"Qurani-Kərim"ə görə dua

 
"Qurani-Kərim"ə görə dua

Sizi yaradan, bu dünyada məskunlaşdıran, şüur və bədən sahibi edən Allaha lazım olduğu qədər yaxınsınızmı? Ona axırıncı dəfə nə vaxt dua etmisiniz? Allaha təkcə bəzi çətinlik və bəlalarla üzləşəndə yalvarırsınız, yoxsa həmişə Onu xatırlayıb, yad edirsiniz? Dua edəndə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltı ilə tələffüz etdiyiniz və ya ürəyinizdən keçirtdiyiniz hər sözü eşitdiyini dərk edirsinizmi? Allahın bütün insanların və hər şeyin Rəbbi, həyatdakı ən böyük dostunuz və himayədarınız olduğunu düşünürsünüzmü? Hər şeyi xüsusilə Rəbbimizdən istəməyiniz lazım gəldiyini fikirləşirsinizmi?
Quranda duanın əhəmiyyəti haqda: «...Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?» («Furqan» surəsi, 77) ayəsi ilə xəbər verilir.

Allaha dua edərək, Ona yaxınlaşmaqda heç bir məhdudiyyət yoxdur. Demək ki, hamı bu yolu mənimsəməklə və təkrar etməklə əbədi həyatına xeyir təmin edər.
Dua Allahla insanlar arasındakı əlaqə yoludur. Allahla əlaqə yaratmaq ehtiyacı isə insanın təbiətində, yəni yaradılışında mövcuddur. İnananlar üçün dua etmək həyatlarının ayrılmaz və çox təbii bir hissəsi olduğu halda, əksəriyyət üçün ancaq böyük çətinliklərə məruz qalarkən, həyatına olan təhlükələrlə üzləşərkən xatırlanan bir ibadətdir. Əlbəttə ki, bu sonuncu ifadə etdiyimiz dua tərzini Allah məqbul hesab etməyə bilər. Əsas xeyirli olan həm rahatlıqda, həm də çətinlikdə Allahdan kömək istəməkdir. Buna görə də səmimi olaraq Allaha dua edə bilməyin yolları Quranda ətraflı bildirilmişdir.

Quranın əksər ayələrində birbaşa və ya dolaylı yollarla dua məsələsi qeyd edilir. Təkcə bunun özü də dua mövzusuna nə qədər əhəmiyyət verilməli olduğunu göstərir. Digər tərəfdən dua ilə əlaqəli ayələr oxunanda da bunun nə dərəcədə vacib bir ibadət olduğu daha yaxşı aydın olur.
«Çağırmaq, istəmək, kömək tələb etmək» mənalarına gələn dua sözü Qurana görə «insanın bütün mənliyi ilə Allaha üz tutması» və ya «gücü məhdud və sonlu olan insanın məhdudiyyətsiz və sonsuz qüdrət qarşısında acizliyini qəbul edərək kömək istəməsi» kimi bildirilir.

Allaha inamı olan hər bir insanın müxtəlif formalarda dua etdiyi məlum olan bir məsələdir. Ancaq əksər insanlar duanı təkcə çətinliyə düşəndə və sıxıntılı vaxtlarında, əllərindən gələn bütün ehtimallar yoxlanandan sonra Allahı xatırlamaq şəklində başa düşürlər. Bu cür adamlar yaşadıqları sıxıntıya son qoyulduqdan sonra yeni bir çətinliklə üzləşənə qədər Allahı yaddan çıxarır və Ondan bir şey tələb etməyi ağıllarının ucundan belə keçirmirlər.
Bəzi insanlarda da çox səhv dua anlayışı var. Bu insanlar üçün dua uşaq yaşlarından etibarən ailənin yaşlı fərdləri tərəfindən öyrədilən, bəzi anlaşılmaz sözlərdən ibarətdir. İnsanların bu cür dualarında Allahın mövcudluğu, birliyi, böyüklüyü, qüdrəti, insanları həmişə görüb-eşitdiyi, dualara cavab verəcəyi elə də nəzərə alınmır. Ancaq əvvəlcədən əzbərlənən dua qəlibləri təkrar edilir. Halbuki kitabımızın da mövzusu olan Allahın Quran vasitəsilə bəndələrinə eşitdirdiyi dua çox fərqlidir.

