Gecə oxusu: Atalar sözü

 
Gecə oxusu: Atalar sözü

Atalar sözü

Atalar sözü deyəndə baxın kimin atasının sözünü deyirsiniz



Ürəyimizə girdilər,

Başımızı yedilər.

Ataların adından

Söz uydurub dedilər:

Yox, "İki qoçun başı

bir qazanda qaynamaz".

Ona qoyun deyiblər,

Duymayıb ağlı dayaz.

Qədim Azərbaycanda,

Siyasət ustaları

Bir tamaşa

qoyurdu.

Mətləb: "AYIR-BUYURDU".

Adınızı qoç qoydu,

Sizi qoydu baş-başa.

Siz toqquşa-toqquşa

Öldürdünüz-öldünüz,

düşməni güldürdünüz.

Vətəni dilim-dilim

Xanlıqlara böldünüz.

Deyən olmadı "Dayan!"

Dayanın, durun görək,

Axı deyin nə gərək?

Bir dehqana neçə xan.

Sərvətin yada gedir,

Vətənin bada gedir.

Səninkidir axan qan,

Qoç deyilsən - adamsan,

Dayan! Qardaşım, dayan!

Ayrı-ayrı qazanda

başımızı yedilər.

Gülüstanda oturub

Başqa sağlıq dedilər.

İkiyə parçalanıb

Vətən - ağbirçək anam.

Bir torpağın üstündə

iki Azərbaycanam.

O "atalar sözü"nü

Yenə də bu torpağa

Qaytarırlar, əkirlər,

Tez-tez misal çəkirlər.

Kimi dindirirsənsə,

Xan qızı, xan oğludu,

Ölkə xanla doludu.

İndi xan dəbdə deyil,

Prezident olum deyir.

Kimi hap-gopa basır,

Kimi də asır-kəsir.

Kimi ölkədən küsür,

Kimi "mənölüm" deyir,

Qoyun mən olum deyir;

Mənə də bir haqq verin,

Şəhər olsun, kənd olsun,

Ayırın torpaq verin,

Orda prezident olum.

Lap olsun cəhənnəmdə -

- Gorda prezident olum...

Lənət, lənət, min lənət,

Bilmirəm sənə deyim,

Yoxsa şeytana deyim...

Ayıq olun, amandı...

İndi başqa zamandı,

İndi Allah da qorxur,

Haqq da, nahaq da qorxur.

Hegemon xalq da qorxur

Zamanın gedişindən.

Hər kəs tutsun işindən.

Can verən Qarabağı

Canavar

ın dişindən

Alaq, ay qızım, oğlum,

Ay sizə qurban olum.

Hamımız yer üzündə

Birləşən bir can olaq.

Can deyək, can eşidək,

Şanlı bir cahan olaq.

Bir bayrağın altında

Bir Azərbaycan olaq!


Geri dön

AysU_DilarE

  • 5 may 2012 21:25
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
Atalar sözü deyəndə baxın kimin atasının sözünü deyirsiniz wink

twkler oxudum birazda guldum

--------------------

✰GlaMurKa✰

  • 5 may 2012 21:13
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ay cox uzundu basim dondu yariya qeder oxudum tesekkurler maraqli idi

LoVe_LiFe

  • 5 may 2012 20:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurlerr beyendimmm

angel gunay

  • 5 may 2012 20:12
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
ay ne maraqllidi eleriniz var olsun

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

✰Dгeaм✰

  • 5 may 2012 20:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ellerine sagliq.

EnD of TiMe

  • 5 may 2012 19:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
qabaginda niyese guldum....tesekkurler cox maraqli idi..tesekkurler

C.I

  • 5 may 2012 19:10
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aa ne maarqli idi evvelin oxudum sonrasi mene maarqli geldi sona qeder oxudum cox sag olun tesekkur edirem........

--------------------

enigmatic_girl

  • 5 may 2012 18:58
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ne qesengdi))))

--------------------

MELEK INSAN...

  • 5 may 2012 18:31
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
cox sag ol twk....

--------------------

Nuray2012

  • 5 may 2012 18:17
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol........

--------------------

SWEET LOVE

  • 5 may 2012 18:09
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
MARAQLI IDI TESEKKURLER

ANGEL LOVE

  • 5 may 2012 18:02
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}