[05.05.12] Gündəlik Qaynar Xəbərlər

 
[05.05.12] Gündəlik Qaynar Xəbərlər


05 May 2012 [00:05]
Bu gün hava necə olacaq?


Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 10-15° isti, gündüz 20-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz olacaq.


"Real"dan Mourinyoya fantastik təklif
05 May 2012 [12:17]


İspaniya çempionluğunu qazanmış «Real» rəhbərliyi baş məşqçi Joze Mourinyonun işindən razıdır.
Rusiya KİV-xəbər verir ki, «Kral klubu»nun prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisə yeni 3 illik müqavilə təklif edib. Yeni müqavilədə Mourinyoya illik... 10 milyon funt-sterlinq əməkhaqqının ödənilməsi nəzərdə tutulub.

Mourinyo Pereslə razılaşıb və bu üzdən «Çelsi»nin sahibi Roman Abramoviçdən kluba dönmək haqda gəlmiş təklifi rədd edib. Onun «Real» ilə yeni müqaviləni bu gün imzalayacağı bildirilir.


Bakı Metropolitenində yeni stansiyalar tikiləcək
05 May 2012 [12:21]

Tağı Əhmədov: Bakı Metropoliteni "Eurovision" müsabiqəsinə tam hazırdır
Bakı Metropoliteni Azərbaycan paytaxtında "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə istənilən sərnişin axınını təmin etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

"Metropolitenin sərnişinləri, o cümlədən turistlər, əlavə məlumat almaq məqsədilə stansiyalarda quraşdırılan informasiya köşklərindən istifadə edə bilərlər. Onlar informasiyanı həm Azərbaycan, həm də rus və ingilis dillərində əldə edə bilərlər", - Əhmədov deyib.

Onun sözlərinə görə, metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbilərin suallarını ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər. Bakı Metropoliteni "Eurovision" müsabiqəsinə tam hazırdır.

Bakı Metropoliteni rəhbərinin sözlərinə görə, hazırda bir neçə stansiyanın, o cümlədən eyni vaxtda "Avtovağzal", "Memar Əcəmi 2" stansiyalarının tikintisi, eləcə də Köhnə Günəşli qəsəbəsində inşaat işləri aparılır. 2015-ci ilin sonunadək Yeni Günəşli qəsəbəsi istiqamətində işlərin başa çatdırılması planlaşdırılır.

"Xətai" və "Həzi Aslanov" stansiyaları arasında tikinti işləri aparacaq Ukrayna şirkəti ilə danışıqlar aparılır. Hazırda layihələndirmə işlərinə başlanılıb, artıq gələn ilin əvvəlindən tikinti işlərinə start verilə bilər", - Əhmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda metropolitenin yeni texniki korpusunun istimara verilməsi planlaşdırılır, burada müxtəlif bölmələr və dispetçer yerləşdiriləcək.

Bu il Bakı Metropoliteni "28 May" stansiyasının çıxışının yenidən qurulmasına başlamağı planlaşdırır. "Sərnişin axınının böyük olmasını nəzərə alaraq, burada işləyən eskalatorların sayının 3-dən 4-dək artırılması planlaşdırılır", - Əhmədov əlavə edib.
Milli.Az


Geri dön

★Miss Love★

  • 8 may 2012 15:36
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
maraqli xeberlere gore cox sagol=)

✰GlaMurKa✰

  • 5 may 2012 21:09
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler xebere goreeee

LoVe_LiFe

  • 5 may 2012 21:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
qaynar xebere gore tesekkurler

✰Dгeaм✰

  • 5 may 2012 20:13
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Qaynar xeberler ucun tesekkurler.

EnD of TiMe

  • 5 may 2012 20:02
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
hamsini oxudum canim super xeberdir..ellerine saglik

özlem.

  • 5 may 2012 19:37
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
tesekkurler cox saqolun xebere gore

enigmatic_girl

  • 5 may 2012 19:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli xeberlerdir)))

--------------------

C.I

  • 5 may 2012 19:02
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
xebere gore tsk eidrem..............

--------------------

Nuray2012

  • 5 may 2012 18:02
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

SWEET LOVE

  • 5 may 2012 18:00
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
SAGOL XEBERE GORE...

ANGEL LOVE

  • 5 may 2012 17:57
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebere gore twkler.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 58
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}