İslamda Musiqi Alətləri

 
İslamda Musiqi Alətləri

İslamda Musiqi Alətləri.

Kəbirə günahlardan biridə musiqi alətləri ilə məşğul olmaq, saz, tar, kamança, pianino, tənbur və s. kimi musiqi alətlərini çalmaq və yaxud onların səsinə qulaq asmaqdır.

İmam Cəfəri Sadiq (ə) belə buyurur: ”Heç bir halal yönə malik olmayan, şər və fəsaddan başqa bir nəticəsi olmayan sənətkarlıq, musiqi alətləri, xaç şəkli və buna oxşar şeyləri öyrənmək, öyrətmək, onlarla məşğul olmaq, həmçinin əvəzində pul almaq və onları təsəvvür etmək haramdır.”

İmam Sadiq (ə) yenə buyurur: ”Musiqi alətindən istifadə etmək, yaxud ona qulaq asmaq insanın qəlbində nifaq cücərtir, necə ki, su bitkiləri cücərdir.”

Həzrət (ə) buyurur: “Hər kəsin evində qirx gün musiqi çalınsa və camaat da onun yanına gəlsə, şeytan öz bədənini onun bədəninə sürtər, o insanın qeyrəti əldən gedər. Hətta bu iş ondan abır-həyanı alar. Onun, öz barəsində deyilənlərdən, yaxud onun öz dediklərindən heç qorxusu olmaz.”

Əmirəl-möminin Əli (ə) buyurur: ”Mələklər musiqi və yaxud musiqi aləti olan evə daxil olmaz, o evin əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir-bərəkəti olmaz.”

Peyğəmbərimiz (s) buyurur: ”Qiyamət günü musiqi aləti sahibi qara üzlə məhşərə daxil olacaq. Onun əlinə cəhənnəm odundan olan musiqi aləti veriləcək, başının üstündə yetmiş min əzab mələyi olacaqdır. Mələklərin hər birinin əlində də cəhənnəm odundan bir əmud vardır. Mələklər əmudla həmin şəxsin başına və üzünə vuracaqlar. Musiqi əhli də kor, kar, lal halda məhşərə daxil olacaqlar.”

Peyğəmbərimiz (s) buyurur: “Mahnıya qulaq asan şəxs o adamlardandır ki, qiyamətdə Allah-Taala ona rəhmət nəzəri salmaz. Hər kəs mahnıya qulaq assa qiyamətdə onun qulaqlarına əridilmiş qurğuşun töküləcəkdir.”

İmam Rza (ə) buyurur: ”Hər kəsin evində qirx gün musiqi aləti olsa Allahın qəzəbinə düçar olar. Əgər bu müddət ərzində ölsə, günahkar və fasiq kimi dünyadan getmiş olur, onun yeri cəhənnəmdir.”

Musiqidən yaranan müxtəlif ruhi xəstəliklər, fikir qarışığlığı, ruhi muvazinətin olmaması, müxtəlif növ dəliliklər, ürək və beyin infarkıı dünya səviyyəsində artmaqdadır. Bunların 95%-i hal-hazırda mövcud olan musiqinin ağır nəticələrindəndir. Bu musiqilərin əksər hissəsi radiolardan, saz-qaval məclislərindən, konsertlərdən əmələ gəlir. Güclü səs-küy, konsertlər, müxtəlif musiqilər, filmlər və s. dəliliyinə ruhi xəstəliklərin bütün ölkələrdə artmasına səbəb olur, hər gün psixi xəstəxanaların sayını artırır.

Kaş bəşər başa düşəydi ki, istismarcı dövlətlər zəif millətlərin əsəb sisteminə və təfəkkür qüvvəsinə hakim kəsilmək üçün musiqidən necə istifadə edir, onların əsəblərinin zəiflədilməsində və fikirlərində iğtişaş yaradılmasında, eləcədə psixi xəstəliklərin törədilməsində necə ciddi fəaliyyət göstərirlər. Halbuki, tibb özünün yüksək tərəqqisi ilə belə, həmin xəstəlikləri müalicə etməkdə acizdir.

