Gözlər,gözlər

 
Gözlər,gözlər

Gözlər «qəlbin güzgüsüdür», «beynin bayıra açılmış pəncərəsidir». Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamət daşıyıcısıdır. Gözlərə, göz ətrafına baxanda bir-birini daha yaxından tanımaq olar. Beləliklə, bir insana daha yaxından bələb olmaq istəyirsənsə, gözlərin əlamətləri ilə tanış ol:

Geniş açılmış gözlər — sahibinin başqa insanlara böyük marağından xəbər verir, özgələrin düşüncə tərzi, hərəkətlərinə də biganə deyildir. Ümid və intizardan xəbər verən belə gözlər həm də böyük qorxudan bir əlamətdir. Zarafatı sevən, içkiyə aludəli olan bu adamlarda qara ciyər zəifləyir.

Orta açıq gözlər — doğruçuluqdan, açıq danışan adamdan xəbər verir. Heç kəsə bədxahlıq istəməyən və bunu gözləməyən adamlar belə baxır, özgələrini səbrlə dinləyə bilirlər. Ətrafda baş verənlərin ağrı-acısını ağır yaşayırlar. Belə gözlər xeyirxahlığa, həyatsevərliyə əlamətdir.

Yarıqapalı gözlərin sahibi ətrafda cərəyan edən hadisələrə biganədir, onlardan yorulur, darıxır. Elə bir rəy yarana bilir ki, həyat belə gözlərin önündən ötüb keçir. Onun daxili həyəcan və yaşantılarına cavab verməyən olaylar ünsiyyətsizliyə gətirib çıxarır. Bu həm də daxili qürurdan, mənəmlik duyğularından bir əlamətdir.

Bağlı gözlər — Tez-tez gözlərini yumub bir neçə saniyə saxladandan sonra açırsa, belə adamlar kəskin hərəkət edən, son həddədək gedə bilən olur. Adamlardan, dünyadan bəzən tam təcrid olmağı bacarırlar. Belələri düşünür ki, o heç kəsi görmürsə, deməli başqaları da onu sezmir. Yad adamlardan özünü gözləyən adamlar kimi, onlarla söhbətə girişmək istəyənlərə elə sual verə bilər ki, dava-dalaş düşər. Öz dünyasına heç kəsi buraxmayan bu adamlar daxili yaşantılarından həzz almaq üçün tez-tez gözlərini qapayır. Bu əlamət həm də hüzn və kədərdən xəbər verə bilər.

Bir göz qıyılırsa — şəxsin ətraf mühitlə olan hissi və ruhi ahəngdarlığından xəbər verir. Gizli razılaşmanın işarəsidir.

Hər iki gözün qıyılması — daxili dərin və gərgin ağrılardan, ətraf mühiti qəbul etməməkdən əlamətdir. Özünəqapanma, müxtəlif ovqatlardan başçıxarma məqamı kimi də qəbul edilə bilər.

Qara gözlər — xeyirə, söz eşitməyi bacaran, yumşaq təbiətə əlamətdir. Bəzən bu, itaətkarlığa da gətirib çıxara bilər.

Qumral gözlər — şücaətə, cəsarətə dəlalət edir.

Ala gözlər — Ədəb və tərbiyə görmüş adamlarda olur. Onlar hər şeyin yerini bilən, özünü-sözünü bilən, ciddi, səbrli, sədaqətli və həyalı şəxslər kimi tanınırlar.

Mavi gözlər — Fərasət və güclü zəkaya, hissizliyə, mərhəmətsizliyə, laqeyidliyə əlamətdir.

Açıq mavi gözlər — Sənətkarlığa çox meyilli olmağa, xəyalpərəstliyə, cəld reaksiya göstərməyə dəlalət edir.

Qıyıq mavi gözlər — mərdimazar, ayaqdançəkən adamlar olur.

Yaşıl gözlər — zalımlığa, soyğunçuluğa, yezidliyə işarədir.

Parlaq gözlər — zəkadan xəbər verir, ədəb və tərbiyəni göstərir.

Kiçik gözlər — xəfif təbiətli, içkiyə meyilli, özünübəyənməyə, fəaliyyətə, yorulmazlığa işarədir.

Böyük gözlər — əxlaqlı və zarafatı xoşlamağa, həm də həsəd aparmağa əlamətdir.

Yumru gözlər — qəlbin zəifliyinə, beynin tez yorulmasına, qaraürəkli, qısqanc olmağa göstəricidir.

Çuxura düşmüş gözlər — təkəbbürə, böyük görünməyə, qürura dəlalət edir. Eyni zamanda inad və dözümlülüyə işarədir.

