Peyğəmbərin (s) Meracı

 
Peyğəmbərin (s) Meracı

Peyğəmbərin (s) Meracı

Gecənin bir aləmi o günəş göydə yandı,
Aləmi nurlandıran məşəli alovlandı.
Fələk gəcavəsinə göz olmuşdu gözüylə,
Ay, Zöhrə məşəlini gəzdirirdi özüylə.
Yeddi iqlim, altı səmt, dörd cəhət öz yerində,
Kainatın özü, də, yox oldu nəzərində.
Gündüzün ürəyini həsrəti oda yaxdı,
Gecənin qulağına vüsalı sırğa taxdı.
Düşməninin gözləri gedən zaman yuxuya,
Yuxunu cilovladı o, ülvi bir duyğu yad.
Dünyanın qəfəsində qəlbi sıxılır deyə.
Uçdu könlünün quşu səssiz‐səmirsiz göyə.
Qanad salıb dayandı qulluğunda mələklər.
Sevincindən bilmədi heç neyləsin fələklər.
Ruhu qanadlı quşdu, canı ona qəfəsdi,
Qəlbini qəlbimizə tay eləmək əbəsdi.
Mübarək qədəmini haraya ki basardı,
Hər tağ onun önündə uçan qala, hasardı.
Heyrətindən gəlmişdi vəcdə iki cahan da,
Baş əyib eləyirdi səcdə iki cahan da,
Ayağı toxunduqca uça‐uça pilləyə,
Hər dəfə ucalırdı uca‐uca pilləyə.
Yelqanadlı köhləni arxada qoyub uçdu.
Atının tərliyini mələklər göydə qucdu.
Kainat dəryasında oldu parlaq bir inci,
O inciylə parladı göyün tacı birinci.
Torpağın öküzündən dür qapdı göy öküzü,
Gecənin gövhərilə güldü zülmət göy üzü.
Bu səfərdə göylərdən töhfə aldı, bac aldı.
Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı.
Sünbül döndü, ətirli, təravətli sünbülə,
Əsədin pəncəsinə qolazlandı Sünbülə.
Gecənin siqlətini ölçməkdimi qərəzi?
Zöhrə onu çəkirdi əllərində Tərəzi.
Çəkməyə daşı yoxdu, necə çəkəydi Mizan?!
Siqlətinə mat qalıb ona baş əydi Mizan
Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,
Süsənbər zəhərini kəsən olub Əqrəbin.
Kamanın oxu süzüb yayındı başqa yana,
Dönməli otlağında Oğlağın, bağrı qana.
Günəş camallı Yusif Dol içində oturdu,
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu.
Həməlin sinəsində qurdu Sürəyya taxtı.
Gül‐çiçəyin ordusu düzə axdı, nə axdı.
Yüksək cəlallı bağın, gülü hər yanı sardı,
Yer üzü çiçəkləri sayrışan ilk bahardı.
Gecə gündüzə döndü göydə günəşmi güldü?
Xəzan bilməz baharda sərvə dönən bir güldü.
Nərgizli, güllü bağda ürəyi də axmadı.
Sürməli,nərgiz gözü bir gülə də baxmadı.
Yeddi göyün hikməti ona bəlliydi daha,
Mübarək qədəmini basmalıydı dərgaha.
Yırtdıqca ulduzların pərdəsini ayağı
Mələklərin çiynində dalğalandı bayrağı.
O ənbər nəfəsindən gecə bilmədi məlal.
Atının dırnağından bir nala döndü hilal.
Bu merac gecəsində qatı zülmət heç nədi,
Buraqın ayağından şimşək öpmək istədi.
At deyil, göyərçindi, kəklikdi, qızıl quşdu,
Ya humaydı, qumrudu, ‐ bəs bu necə uçuşdu?
Firuzə döşəməli pillələrlə yüksəldi.
Ərşlə dizbədiz olub, gültək əl üstə gəldi.
Ərş evində sidrəni əyninə köynək saydı,
Ərş ətəyində qaldı, başı ərşdən ucaydı.
Müşayət eləyənlər özlərini yordular,
Əldən‐dildən düşdülər, dirəndilər, durdular.
O, qərib yolçu kimi heyrətə düşdü daha,
Qapını döymək üçün yaxınlaşdı dərgaha.
O müqəddəs pərilər, mələklər artıq hanı?
Tənha qalan özüydü, bir də təxti‐rəvanı.
Elə yolla getdi ki, yoxdu, bircə sirdaşı,
Sirdaşı tənhalıqdı burda hər qədəm başı.
Kim onunla bu sirrin dərgahına yovuşdu.
Mənəvi aləmiylə ülviyyətə qovuşdu.
O, xilqətin başına şərəfli bir tac oldu,
Ərş bu ülvi nemətə əbədi möhtac oldu.
Asimanda elə ki, başa vurdu yolları,
Bayrağını yellətdi ərşin büllur qolları.
O cismani varlığın yalnız nəfəsdi canı,
Onunla yol gedirdi can mülkünün sultanı.
Elə ki ərş evini dolaşdı başdan‐başa,
Təlaş cana, ürəyə yol açdı başdan‐başa.
Bədən öz xəznəsinə pənah apardı daha,
Göz onu axtarsa da, çətin tapardı daha.
Bir göz ki əzəl gündən qüdrətdən nur alıbdır.
Qaranlığa, zülmətə daim işıq salıbdır.
Yollar yoran qədəmi necə mətindi, mətin,
Göz önündən götürdü pərdəsini xilqətin.
Getdikcə, sonsuz yollar çoxaltdı təlaşını,
Çıxartdı kainatın yaxasından başını.
Məkansız bir məkanın dərgahına çatanda.
Comərdliyin nuruyla nurlandı qəlbi canda.
Onu sirli pərdədə qısqanclıq bürüyəndə.
Çaşqınlığın əlinə keçdi cilov, yüyən də.
Həşəmətli dərgaha səcdəylə basdı ayaq,
Vüsal öz əlləriylə hicabı açdı bayaq.
Aya ‐ qədəm atmağı atdı başın üstünə,
Can min təlaş gətirdi bir təlaşın üstünə.
Qədəmi incimədi, dönmədi də yolundan,
Axtardı. ʺGəlʺ deyərək tutan hanı qolundan?
Hər sözün ixtiyarsız sədasıdır hər kəlam,
Salamına cavabdı eşitdiyi o ʺsalamʺ.
Ecazkar bir işıq ki, hey yanırdı sönmədən,
Gözlərinə göründü boş xəyala dönmədən.
Cövhərsiz mayasızdır gözə dəyən varlığı,
Hər varlıqdan uzaqdır görünməyən varlıqı.
Tanrının dərgahında qəlbi nura büründü,
Xəlvətdə görünən kəs aşkarda da göründü.
Onu gözdən gizləmək çətin olar, şübhəsiz.
ʺGörməmişəmʺ deyənin korluğu var, şübhəsiz.
Məbudun ziyarəti savabdır, savab, bəli,
Camalı görməlidir, görməlidir, görməli!
Bu sehrli pərdənin yoxdu yeri, məkanı,
Vüsalına çatmağa imkan hanı, vaxt hanı?
Kim arayıb, axtarıb bu pərdədə yerini.
Ha çalışıb, tapmayıb heç bir yerdə yerini.
Varlığına varsa da, hanı olduğu dərgah?
Allah ola bilməzdi yeri bilinsə hərgah.
Qüdrətini danma ki, kafirlik, xamlıq olar,
Yerini axtarma ki, o da avamlıq olar.
Sanma görüb‐görüşdü peyğəmbər də özüylə,
Gördü ağlın gözüylə, ürəyinin gözüylə.
Başına qaldıraraq həqiqətin camını,
Mərhəmət badəsilə məst elədi hamını.
Tanrının iltifatı həmdəm oldu, öyündü.
Haqq ‐ rəhimli, qılıqlı, o da ki, ərköyündü.
Şəkər dodaqlarına xoş təbəssümdü adət,
Dilədi ümmətinə bəxtiyarlıq, səadət.
Hikmət xəzinəsindən vara yetirdi cəhdi,
Bəxtəvərə döndərdi hər diləyi, hər əhdi.
İqtidar sahibitək döndü haqq dərgahından,
Yer üzündə hamidir o, hamıya yaxından.
Eşqin ülvi gücüylə göylərə yüksəldi də,
Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də.
Hər kəlamın, hər sözün möhürdür dilimizə,
Ətrin ‐ can məlhəmidir, onu çox görmə bizə.
Bu comərdlik mülkündə ol səxavətli hami.
Qoy sözünü şəninlə başa vursun Nizami.

