“Bəqərə” surəsi (Fustatul Quran)

 
“Bəqərə” surəsi (Fustatul Quran)

Ayətəl kürsi.

1-Əli ibn Ubəyy Həmzə Əlbətaini Hüseyn ibn Ubəyy Əlaidən və oda Ubəyy Bəsirdən, o isə imam Cəfər Sadiqdən (ə) nəql edir. Həzrət buyurdu: Hər kəs Bəqərə və Ali-İmran surəsini oxusa, Qiyamət günü bu iki surə, iki bulud və yaxud iki əba (çuxa), ya da iki gölgə kimi onun üçün kölgə salacaqdır.

2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni (Bəqərə) oxusa Alllahın rəhmət və salamı olsun. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər. (İbn Kəb) yenədə deyir: Peyğəmbər (s.ə.v.v) mənə buyurdu: Ey Ubəyy müsəlmanlara de Bəqərə surəsini oxusunlar. Çünki, onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, və onu (oxumağı) tərk etmək həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz. Səhl ib Səəd deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: hər kəs bir şey üçün qala vardır, Quranın qalası isə Bəqərə surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar. Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s.ə.v.v) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qurandan nə qədər əzbər etdiklərini onlardan birbə-bir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O Rəsuli-Əkrəmin (s.ə.v.v) sualının cavabında Quranın bir hissəsini və Bəqərə surəsini əzbər etdiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: İndi isə gedin və bu cavan sizin Əmrinizdir (başçınız). Onlar dedilər: Ya Rəsuləllah, o bizim hamımızdan uşaqdır! Həzrət buyurdu: Bəli elədir, lakin o Bəqərə surəsini əzbər bilir. Onlar yenədə Rəsuli-Əkrəmdən (s.ə.v.v) soruşdular. Quranın hansı surəsi o biri surələrdən əfzəldir? Həzrət buyurdu: Bəqərə surəsi.

3-İmam Səccad (ə) (Zeynul Abidin) Rəsuli-Əkrəmdən (s.ə.v.v) belə nəql edərək buyurmuşdur: Hər kəs Bəqərə surəsindən Ayətəl kürsünü və onun davamında iki ayəni və həmçinin Bəqərə surəsinin başqa yerindən üç ayəni oxusa, nə ona bir pislik yetişməz və nədə ki, Şeytan ona yaxınlaşa bilməz. "Allahu la ilahə illa huvəl həyyul qəyyum. La təuzuhu sinətun vəla nəvm: Ləhu mafisissəmavati və maa fil-ərz. Mənzəlləzi yəşfəu indəhu illa biiznih. Yəələmu Mabəynə əydihim və ma xəlfəhum, vəla yuhitunə bişəyn min elmihi illa bimaşaə Vəsiə Kursiyyuhus-səmavati vəl`ərz. Vəla yəuduhu hifzuhuma və huvəl Əliyyul Əzim 255 La ikrahə fiddini qəd təbəyyənərruşdu minəl ğəyy. Fəmən yəkfur bittağuti və yumin billahi fəqədistəmsəkə bilurvətil vusqa lən fisamə ləha, vəllahu Səmiun Əlim. 256. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəz-zulumati ilənnur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricuhum mənən-nuri iləz-zulumat. Ulaikə Əshabun-narihum fiha xalidun. 257.

4-İbrahim ibn Məhzum deyir bir kişi belə dedi: İmam Rzadan (ə) eşitdim ki, buyurdu: Hər kəs yatan zaman Bəqərə surəsini oxusa, Allahın iradəsi ilə o iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz.

5-Əli ibn Hüseyn (ə) Allahın Rəsulundan (s.ə.v.v) hədis rəvayət edərək buyurdu: Hər kəs Bəqərə surəsindən dörd ayəni, “Ayətəl-kürsü”nü və onun ardınca iki ayəni və ondan sonra həmin surənin sonundan üç ayəni oxusa, o öz canında və malında heç bir narahatlıq görməz, div ona yaxınlaşmaz, və Quranı unutmaz.

