffəq olan xalq artistimiz. Əliyev Tarikin ideyası, şou-dünyasında əsl bombasını partlatdı...

... Tam səmimi sözümdür, AyGün Kazımova, Üzeyir Mehdizadə işbirliyi çox xoşuma gəldi. Ən azından fərqlilikdi. Bəli, qoy bütün aləm onlardan danışsın
”.

“Anspress.com”un əməkdaşı Zülfiyyə Qurbanova bildirib ki, bu duet əsl biabırçılıqdır.
Aygün Kazımova sənətçi kimi olan-qalan nə hörməti var idisə, onu da itirdi. Çünki Üzeyir özü yaxşı uşaq ola bilər, amma müğənni kimi heç kimdir, heç nədir”.

Jurnalistin sözlərinə görə, musiqiçilərlə müzakirələr zamanı həmişə deyirlər ki, Üzeyir qışqırır, müğənni kimi müğənni deyil, düzgün oxumur, tam xaric oxuyur:
Ümumiyyətlə o oxuyanda notlar, harmoniya yerində olmur. Ola bilər ki, mən başa düşmürəm, ya mən düzgün qiymətləndirə bilmirəm onu.
Aygünün də qeyri-peşəkarla bir səhnədə olması, oxuması düzgün deyil. Aygün özünə görə müğənnidir, özünü hörmətdən saldı
”.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı da yeni cütlüyün ifasını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, bu addım Aygün Kazımovanın növbəti uğursuzluğudur, bəlkə də ən böyük uğursuzluğudur.

Əslində o, birinci dəfə ilk uğursuzluğunu meyxanaçı Namiqlə duet oxuyarkən başladı. Namiqlə duetlərdən sonra Aygün düşdü, Namiq isə qalxdı.
Əslində biz həmişə Üzeyir kimi oxuyanları tənqid edirik, amma Aygünün, Xalq artistinin onunla oxuması, bunu tamaşaçılara sırıması düzgün deyil
”- deyə jurnalist vurğulayıb.

Onun sözlərinə görə Üzeyir kimi adamların efirə çıxması elə televiziyaların özlərinin də marağındadır. Mahnıya da münasibət bildirən C.Səlimqızı qeyd edib ki, “çox mənasız, bayağı bir mahnıdır. Ümumiyyətlə, Üzeyirin səsini eşidəndə adamı yuxu tutur. Mən yaraşdırmazdım ki, Xalq artisti, xalqı təmsil edən müğənni Üzeyirə qoşulub, bayağı, ucuz bir mahnı ifa etsin. Çox uğursuz bir layihədir”.


Geri dön

LoVe_LiFe

  • 5 may 2012 19:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
niyeki bunda ne var men basa dusmuremeeee twklerrrr

sebden sonra

  • 5 may 2012 17:34
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
mahniya qulag asdim yaxwidi.bawa duwmuremee eger Uzeyirden zehleniz gedirse niye oxuyub werh yazirsiniz.menin xowuma gelmiyen xebere girmirem cunki maragli deyil.hamisi paxilligdi.amma xaricden kimse olsaydi yazardilir SUPERDI.gelin ozumuz ozumuze qiymet verek.

✰GlaMurKa✰

  • 5 may 2012 12:54
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ne deyim VALLAH no tesekkurler xebere goreeeee

_LALE_

  • 4 may 2012 21:02
  • Məqalə: 3
  • Şərh: 281
  • Bal:
{awards}
OXUYUBLAR DEEE BUNDAN KIME NE??????????

frog

  • 4 may 2012 20:59
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
bayagi mahni yox dushuk mahni ifachisi uzeyir. uzeyir bilirik dushukdu aygune ne dushub

✰GoLd GirL✰

  • 4 may 2012 20:49
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
hec uygunlasmir eeeee bu ikisi.......

enigmatic_girl

  • 4 may 2012 20:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: ..:MeleK kiz:..
berbat sarki

--------------------

★Miss Love★

  • 4 may 2012 19:54
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
ozleri bilerler mene hec maraqli deyil bunlar hec mahniya qulaqda asmamiwam sozun duzu...tewekkurler xebere gore

Delya_91

  • 4 may 2012 19:36
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
iyrenc,manni-kasa olub)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ahu1999

  • 4 may 2012 19:25
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Uzeyir yekdi.................................

Beyenmiyenler qulaq asmasin!!!!!!!!!!!!!!!!

al yazmalim:))

  • 4 may 2012 19:22
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
cox adam deyirki Uzeyire qulaq asmiram ama hamisi yalandi mende xoslamiram ama mahnilarin esidirem

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

..:MeleK kiz:..

