Mövlana: "Padşah və Nökərin eşqi "(1)

 
Mövlana: "Padşah və Nökərin eşqi "(1)

Bundan əvvəlki bir zamanda bir padşah vardı. O həm dünya, həm din səltənətinə sahib idi. Padşah bir gün, xüsusi adamları ilə ov üçün heyvana minmiş gedərkən, ana yol üzərində bir nökər gördü.. o nökərin köləsi oldu. Can quşu qəfəsdə çırpınmağa başladı. Mal verdi və o nökəri satın aldı. Onu götürüb, arzusuna nail oldu.

Lakin qazara o nökər xəstələndi. Padşah sağdan soldan həkimlər yığdı. Dedi ki: "İkimizin həyatı da sizin əlinizdədir. Mənim həyatım bir şey deyil, əsl canımın canı odur. Mən dərdliyəm, xəstəyəm, dərmanım odur. Kim mənim canıma dərman tapsa, mənim xəzinəmi, incimi və mərcanımı (lütf və lütfkarlıqlarımı) o götürdü (deməkdir)."

Hamısı birdən dedilər ki: "Canımızı fəda edək. Bərabərcə düşünüb, bərabərcə müalicə edək. Bizim hər birimiz bir aləm Məsihidir; əlimizdə hər xəstəliyə bir dərman vardır." Qürurlarından "Allah istəsə" (İnşaallah) demədilər. Allah da onlara insanların acizliyini göstərdi. Dərman və müalicə növündən hər nə edildisə xəstəlik artdı, məqsəd də hasil olmadı.

O nökərcik, xəstəlikdən et kimi olunca, padşahın qanlı gözyaşı çaya döndü. Padşah, həkimlərin aciz qaldıqlarını görüncə, yalınayaq məscidə qaçdı. Məscidə gedib mehrab tərəfinə yönəldi. Səcdə yeri gözyaşından sırsıklam oldu. Yoxluqdan özünə gəlincə ağızını açdı, xoş bir tərzdə Allahı medhüsenaya başladı: "Ən az bəxşişi dünya mülkü olan Allahım! Mən nə söyləyim? Onsuz da sən gizliləri bilərsən. Ey daim diləyimizə pənah (sığınacaq) olan Rəbbim! Biz bu səfər də yolu çaşdıq. Amma sən 'Mən hərçənd sənin gizlədiyin şeyləri bilərəm, lakin sən yenə də onları meydana tök, dilə gətir' dedin."

Padşah da can evindən coşunca, bağışlama dənizi də coşmağa başladı. Ağlama əsnasında padşah yuxuya getdi. Yuxusunda bir pir göründü. O pir dedi ki: "Ey padşah! Müjdə! Diləklərin qəbul oldu. Sabah bir xarici gəlirsə, o bizdəndir. O gələn bacarıqlı (işinin əhli) bir həkimdir. Onu doğru bil, çünki o əmin və gerçək çatanlardandır. Dərmanında qatı sehri gör, mizacında da Haqq qüdrətini müşahidə et."

Vədə zamanı gəlib gündüz olarkən, günəş şərqdən görünüb ulduzları yalvarkən, padşah, yuxuda özünə göstərilən şəxsi görmək üçün pəncərədə gözləyirdi. Bir də gördü ki fəzilətli, fövqəladə hünərli, məlumatlı bir kimsə gəlir. Padşahın yuxuda gördüyü xəyal da, o qonaq pirin çöhrəsində görünüb dayanırdı. Padşah şəxsən mabəyincilərin yerinə qaçdı, gələn qonağın hüzuruna vardı. Qollarını açıb onu qucaqladı, eşq kimi könülünə aldı, canının üçün çəkdi. Əlini, alınını öpməyə, oturduğu yeri, gəldiyi yolu soruşmağa başladı. O ağırlama, o hal xatir soruşma məclisi keçincə, o şəxsin əlini tutub hərəmə apardı.


Geri dön

enigmatic_girl

  • 10 may 2012 03:16
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Sitat: dj_okush717
Maraqli hekaye idi ureyim cox sagol

love

--------------------

★Miss Love★

  • 9 may 2012 19:03
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqlidir wekerim oxudum cox sagol winked

LoVe_LiFe

  • 9 may 2012 14:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLERR

ANGEL LOVE

  • 7 may 2012 20:41
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
yaziya gore twkler.................

--------------------

EnD of TiMe

  • 7 may 2012 19:51
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Gozel xebere gore tesekkurler.....

✰GlaMurKa✰

  • 7 may 2012 14:17
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
tesekkurlerrr

enigmatic_girl

  • 7 may 2012 00:52
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler...)) winked

--------------------

R.M Fanatı...

  • 6 may 2012 23:04
  • Məqalə: 36
  • Şərh: 3208
  • Bal:
{awards}
tewekkurler......

--------------------

Priya

  • 6 may 2012 22:45
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Enigmatic, çox maraqlı idi.Təşəkkürlər.

--------------------




✰Dгeaм✰

  • 6 may 2012 22:41
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

LoVe_LiFe

  • 6 may 2012 21:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ela hekayedirr twkler beyendimm

_favorit_arkadas

  • 6 may 2012 20:24
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
allah razi olsun...

--------------------

Nuray2012

  • 6 may 2012 20:18
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

_LALE_

  • 6 may 2012 19:59
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
cox gozel hekayedir muellife tesekkurler

C.I

  • 6 may 2012 19:59
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
cox maarqli idi tsk xebere gore.............

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 58
Cəmi: 83

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}