Nizami Gəncəvi

Peyğəmbərin (s) Meracı


Geri dön

✰GlaMurKa✰

  • 9 may 2012 15:20
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Eşqin ülvi gücüylə göylərə yüksəldi də,
Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də.
Hər kəlamın, hər sözün möhürdür dilimizə,
Ətrin ‐ can məlhəmidir, onu çox görmə bizə.
Bu comərdlik mülkündə ol səxavətli hami.
Qoy sözünü şəninlə başa vursun Nizami.

★Miss Love★

  • 8 may 2012 18:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
En cox sevdiуim wairlerden biridir Nizami Gencevi...Weirde elbeттeki cox gozeldir...тewekkurler paуlawdiqin ucun=)

_favorit_arkadas

  • 6 may 2012 18:01
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
coox boyukdu,axira kimi oxuya bilmedim...

--------------------

ANGEL LOVE

  • 6 may 2012 17:58
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
oxumadim
twkler..................

--------------------

nurlana77

  • 6 may 2012 16:31
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
qewey weir idi. twkrler


--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

EnD of TiMe

  • 6 may 2012 16:27
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Nizami Gencevi en xosdadigim sairlerden biridir....cox tesekkurler gozel seire gore

✰Dгeaм✰

  • 6 may 2012 16:19
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox uzun seir idi,amma yene de Allah razi olsun.

C.I

  • 6 may 2012 16:00
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
cox qeweng seirdi cox sag ol tskler...................

--------------------

R.M Fanatı...

  • 6 may 2012 15:59
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
tewekkurler

--------------------

LoVe_LiFe

  • 6 may 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eşqin ülvi gücüylə göylərə yüksəldi də,
Bir nəfəsə getdi də, bir nəfəsə gəldi də.
Hər kəlamın, hər sözün möhürdür dilimizə,
Ətrin ‐ can məlhəmidir, onu çox görmə bizə.
Bu comərdlik mülkündə ol səxavətli hami.
Qoy sözünü şəninlə başa vursun Nizami.


cooxx twkler ela seirdiirr.

enigmatic_girl

  • 6 may 2012 15:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Gecənin bir aləmi o günəş göydə yandı,
Aləmi nurlandıran məşəli alovlandı.
Fələk gəcavəsinə göz olmuşdu gözüylə,
Ay, Zöhrə məşəlini gəzdirirdi özüylə.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}