Tez-tez qırpılan gözlər — uğursuzluğa və ümidsizliyə əlamətdir.

Süzgün gözlər — ürək və ruh ovlamaqdan həzz alan, aşiqə zülm edənlərdə olur.

Tez-tez hərəkət edən gözlər — əliəyriliyə, uğursuzluğa, inada, heyvani hisslərə meyl etməyə işarədir.

Gülər gözlər — insanlara xeyir verən xeyirxah adamlarda olur.

Açıq baxışlar — inadcıllığa, birbaşalığa, sözlərində və hərəkətlərində ardıcıllığı gözləməyə meyilli adamlarda olur. Onlar insanlara kömək etməyə həmişə hazır olduğunu göstərir. Həmsöhbətini özünə tay tutur, hörmət göstərir, heç nəyi gizlətmədiyini, doğrucul olduğunu nümayiş etdirir. Onlar hər şeyi öz adı ilə deyən mərdanə adamlardır.

Qıyqacı baxışlar — öz gücünə güvənməyən, hər hansı vəziyyətdən çıxmağı bacarmayan adamlarda daha çox rast düşür. Bu baxışlarla pis vəziyyətdən qaçmaq, öz zəifliyini başqalarından gizlətmək istəyirlər. Günahını başa düşənlər də bu cür baxırlar.

Yuxarı meyilli baxışlar — istehza etməyi xoşlama, bəzən layiqli məğrurluq, təkəbbür, zəhlətökənlik əlamətidir. Ətrafındakılara onları özündən aşağı hesab etdiyini nümayişkaranə göstərirlər.

Alınaltı baxışlar — günahlarını bilən, səhvlərini düzəltmək üçün fürsən axtaran adamlarda daha çox olur. O, tayleyinin quludur. Ona görə də, ətrafındakıları xoşagəlməzliklə süzür.

Çaşqın baxışlar — ətrafdakılarla ünsiyyət yaratma istəyindən xəbər verir. Bu narahat baxışlarda çox vaxt yaranmış vəziyyətin mahiyyətindən xəbər tutmaq istəyi oxunur. Maraçılıqdan doğan istəklə hətta tanış olmayan adamlarla da ünsiyyət qurmaqdan çəkinmir.

Tərs baxışlar — baxışların toqquşmasından çəkinən, şübhə və inamsızlıqla özünə baxan, sirlərini gizləyən, çətin vəziyyətə düşüb onun mahiyyətindən xəbərsiz olan adamlarda rast düşür.

Siyarətedici baxışlar — ətrafa sınayıcı və tənqidi baxan, məğzi duymaq istəyən, məlumatların kökünə, cövhərinə varmağa meyilli adamlarda olur. Söhbət zamanı inamsızlığı açıq büruzə verirlər.

Narahat baxışlar — ruhi və fiziki tarazlığı olmayan, özündən, yaranmış vəziyyətə düşdüyündən çəkinən adamlarda rast gəlinir.

Canlanan baxışlar — ünsiyyətcil, görüb-eşitdiyindən məmnuniyyətlə danışmağı xoşlayan, cəld hərəkət etməyə hazır adamlara məxsusdur.

Yorğun baxışlar — müsahibinə biganə olmayan, hətta ona diqqət ayırman, hörmət və məhəbbət göstərən, qalibin rəhminə güman bəsləyən adamlarda olur.

Ehtiyatlı baxışlar — yaxşı heç nədən xəbər vermir. Belə adamlar elə bir məqam axtarır ki, narazılığını bildirib mübahisə və münaqişə yaratsın.

İtələyici baxışlar — neqativ hisslərlə dolu, «itil mənim həyatımdan, səni görmək istəmirəm!» — deyir.

Qaçağan baxışlar — gizli maraqçıllıqdan xəbər verir. O, nəyisə görmək istəyir, ancaq razı deyil ki, baxdığını başqası görsün.

Həyasız baxışlar — ətrafdakılara məhəl qoymayan, öz istəklərini kobud həyasızlıqla söyləyir.

Sönük gözlər — qorxaqlığa, bəbəyin böyük olması — cəsarətə əlamətdir.
Gözün üst qapağında sağ tərəfdən səyrimə pislik düşəcəyindən xəbər verir. Gözün üst qapağında sol tərəfdən səyrimə yaxşılığa işarədir. Göz bəbəyi sağının səyriməsi kədərə, solunun səyriməsi isə sevincə dəlalət edir. Gözün alt qapağında sağın səyriməsi kədər və hiddətə, solun səyriməsi isə sevinməyə əlamətdir.

