Arıq insanların içi qurdlu olur

 
Arıq insanların içi qurdlu olur


Kökəlmək arzusunda olanlara məsləhətlər

Demək olar ki, bütün informasiya mənbələrində arıqlamaqla bağlı dietalar yayımlanır. Lakin kökəlmək arzusunda olan insanlar da var… Qəribə görünsə də belələri var, həm də az deyillər… Elə mütəxəssislərin də qeyd etdiyi kimi günümüzdə 7% insan çəki çatışmazlığından əziyyət çəkir. Gündəlik həyatımızda da arıqlıqdan şikayət edən insanlara tez-tez rast gəlirik. El arasında belələrinə çox vaxt məzəli şəkildə “içi qurdlu adam” deyirlər. Bəs görəsən, hansı amillər insanı kökəlməyə qoymur? Ümumiyyətlə, hansı qaydalara riayət etməklə sağlam şəkildə kökəlmək olar?

Terapevt Nuranə Məhərrəmova günümüzdə kökəlmək istəyən çoxlu insanın olduğu faktını təsdiq edərək, əsas problem kimi stress dolu həyat şəraitinin olmasını göstərir: “Elə insanlar var ki, stressdən kökəlir, elələri də var ki, əksinə olaraq arıqlayır. Həmçinin, qurd xəstəlikləri, zobun olması, mədə-bağırsaq sisteminin pozulması, mədə xorası bir sözlə həzm traktının pozulması kökəlmənin qarşısını alır. Bir də insanın xasiyyət xəstəliyi olan paxıllıq insanı kökəlməyə qoymur. Kökəlmənin ən sağlam forması isə ilk növbədə həkimə müraciət edərək səbəb faktorunu müəyyənləşdirməkdir. Müvafiq müalicə kursu götürdükdən sonra düzgün qida və istirahət rejimini müəyyənləşdirmək lazımdır”.
Tez bir zamanda necə çəki yığmaq olar sualına isə mütəxəssislərin bir neçə məsləhətini təqdim edirik.
Çox yemək lazım deyil. Əksər insanlar hesab edir ki, çoxlu yağlı və xəmir xörəkləri yeyəndə çəki artır. Lakin çəkinin artmasının yerinə, həzmdə ciddi problemlər yarana bilər. Mədəyə yığılan çoxlu miqdarda qida həzm olunmur, bu səbəbdən qidalı maddələr çatışmazlığı əmələ gəlir və siz yenə də kökələ bilmirsiniz.
Az-az qida qəbul etməkdə vacibdir. Daim xörək yeməzdən əvvəl az miqdarda bir şey qəbul edin belə olan halda, siz həzmi yaxşılaşdırmış olacaqsınız. Bunun üçün – süd, qoz, fındıq, quru meyvələr və müxtəlif kalorili içkilərdən istifadə etmək olar.
Həmçinin, çalışıb çoxlu istirahət edin. Əsəb gərginliyi də çəkinin artmasına mane ola bilər, buna görə çalışın əsəbiləşməyin. Gün ərzində heç olmasa 1 dəfə nəfəsinizi dərib, 20 dəqiqə sakit oturun.
Məşq etmək də faydalı hesab olunur. Çox uzun çəkməyən və yorucu olmayan məşqlər edin. Üzmək, gəzinti, əsas əzələlər üçün bəzi hərəkətlər şübhəsiz sizə xeyir verəcək. Rejimə əməl edərək hər gün eyni vaxtda oyanmağa, qida qəbul etməyə və yatmağa çalışın.
Gündə 5dəfə, asta və qidanı yaxşı çeynəyərək yemək lazımdır. Yeməkdən əvvəl və ya yemək vaxtı əsəbiləşmək qadağandır. Bu həzm sisteminə çox ziyandır. Ümumilikdə həyatınızı elə nizamlayın ki, mümkün qədər az əsəbiləşəsiniz. Sutkanın 8-10 saatını yatmaq lazımdır, amma yuxu dərmanının köməyindən istifadə etməmək şərtilə.
Havadan asılı olmayaraq şam etməzdən öncə 1 saatlıq gəzintiyə çıxın və bu zaman dərindən nəfəs alıb-verin. Bu məşq iştahı oyadır. Sonra yaxşıca yeyin və ən gec 1saat sonra yatın. Şamdan sonra kiçik qurtumlarla 1 stəkan ballı süd içmək də xeyirli hesab olunur.
Onu da qeyd edək ki, yemək vaxtı həmçinin nəsə oxumaq və radio dinləmək də ziyandır. Günorta yeməyindən sonra 15-30 dəqiqə uzanmaq çox xeyirlidir. Bu vaxt yaxşı və xoş bir şey barədə fikirləşməyə çalışın.
Ən əsası isə zərərli vərdişlərdən imtina edin. Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırın. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir.
O cümlədən, qidanı sevməyə çalışın. Özünüz üçün yemək hazırlayın, reseptlər kitabı alın, gözəl yemək şəkillərinə baxın. Mütləq mətbəxdə iştahlı yemək posteri asın.
Tərəziyə baxmaqdan isə çəkinin. Tərəzi əvəzinə güzgüyə baxmağa üstünlük verin. Mütəxəssislərin dediyinə görə, gündə 2 stəkandan artıq çay içmək olmaz. Turşu, istiot və süddən uzaq durulmalıdır.