İmam Sadiq (ə) buyurdu: Əgər bir kəs bu "Və iz cəllən bəytə məsabətən linnasi və əmənən vəttəxizu min məqami İbrahimə musəlla. Vəəhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəl akifinə və rukkəis-sucud. (125) ayəni yatan zaman oxuya və Allahdan müəyyən bir vaxtda oyanmasını istəyə, bu əməl hasil olacaqdır.

Təcrübə yolu ilə sabit olmuşdur ki, hər kəs aşağıdakı ayəni üç dəfə oxusa, və onun əvvəlində və axırında Peyğəmbərə salavat göndərsə, ruzinin çoxalmasına və kilidlərin (düyünlərin) açılmasına səbəb olar. Ayə-"Vəmən yəttəqillahə yəcəl ləhu məxrəcən. Və yərzuqhu min həysu la yəhtəsibu. Və mən yətəvəkkəl ələllahu Fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi qəd cəələllahu likulli şəyin qədrən." –Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bəqərə surəsini öyrənin! Çünki oxumaqlıq bərəkət, tərk etmək isə həsrət gətirər. Sehrkarlar bu surəyə yol tapa bilməzlər. Sonra Həzrət yenə buyurdu: Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ya Əli (ə) bu ayə (ayələr) oxunan evin yanına ləənətlənmiş iblis üç gün yaxın gələ bilməz. Və yaxud qırx gecə-gündüz heç bir cadu o evə daxil olmaz. Sonra Həzrət yenə buyurdu: Ey Əli (ə) bu ayəni (Ayətəl kürsünü) övladlarına və qonşularına öyrət. Çünki bundan üstün ayə nazil olmamışdır.

Hər kəs ayəni (“Ayətəl-kürsü”nü) yatan zaman oxusa, Allah-taala onun ailəsini və ətrafında olan bir neçə qonşularını şeytanın şərrindən amanda saxlayar.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs evindən çıxanda bu ayəni (“Ayətəl-kürsü”nü) oxusa, evinə qayıdıb gələnə qədər onun bağışlanması üçün Allah-taala yetmiş min Mələyi məmur edər. Evinə gəlib çatdıqda isə, fəqirliyi ondan uzaqlaşdırar.

Əmr ibn Ubəy Əlmiqdam deyir: İmam Məhəmməd Baqirdən (ə) eşitdim belə buyurdu: “Ayətəl-kürsü”nü oxumaq min ədəd dünyəvi pislikləri (çətinlikləri) və min ədəd üxrəvi (axirətdə) çətinlikləri aradan aparar ki, ən çətin şey dünyada fəqirlik, (kasıblıq) axirətdə ən dözülməz şey isə sıxıntısıdır.


Geri dön

★Miss Love★

  • 9 may 2012 18:56
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
cox maraqli ve gozel xeberdir cox sagol=)

EnD of TiMe

  • 8 may 2012 18:03
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Allah razi olsun cox gozel xeberdir....

ANGEL LOVE

  • 8 may 2012 11:47
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
Allha razi olsun...........

--------------------

enigmatic_girl

  • 7 may 2012 23:30
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

özlem.

  • 7 may 2012 23:27
  • Məqalə: 0
  • Şərh: 645
  • Bal:
{awards}
coxxxxx tesekkurler cox saqolun

✰GlaMurKa✰

  • 7 may 2012 23:11
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TSK BACIS

LoVe_LiFe

  • 7 may 2012 22:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore ALLAH RAZI OLSUN

asiya_760

  • 7 may 2012 22:22
  • Məqalə: 515
  • Şərh: 36
  • Bal:
{awards}
allah razi olsun

Nuray2012

  • 7 may 2012 22:19
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

nurlana77

  • 7 may 2012 22:08
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
Allah razi olsun. twkrler winked

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

✰Dгeaм✰

  • 7 may 2012 22:02
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 44
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 31
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}