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

BİSMİLLAH VƏ BİLLAH!

Musiqinin haramlığı barədə


Kəbirə olması aşkar şəkildə buyurulan günahların on beşincisi musiqi alətləri ilə meşğul olmaq, saz, tar, kamança, pianina, tənbur və s. kimi şeyləri çalmaq ve yaxud onların səsinə qulaq asmaqdır.

Fəzl ibni Şazanin Imam Rza(ə)-dan nəql etdiyi hədisdə onun günah olmsaı buyurulur: ”Vəl-Iştiğalu bil-məlahi”
Bütün fəqihlərin nəzərinə əsasən, musiqi alətlərinin alveri ve duzəldilməsi haramdır!Qumar alətlərində olduğu kimi, onların da saxlanması haram, aradan aparılması isə vacibdir.Bələ ki ”Tuhəful-uqul” da imam Sadiq(ə)-dan nəql edilən bir hədisdə bu məsələ qeyd olundu.Şeyx hurr Amili "Fusuli muhimmə” kitabında rəvayət edir ki, Hz. Imam Sadiq(ə) belə buyurur: Heç bir halal yönə malik olmayan, şər və fəsaddan başqa bir nəticəsi olmayan sənətkarlıq, bərbət(uda oxşayan musiqi alətidir),tütək, eləcə də hər növ musiqi aləti,məsihilərin xaç şəkli və buna oxşar şeyləri öyrətmək,öyrənmək,onlarla məşğul olmaq,həmçinin əvəzində pul almaq və onlarla hər növ təsərrüf etmək haramdır!

Musiqi barəsində Əhli-Beyt hədisləri:

Musiqi alətləri ilə məşğul olmağın ,yaxud onlara qulaq asmağın haram olması barəsində çoxlu hədis nəql edilmişdir.Imam Sadiq(ə) buyurur ki,Peyğəmbəri-Ekrəm(s) buyurmuşdur:”Mən sizə rəqs etmeyi(oynamağı),tutek,bərbət və təbil(nağara) çalmağı qadağan edirəm”

Həzrət yenə buyurur: ”Allah -Taala məni bütün aləmlərə rəhmət olaraq göndərmişdir.Həmçinin buna görə göndərmişdir ki,sazları,tutəkləri(calğı alətlərini),eləcə də cahiliyyət dövründə mövcud olanları-bütləri və əzlami batil edib aradan aparam.”

Həmçinin Imam Sadiq(ə)-dan bələ nəql olunur: Allah hər kəsə bir nemət versə və o şəxs də nemət verilən zaman musiqi aləti(mizmar)hazır etsə, o nemətə qarşı nankorluq etmişdir

Musiqi Nifaq yaradır ,qeyrəti aparır.Hz. Imam Sadiq(ə) yənə buyurur: ”Uddan istifadə etmək,yaxud onun səsinə qulaq asmaq insanın qəlbində nifaq cücərdir,necə ki ,su ,bitkiləri cücərdir.”

Həzrət yenə buyurur: ”Hər kəsin evində qırx gün bərbət calınsa və camaat da onun yanına gəlsə,şeytan öz bədənini onun bədəninə sürtər,o kişinin qeyrəti aradan gedər.(Qeyrətsizlik də) elə bir həddə çatar ki ,əgər onun arvadı ile çirkin əməl (zina ) edilərsə,açığı gəlməz”

Başqa bir hədisdə Hz. Sadiq(ə) buyurur ki, bu iş ondan abır-həyanı alar.Onun ,öz barəsində deyilənlərdən,yaxud onun öz dediklərindən heç bir qorxusu olmaz.
Muşahidə olunduğu kimi,gecə-gündüz evlərində radiodan musiqiyə qulaq asan şəxslər əksər hallarda həya və qeyrətdən məhrum olurlar.
Musiqi xeyir bərəkəti aparır.