Gözlər arasındakı məsafə qısadırsa — aqressiv, tərs, az şeylə maraqlanan hissi və zəkası kəskin adamdan xəbər verir. Bədənin ortasındakı üzvlər: qara ciyər, mədəaltı vəzi, dalaq və böyrəklər heyvan mənşəli qidalarından çox qəbul edilməsindən əziyyət çəkə bilər. Gözlər arasındakı məsafə genişdirsə — qətiyyətsiz, astagəl, yumşaq xasiyyətli adam göz önündə canlanır. Şəkər, mayelər, tropik bitkilər, ətirli, həyəcanlandıran, stimullaşdıran qida və içkilər deyilən əzalara əziyyət verə bilər.

Gözətrafı dərinin rəngi hər gün dəyişirsə — bu, zəka və fiziki durumla əlaqədardır. Aydın, təbii rəng — yaxşı durumdan xəbər verir. Tündləşibsə, böyrəklərin büzüşməsinə, böyrəküstü vəzi hormonlarının azalmasına əlamətdir. Çoxlu duzlu quru və qızarmış qida qəbulundan, şirniyyatdan istifadədən xəbər verir. Uzunmüddətli cinsi yaxınlıqdan, böyrək zəifliyindən əlamətdir. Yumurtalıqlar və yumurtalarda maddələr mübadiləsinin ləngiməsi kimi də anlaşılır. Qırmızı rəng — ürək və qan dövranın gərgin çalışmasından xəbər verir. Bu həm də əsəb sistemi ilə bağlı ola bilər. Qırmızı rəngə aybaşının ləngiməsi, bir sözlə, həyəcan və əsəb pozğunluğu əsas səbəbdir.

Tünd qırmızı rəngin yaranması — kimyəvi preparatların, narkotik vasitələrin bəzi şəkərli içkilərin qəbulu səbəb ola bilər. Onlar hallutsinasiyadan əziyyət çəkir, əl və ayaq barmaqlarında soyuq hiss olunur.

Sarı rəng — qara ciyər və öd kisəsi gərginliklə işləyəndə yaranır, çoxlu pendir, başqa süd məhsulları, yeraltı yumru tərəvəzi çox qəbul etməkdən əmələ gəlir.

Boz rəng — böyrək, bəzən ağ ciyərin yaxşı işləməsindən, maddələr mübadiləsinin ləngiməsindən törəyir. Endokrin və limfatik sistemin fəsadından xəbər verir. Tənəffüs etdiyimiz havanın təmiz olmaması da buna səbəb ola bilər.

Bu gözlər, gülən gözlər,
Həyatı, duyan gözlər.
Necə də şirin gəlir,
Şənlənir, şənləndirir.

Bu gözlər, gülən gözlər,
Gözlərdən fərqli gözlər.
Mələk kimi cəlb edir,
İnsanı gülən gözlər.

Bu gözlər, gülən gözlər,
Yuxunu duyan gözlər.
Röyamda səni gördüm,
Yaşadır duyan gözlər.


Geri dön

damla4

  • 9 may 2012 10:19
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
her bir goz haqqinda oyrendim winked

✰GlaMurKa✰

  • 8 may 2012 00:17
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Bir göz qıyılırsa — şəxsin ətraf mühitlə olan hissi və ruhi ahəngdarlığından xəbər verir. Gizli razılaşmanın işarəsidir.

Nyam-Nyam

  • 7 may 2012 23:51
  • Məqalə: 0
  • Şərh: 130
  • Bal:
{awards}
Açıq mavi gözlər Sənətkarlığa çox meyilli olmağa, xəyalpərəstliyə, cəld reaksiya göstərməyə dəlalət edir.

--------------------
İиsаи pis ølDuqDa isтэDiкlэяiиi этмзкDзи ва$qa из зDзЯ???

... Deryam ...

  • 6 may 2012 23:20
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
smile Maraqlı məlumatlardı

--------------------

asel

  • 6 may 2012 23:11
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
oxudum yarisin twkler

--------------------
awk aciyi sever.

..:MeleK kiz:..

