Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi?

 
Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi vacibdirmi?

Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.

Psixoloqlar bunu çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədir. Tutaq ki, sizə çox əziz olan papağınızı itirmisiniz. O qırmızı rəngdədir və siz qarma-qarışıq, dağınıq evdə sadəcə qırmızı rəngli əşyalara adaptasiya olursunuz, gözünüzə sataşan hər qırmızı rəngli əşyanı öz papağınız bilib ona doğru gedirsiniz və o olmadığını görürsünüz. Öz yarını axtaran da bu cür olur. Qarışıq, böyük dünyada öz yarını axtarır, axtarır, bəzən bənzərini görür, yaxınlaşır, o olmadığını görür və yenə axtarır...

Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrilacaq.

Qadınlar həyat yoldaşını necə seçirlər?

Qadınlara gəlincə, qadın var ki, gələcəkdə maddi sıxıntı çəkməmək üçün imkanlı ər, qadın var ki, həyatı boyunca arxalanacağı, güvənəcəyi bir kişi, qadın var ki, heç bir təmənna güdmədən bir ömür gözlərində sevgi görəcəyi kişi axtarır. Beləcə, hər kəs həyat yoldaşını bir cür seçir.

Son yüz ildə işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb oldu. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı, göbəkkəsmə, uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti istədikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Düzdür, ailə seçimə müdaxilə edir, fikir bildirir, amma daha çox qızın fikri vacib hesab edilir. Bizim cəmiyyətin atalarında, analarında bu fikir formalaşıb: “Bir ömür boyu onunla sən bir yerdə yaşayacaqsan, özün fikirləş”.

Kişilər həyat yoldaşını bu xüsusiyyətlərinə görə seçirlər

— Kişilər ən birinci qadının özünə nə qədər güvəndiyinə diqqət edirlər — başınızı və bədəninizi dik tutursunuzsa, gözlərinizi qaçırmırsınızsa və onun əlini möhkəmcə tutursunuzsa, bu sizin özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər məhz bu cür qadınlardan xoşlanır, amma yumşaq ruhlu, sadə kişilər utancaq, çəkingən qadınları bəyənirlər.

Qadından gözəl uşaqları olub-olmayacağını düşünürlər — əksər kişilər görüşdüyü qadının xarici görünüşünə baxaraq gələcək uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.

— Qadının ehtiraslı olması əhəmiyyətlidir — nə qədər gülməli görünsə də, kişilər yeməklə ehtiras arasında maraqlı bir əlaqə qururlar. Onlara görə yeməkdə iştahlı qadın, yataqda ehtiraslıdır.

— Azad ruhlu qadınları sevirlər — geyiminizə baxaraq sizin çılğın, yoxsa klassik ruhlu biri olub-olmadığınızı müəyyən edirlər. Çünki cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Geyim tərziniz fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə, özünü dərhal büruzə verir.

— Qadının sənətini dərhal təxmin edir — Rusiyada aparılan bir araşdırmaya görə, qısa və baxımlı saçlar hüquq, maliyyə kimi sektorlarda işləyən qadınlar tərəfindən seçilir. Adət etmədiyimiz, fərqli görünüşlü saçların sahibi, dəblə ayaqlaşan görünüşü olan qadınlar da KİV, reklam ya da ictimaiyyətlə əlaqələr sektorunda işləyir. Boyunun arxasında və ya təpədə yığılan saçların sahibləri müəllim ya da həkimdir. Kişilər elə hesab edirlər ki, dikdaban ayaqqabı geyən, ağ və ya mavi köynəkdən, qısa ətəkdən istifadə edən qadınlar karyera sahibi, müvəffəqiyyətli, özünə əmin insanlardır.

— Qadının bədən ətri vacibdir — kişilər ilk tanış olduğu qadının ətrinə böyük önəm verirlər. Bu, hamımızın istifadə etdiyi kimyəvi ətirlər deyil. Bildiyiniz kimi, hamımızın özümüzə xas qoxumuz var və kişilər də ilk görüşdə qadının məhz bu qoxusunu duymağa çalışırlar.

— Şikayəti sevmirlər — kişinin soruşduğu hər suala şikayət cümləsi ilə başlayan qadınla heç bir kişi əlaqəsini davam etdirmək istəmir. Çünki kişilər həyatı olduğu kimi qəbul edirlər və qətiyyən şikayət sevməzlər. Sizin hadisələri ələ alışınızdan ömür boyu deyilib-deyilməyəcəyinizi anlaya bilərlər.

— Kişilər onu bəyəndiyiniz ilk 20 saniyədə anlayırlar. Sizin baxışlarınız, əlləriniz, danışıq tərziniz sizin haqqınızda hər şeyi ona “danışır”.

Məntiq evliliyi nədir?

Bəzi kişilər, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzi kişilər bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzi kişilər isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyirlər. Cəmiyyətimizdə maddi vəziyyətini düzəltmək üçün maddi imkanı yaxşı olan ailədən qız almaq arzusunda olan gənclər də az deyil.

Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə “evlənmək xatirinə" evlənirlər. Bəzən “məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənirlər.

Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir, toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi, quru. Səmimiyyət yox, eşq yox, sevgi yox. Yeni qohumlar bir-birinə yaddır, hərə öz qohumu ilə bir tərəfdə oturub toyun bitməsini gözləyir.

Yeni evlənənlər isə gələcək həyatlarında bir-birindən asılı olmayacaqlar, onlar yalnız axşamlar evdə olurlar, qadın öz rəfiqələri ilə, kişi öz dostları ilə gününü keçirir. Heç bir tərəf bir-birini qısqanmır, çünki evlənəndə aralarında bu cür münasibət olmayacağını artıq qərarlaşdırıblar. Onların evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir...

P.S . Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi, insani dəyərləri də dəyişir. İndi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, 2 aydan sonra boşanırlar. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan, bu gün bəzən bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır.

Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” lazımdır. Sonra peşman olmamaq üçün...


Geri dön

✰GlaMurKa✰

  • 10 may 2012 00:02
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
tesekkurlerrrr

Nuray2012

  • 6 may 2012 20:05
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Tewekkurler xebere gore,bunu oxumaqda adama hovsele lazimdi

--------------------

✰GoLd GirL✰

  • 6 may 2012 18:25
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
meslehetler eladir......

_favorit_arkadas

  • 6 may 2012 18:08
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
hele coox tezdi........

--------------------

C.I

  • 6 may 2012 16:17
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
ewwwwwwwww hele tezdi tsk xebere gore...................

--------------------

enigmatic_girl

  • 6 may 2012 14:10
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
tesekkurler....

--------------------

SWEET LOVE

  • 6 may 2012 13:37
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
maraqliydi sagol

LoVe_LiFe

  • 6 may 2012 13:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xebere gore twkler

ANGEL LOVE

  • 6 may 2012 12:53
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler oxudum...............

--------------------

✰Dгeaм✰

  • 6 may 2012 12:16
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqli xeberdi.Ellerine sagliq.

EnD of TiMe

  • 6 may 2012 12:07
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
bunu vaxti gelende etmek lazidmir..menlik olmadi xeber....tesekkurler eziyyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}