Sürətlə yemək kökəlməyə səbəb olur

Britaniyanın tibb jurnalı üç min nəfərin yemək yeyən zaman davranışını analiz edən Osaka Universitetindən olan yaponiyalı alimlərin hesabatını dərc edib. Alınmış nəticələrə əsasən, yeməyi daim sürətlə udmaq vərdişi və nəzarətdənkənar çəki yığmağa meyillilik arasında birbaşa əlaqə müşahidə olunub. Beləliklə, yemək yeyən zaman tələsən kişilər asta yeyən kişilərlə müqayisədə 84 faiz, qadınlar isə iki dəfə çox kökəlmə riskinə məruz qalırlar. Eksperimentin təkcə yeməyə tələsməyən, eyni zamanda, tam doyduqlarını hiss edən zaman dayanma vərdişini nümayiş etdirən iştirakçıları üç dəfə çox kökəlmə riskinə məruz qalırlar.
İngiltərəli mütəxəssis-dietoloqların fikrincə, yemək yeyən zaman tələsmək doymaq haqqında beyinə xəbər verən siqnal sisteminin işini pozur. Nottinqem Universitetindən olan professor Yen Makdonald hesab edir ki, mədənin sistemin fəaliyyətə başlamasından daha tez doldurmaq vərdişi hələ uşaqlıq dövründən formalaşır.


Geri dön

✰GlaMurKa✰

  • 14 may 2012 00:21
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
Sitat: solitary_girl
Ayyy onda menim icim qurdla doludu ki

aynen menimdeee wink

Music lover

  • 13 may 2012 19:58
  • Məqalə: 16
  • Şərh: 719
  • Bal:
{awards}
men oz cekiden raziyam kokeklmeye fikrim yoxdu twk xebere gore

★Miss Love★

  • 9 may 2012 16:16
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Sitat: GERI DONME
men boy ve cekimden raziyam.....sukur problemim yoxdu.......qurdlu deyilem

LoVe_LiFe

  • 9 may 2012 14:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLERRR

Dalga

  • 8 may 2012 21:49
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Menim ariq insanlardan xowum gelir xeber ucun tewekkur edirem

--------------------

EnD of TiMe

  • 8 may 2012 16:46
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
kokelmek fikrim yoxdur.....tesekkurler maraqli xebere gore

LoVe_LiFe

  • 7 may 2012 21:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Nuray2012,
Hee hemise deyirler qurdun var ona gore ariq qalirsan wink duzdu qurd adami ariq saxladir hemde ele adam varki qurd yeyir ariqlamaq ucun



ayyy bacis nece yeni qurd yeyir? aaa bilmirdimeee fffffuuuuuuuuu. tesekkurler xebere gore bilirdimm

enigmatic_girl

  • 7 may 2012 20:23
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Sitat: C.I
ew men duzdu ariqam ama kokelmekde fikrim yoxdu qoy qalsin qurdlar icimde kokelmeyim wink tsk xebere gore......
wink

--------------------

ANGEL LOVE

  • 7 may 2012 19:05
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler.............

--------------------

Prank girl

  • 7 may 2012 18:18
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tsk edirem mentiqi baximdan duzdu

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

C.I

  • 7 may 2012 18:18
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
ew men duzdu ariqam ama kokelmekde fikrim yoxdu qoy qalsin qurdlar icimde kokelmeyim wink tsk xebere gore......

--------------------

✰Dгeaм✰

  • 7 may 2012 17:56
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Maraqli xeber ucun cox sag ol.

GERI DONME

  • 7 may 2012 17:46
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
men boy ve cekimden raziyam.....sukur problemim yoxdu.......qurdlu deyilem wink

Nuray2012

  • 7 may 2012 16:02
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Hee hemise deyirler qurdun var ona gore ariq qalirsan wink duzdu qurd adami ariq saxladir hemde ele adam varki qurd yeyir ariqlamaq ucun

--------------------

I am Happy

  • 7 may 2012 15:58
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
Shukur ALLAHA o qederde ariq deyilem.

--------------------

.♣.Chrysalis.♣.

  • 7 may 2012 15:24
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
yaxsiki cox ariq deyilem

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

AysU_DilarE

  • 7 may 2012 15:08
  • Məqalə: 143
  • Şərh: 2590
  • Bal:
{awards}
bawliq ela seslenire wink cox ewidmiwem bu sozu hetda yaxinlarimada iwlediremki iciniz qurdudu) twkler xebere gore

--------------------

Mr.Pouer

  • 7 may 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
Qaqaw pis cixmasin Alma Adami ariqladir ee kokeltmir ))

--------------------
Sensiz_1_Saniye_Olum -- olsada Sensiz Yawayacam !

✰GoLd GirL✰

  • 7 may 2012 14:41
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
bir az menim de basim qarisdi qeribedir.........

özlem.

  • 7 may 2012 14:19
  • Məqalə: 0
  • Şərh: 645
  • Bal:
{awards}
onda menim de icim qurdla doludu ha ha ha wink

sevgi dushmeni

  • 7 may 2012 14:04
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
axaxaxaxaxaxa cox gulmelidi))))))) desene kokler melekdi ariqlar qurdlu.daxa butun mankenlerin ici qurdludu wink .tşkk

--------------------

Koroleva Tvoya

  • 7 may 2012 14:02
  • Məqalə: 2
  • Şərh: 66
  • Bal:
{awards}
Mence de))))

Narka E-ZaDe

  • 7 may 2012 13:58
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
Ayyy onda menim icim qurdla doludu ki wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

✰GlaMurKa✰

  • 7 may 2012 13:56
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
basa dusmedim ariq insanlarin ici qurdlumu olur? belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 724
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}