Əmirəl-Muminin Əi(ə) buyurur: ”Mələklər şərab içilən,yaxud qumar ve çalğı alətləri olan evə daxil olmaz,o evin əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir –bərəkət həmin evdən qalxar”.

İmam Rza(ə) buyurur: ”Musiqi alətlərinin səsinə qulaq asmaq günahlardandır(Kebire boyuk demekdir).
Üzü qara şəkildə məhşərə daxil olar.

Peyğəmbər Əkrəm(s) buyurur: Qiyamət günü tənbur sahibi qara üzlə məhşərə daxil olacaq.Onun əlinə cəhənnəm odundan bir tənbur veriləcək,başının üstündə yetmiş min əzab mələyi olacaqdır.Onların hər birinin əlində cəhənnəm odundan bir əmud vardır.Onlar əmudla həmin şexsin başına və üzünə vuracaqlar.Ğina əhli də kor,kar ve lal halda məhşərə daxil olacaqdır.Həmçinin zinakar ve musiqi alətlərini saxlayan şəxs də həmin cür məşhur olacaqdır.

Qırx gün musiqi alətləri ilə birgə olanlar

İmam Rza(ə) buyurur: ”Her kəsin evində qırx gün musiqi aləti,yaxud qumar aləti olsa,Allahın qəzəbinə ducar olar.Egər bu müddət ərzində ölsə,günahkar və fasiq kimi dünyadan getmiş olur,onun yeri cəhənnəmdir.O,necə də pis yerdir.

Axır zamanda açıq aşkar musiqi

Axır zamanın əlamətlərini bəyan ədən bir rəvayətdə belə deyilir: ”Axı zamanda ləhv(musiqi) alətləri çalınar və onları bu yaramaz işdən qaytaracaq bir şəxs olmaz.Hətta bir şəxs qadağan etməyə cürət belə etməz.”Bu dövrdə muşahidə olunduğu kimi,küçə bazarlarda,xiyabanlarda,mağazalarda ve evlərdə musiqi uca səslə oxudulur ve heç kəs də bunun qarşısını almağa qadir deyildir.Hemçinin ən müqəddəs məkanlarda(yəni Məkkə və Mədinə) açıq aşkar şəkildə ğina səsləri efirə buraxılır

Məqalə "Böyük günahlar” kitabına istinadən 2-ci cildindədir.


Geri dön

★Miss Love★

  • 9 may 2012 19:09
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Xebere gore cox sagol maraqli idi oxudum amma cox pis oldumeeee indi men edim ki,musiqiуe qulaq asmaqi cox sevrem hedsiz cox bir gun qulaq asmasam ureуim parтlaуir...Bele cixir ki,cox gunah edirem recourse

asel

  • 6 may 2012 23:16
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
Allah razi olsunda men ne edim indi pianist olduguma gore cehennemde yanacam?

--------------------
awk aciyi sever.

Nuray2012

  • 6 may 2012 19:49
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idi

--------------------

✰GoLd GirL✰

  • 6 may 2012 18:17
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurlerrrr........

EnD of TiMe

  • 6 may 2012 18:05
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah razi olsun..cox maraqli xeberdir...

_favorit_arkadas

  • 6 may 2012 17:57
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun....

--------------------

ANGEL LOVE

  • 6 may 2012 17:54
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebercun twkler.............

--------------------

✰Dгeaм✰

  • 6 may 2012 16:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

enigmatic_girl

  • 6 may 2012 16:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqidir tesekkurler

--------------------

C.I

  • 6 may 2012 15:51
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
cox qeweng yazilardi Allah razi olsun...........

--------------------

LoVe_LiFe

  • 6 may 2012 15:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xeberdir. coox twkler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}