  • 4 may 2012 19:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
berbat sarki

Nako92

  • 4 may 2012 19:17
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
youtube atmisam 1 gune 2222 defe baxilmisdiii

--------------------

Genc Oglan

  • 4 may 2012 18:46
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
Demiwemde men Uzeyir wou biznesi partladacaq oxuyurda oglan en cox dinlenen Uzeyirdi ama hami onu qiniyir xowu gelen qulaq asmasin Uzeyir yekdiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

✿Victoria✿

  • 4 may 2012 18:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
UZEYIRE NECE NIFRET EDIREM SOZLE DEMEK MUMKUN DEYIL AYGUN DE ONDAN GERI QALMIR am

--------------------

Miss Lady

  • 4 may 2012 18:17
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
zehlem gedir ikisindende

ENDLESS_LOVE

  • 4 may 2012 18:11
  • Məqalə: 7
  • Şərh: 160
  • Bal:
{awards}
BU MENCE BEZILERINE BOYUK BIR ATMACAYDIKI YENI SIZ OZUNUZE SIGISDIRMADIZ AMMA MEN XALQ ARTISTI OXUDUM UZEYIRLE AMMA ONUDA DEYIMKI ESTRADADA BEDENIYLE IZ QOYANLARDAN YADAKI GEY KISI MUGENLILERINDEN YAXSIDI ESASI ODU MILLET ONU SEVIRDE AMMA BI HELEDE QEBUL EDE BILMIRIK

Priya

  • 4 may 2012 18:02
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Düzü, Üzeyiri mən də bəyənirəm.Burda nə var ki? Kimi bəyənər, kimi bəyənməz.Heç kim, heç kimi Üzeyri bəyənməyə məcbur etmir ki, gəclər özləri onun mahnılarını dinləyirlər.Təşəkkür.

--------------------




C.I

  • 4 may 2012 17:51
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
uzeyrden menimde xowum gelmir...ama da 2de mugennidide he ne olsune camaahatda dehwetdiyeeeeeeeee neyse tsk xebere gore.................

--------------------

SaLaM AY BRaT

  • 4 may 2012 17:25
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Oxuyublar men raziyam hele bu harasidi gor basqa mugennilerde uzeyirle duet oxuyacaq UZEYIR YEKDI

AysU_DilarE

  • 4 may 2012 17:19
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
oxuyublar oxuyublarda ikisininde ayri ayriliqda fanatlari xowlayanlari var ta buqeder topa tutmaq olmazda.twkler

--------------------

Cansi

  • 4 may 2012 17:18
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
burda pis hecene yoxdu twk

--------------------
Men eserimin esiriyem

vusale_21

  • 4 may 2012 17:06
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Men bawa duwmurem burda ne var ki.eslinde hecbirinden xowum gelmir.amma mence normaldir.her kes Uzeyiri sevmirem deyir amma kimin mobiline,masinina,kompyuterine hetda evine baxsan onda mutleq Uzeyirin 1 mahnisi var.amma hamimi aqzin acanda Uzeyire bozbaw deyirler.Gedin maraqli bir wey tapin ozunuze.cunki bu heqiqeten menasizdir.xowu gelmeyen qulaq asmasin.menim kim.Men herkesin fikrine hormet eleyirem. fellow

--------------------
Həyatı göz yaşlarınla sevindirməkdənsə qəhqəhələrinlə cəzalandır.
Unutma...yaşadığın bu günün təkrarı olmayacaq.

Nuray2012

  • 4 may 2012 16:57
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Ikisindende xosum gelmir amma oxuyublar oxuyublarda ne olssune burrda ne varki

--------------------

ANGEL LOVE

  • 4 may 2012 16:39
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
eeeeee
xebere gore twkler...............

--------------------

gulnihal

  • 4 may 2012 14:56
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
Elbetdeki biabirci veziyyetdi .Aygun xanimin xalq artisti adi elinden alinsaydi bu duete gore bir cox mugennilerimizede ders olardi bu. bir daha bele bir sehf etmezdiler.

Gunay Elesgerli

  • 4 may 2012 14:25
  • Məqalə: 0
  • Şərh: 200
  • Bal:
{awards}
Hec xosuma gelmir Uzeyir.Getsin oz seviyyesiz mahnilarini zengimcellere qoysun.Duete geldikde hec beyenmedim.Hec Aygun xanima yarasdirmadim.Her ikisi oz isleri ile mesgul olsa daha da yaxsi olar.Bir sozle duetin yeri yoxdur.Tsk

EnD of TiMe

  • 4 may 2012 14:23
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
duzdu uzeyirden menimde xosum gelmir...ama coxu bayagi deyir bizim sou biznesizmide 2 mugenni taniyiram seviyyesiz olmayan...o qeder seviyyelerini orta qoyurlar ki fikirlesmeden danisirlar...oxuyub ozu biler..bu hansisa dinleyincinin xosuna geler ve yaxuda eksine...sabah ya da birigun ozleri oxuyanda bu sozleri uzlerine demek lazimdir...bu qeder seviyyelisense oxuma..tesekkurler xebere gore

✰Dгeaм✰

  • 4 may 2012 14:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hec birinden osum gelmir.

★Azerbaijan girl★

  • 4 may 2012 14:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
bunlarda dehshetdilereeeeeeeeee...ikiside reklam ucun bilmir ne etsin........Allah agil versin bulara twkler xeber ucun............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}