Qurana görə dua etmək Allaha çatmağın ən asan yoludur. İndi bir anlığa Allahın sifətlərini fikirləşək. O insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir... İnsanın ürəyindən keçirtdiyi bircə fikir də Allahdan gizli qalmaz. Elə isə səmimi olaraq Allahdan nə isə istəmək üçün insanın təkcə fikirləşməsi də kifayət edir. Budur, Allaha çatmaq bu qədər asandır.
İnsan qulluq şüurunda olduğu müddət ərzində Allah dərgahında dəyər qazana bilər. Buna görə də insan Allaha üz tutmalı, səhvlərini Allaha etiraf etməli və təkcə Allahdan kömək istəməlidir. Bunlardan başqa bir davranış tərzi Allaha qarşı təkəbbürlənməkdir ki, Quranda bunun cəzasının da sonsuz cəhənnəm olduğu xəbər verilir.


Hazırkı cəmiyyətlərdə diqqəti cəlb edən bir məqam özünü büruzə verir. Bu, bəzi başqa ibadətlər kimi, duanın da tərk edilmiş bir ənənə olaraq nəzərdən keçirilməsidir. Əslində, bu fikrin formalaşmasının arxasında «Allahdan müstəqil, öz-özünə işləyən bir dünya» ola biləcəyi təlqini dayanır. İnsanların əksəriyyəti istər-istəməz yaşayışlarının başlanğıcından sonuna kimi bütün hadisələrin özlərinin və ətraflarındakı insanların nəzarətində cərəyan edən hadisələr olduğunu düşünürlər. Buna görə də ölümlə üzləşməmiş və ya çox böyük faciə ilə qarşılaşmamış, Allaha dua etmək ehtiyacı hiss etmirlər. Halbuki bu çox böyük aldanışdır. Bu yanlışlıqda elə bir səviyyəyə çatanlar olur ki, bunlar duanı sanki keçmiş dövrlərdən günümüzə qədər gəlib çatmış bir sehrbazlıq taktikası olduğuna inanırlar. Halbuki dua həyatın hər sahəsinə məxsus olan bir ibadətdir.

Bütün insanlar duaya möhtacdır. Kasıb və çətin şəraitdə yaşayan bir adamın imkanlı bir şəxsə nisbətən duaya daha çox ehtiyacı olduğunu fikirləşmək, dua mövzusunu kökündən səhv başa düşməkdir. Maddi vəziyyəti yaxşı olan, həyatda bütün istədiklərini əldə etdiyini fikirləşən bir insanın duaya ehtiyacı olmadığını hesab etmək düzgün deyil. Çünki belə vəziyyətdə dua etməyin yeganə səbəbinin dünyəvi arzuların həyata keçməsi olduğu anlaşıla bilər. Halbuki möminlər həm dünya həyatları, həm də axirətləri üçün dua edirlər. Dua özü ilə birlikdə təvəkkülü də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər cür vəziyyəti, bütün hadisələri kainatın Yaradanı və Hakimi olan Allahın təqdirinə həvalə edir. Bir problemi həll etməyin, yaxud qarşısını almağın bütün yollarının kainatdakı qüdrət sahibi olan Allaha əsaslandığını bilmək, bütün işləri (tədbirini alandan sonra) Ona həvalə etmək və ancaq Ona dua etmək mömin üçün bir sevinc və arxayınlıq mənbəyidir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:57
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 7 noyabr 2010 00:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

sevgi yalandir

  • 6 noyabr 2010 13:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERRRRRRRRRRRRRRRRR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 6 noyabr 2010 11:51
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurleeeeeeeeerrrrrrrrrrrrrrrr

Just For Legend

  • 5 noyabr 2010 22:34
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
THANKS

--------------------

_M_E_H_I_

  • 5 noyabr 2010 22:22
  • Məqalə: 161
  • Şərh: 114
  • Bal:
{awards}
COX SAG OL

COX SAG OL

--------------------
(●̮̮̃•̃) (●̮̮̃•̃)
/█\♥ /█\ LOVE FOREVER ...

๖ۣۜ ~ I )̲̅ζø̸√̸£ ч̸ø̸µ ~ ๖ۣۜ

R_O_M_A

  • 5 noyabr 2010 22:15
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
movzuya gore tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}