  • 6 may 2012 20:23
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}

Boz rəng — böyrək, bəzən ağ ciyərin yaxşı işləməsindən, maddələr mübadiləsinin ləngiməsindən törəyir. Endokrin və limfatik sistemin fəsadından xəbər verir. Tənəffüs etdiyimiz havanın təmiz olmaması da buna səbəb ola bilər.

pionist

  • 6 may 2012 19:21
  • Məqalə: 2
  • Şərh: 399
  • Bal:
{awards}
tesekkurler

--------------------
Heyat aci sokalata benzeyir
Aciligini hiss etsen de hevesle yeyirsen

Nuray2012

  • 6 may 2012 19:17
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idi

--------------------

★Azerbaijan girl★

  • 6 may 2012 19:17
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
En esasi " Gozler qelbin aynasidir "

LoVe_LiFe

  • 6 may 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidirr coox beyendim bu xeberii tesekkurlerr

SWEET LOVE

  • 6 may 2012 18:38
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
Qumral gözlər — şücaətə, cəsarətə dəlalət edir
.Süzgün gözlər — ürək və ruh ovlamaqdan həzz alan, aşiqə zülm edənlərdə olur.
Böyük gözlər — əxlaqlı və zarafatı xoşlamağa, həm də həsəd aparmağa əlamətdir.
Açıq baxışlar — inadcıllığa, birbaşalığa, sözlərində və hərəkətlərində ardıcıllığı gözləməyə meyilli adamlarda olur. Onlar insanlara kömək etməyə həmişə hazır olduğunu göstərir. Həmsöhbətini özünə tay tutur, hörmət göstərir, heç nəyi gizlətmədiyini, doğrucul olduğunu nümayiş etdirir. Onlar hər şeyi öz adı ilə deyən mərdanə adamlardır.
bunlar tam menim gozlerime aiddir.sagol smile

_BiRiCiK_

  • 6 may 2012 18:29
  • Məqalə: 144
  • Şərh: 3314
  • Bal:
{awards}
Hmmm maraqlı idi.TWK winked

--------------------

SaRiCkA

  • 6 may 2012 18:23
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
Gülər gözlər — insanlara xeyir verən xeyirxah adamlarda olur.

--------------------

C.I

  • 6 may 2012 18:18
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super sozlerdi cox beyendim tsk edirem..........

--------------------

INCI-INCI

  • 6 may 2012 18:17
  • Məqalə: 1
  • Şərh: 83
  • Bal:
{awards}
Saclarin qaradir ,dum ag olacaq.
Yanagin laledir, bir vaxt solacaq.
senin gozlerini sevirem cunki,
Gozlerin qaradir,qara qalacaq...
tewekkurler.

enigmatic_girl

  • 6 may 2012 18:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Açıq mavi gözlər — Sənətkarlığa çox meyilli olmağa, xəyalpərəstliyə, cəld reaksiya göstərməyə dəlalət edir.

Gülər gözlər — insanlara xeyir verən xeyirxah adamlarda olur.

Parlaq gözlər — zəkadan xəbər verir, ədəb və tərbiyəni göstərir.

--------------------

✰GoLd GirL✰

  • 6 may 2012 17:59
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
aaaaaa cox sag olun maraqlidir./....

MELEK INSAN...

  • 6 may 2012 17:57
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
XEBERE GORE TWK..................

--------------------

ANGEL LOVE

  • 6 may 2012 17:42
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler xebere gore...............

--------------------

EnD of TiMe

  • 6 may 2012 17:37
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Ala gözlər — Ədəb və tərbiyə görmüş adamlarda olur. Onlar hər şeyin yerini bilən, özünü-sözünü bilən, ciddi, səbrli, sədaqətli və həyalı şəxslər kimi tanınırlar.

Açıq baxışlar — inadcıllığa, birbaşalığa, sözlərində və hərəkətlərində ardıcıllığı gözləməyə meyilli adamlarda olur. Onlar insanlara kömək etməyə həmişə hazır olduğunu göstərir. Həmsöhbətini özünə tay tutur, hörmət göstərir, heç nəyi gizlətmədiyini, doğrucul olduğunu nümayiş etdirir. Onlar hər şeyi öz adı ilə deyən mərdanə adamlardır.

mene aid olanlar bunlar idi....coxu duzdu....tesekkurler xebere gore....

_favorit_arkadas

  • 6 may 2012 17:36
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
qara gozler

--------------------

Dalga

  • 6 may 2012 17:36
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Tewekkur edirem oxudum, maraqli idi

--------------------

GlamouR_

  • 6 may 2012 17:35
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Orta gozler menem qehveyi reng )tewekkur coox beyenddim.Sevdiklerim meqalelerime daxil etdim)

--------------------

Aysel_

  • 6 may 2012 17:20
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler..Maraqli idi..

MenimleSen

  • 6 may 2012 16:55
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
TSK maraqli xebere gore))

--------------------

✰Dгeaм✰

  • 6 may 2012 16:51
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox maraqlidi.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}