Şuşasız keçən 20 il

 
Şuşasız keçən 20 il

1992-ci ilin 8 may günü Azərbaycanın siyasi və mədəni mərkəzlərindən olan Şuşa şəhəri erməni işğalçıları tərəfindən qəsb edildi. Bu il Şuşa bizsiz, biz isə Şuşasız 20 ili qeyd edirik. Bəs Şuşanın keçmiş döyüşçüləri həmin məşum günü necə xatırlayırlar? Ümumiyyətlə, şuşalılar üçün Şuşasız keçən 20 il necə yadda qalıb? İlk olaraq ANS PRESS-in həmsöhbəti II qrup Qarabağ əlili, istefada olan polis kapitanı Şünasi Xəlilov oldu.

Şuşa döyüşçüsü o günləri belə xatırladı:
"Bir çox şuşalılar kimi mən də öz torpaqlarımızın müdafiəsinə qalxdım. İlk vaxtlar ordu olmadığından bir çox könüllülər kimi Şuşada vuruşurdum. Qızğın döyüşlər gedəndə Kərgicahan kəndinə getmək mümkün deyildi. Çünki sovet ordusu Şuşadan Kərgicahana gedən yolu bağlamışdı. 1990-cı ilin sentyabrından Şuşa rayon Polis İdarəsində sahə müvəkkli kimi işə başladım. Mən işə başlayanda hadisələrin qaynar mərhələsi start götürmüşdü. 1991-i ildə Şuşa ərazi Müdafiə Batalyonu və Könüllülər Batalyonu yaradıldı.

Həmin batalyondan ilk olaraq 17 yaşlı Alahəşimov Pərviz şəhid oldu. Onun meyitini ailəsinə təhvil vermək mənə həvalə olundu. Daha sonra Məhərrəmov Nazim, Ələkbərov Zahid və digələri şəhid oldular
".

Şünasi Xəlilov 1992-ci ilin martın 29-da Şuşanın işğalında təxminən 40 gün əvvəl yaralandığını bildirir. "Mən həm Milli Qəhrəman Ramiz Qəmbərov adına Batalyon, həm də Şuşa polisi ilə bir döyüşə çıxırdım. Şuşa polisində polis zabiti idim. Bu cür fəallığıma görə Şuşa polis şöbəsinin rəisi Vahid Bayramov məni Qaybalı postunun rəisi təyin etdi. Bir neçə gün idi ki, Qaybalıdan qayıdıb gəlmişdim, şöbədə idik qəfil ermənilər şöbəni hər tərəfdən atəşə tutdular. Şöbəmiz darmadağın oldu, mən isə ağır yaralandım. Oradan Şuşa xəstəxanası, sonradan isə Bakıya göndərildim", Şuşa döyüşçüsü bildirib.

Şünasi Xəlilov Şuşanı əldən verməyimizin səbəbləri haqqında da danışıb.
Vətənpərvər oğullarımız var idi, amma bu döyüşlərdə vuruşanlar az idi. O zaman döyüş əhval-ruhiyyəsi bütün respublikanı əhatə etmirdi. Səfərbərlik yox idi. Həm də yanvar-fevral aylarında dövlət qadınlar və uşaqların çıxarılması üçün qüvvə göndərmişdi, camaatın çoxu arxada ailəsini yerləşdirirdi. Heç kimin ağlına gəlmirdi ki, həmin gün Şuşa əldən gedə bilər. Bunu həmişə deyirəm ki, Bakıdan gələn 30-40 texnika ilə Şuşanı qorumaq olardı. Çünki hələ ayın 8-də düşmən Şuşaya girməmişdi. Şuşaya girməmiş qüvvələr geri çəkilmişdi. Camaat arasında panika salmışdılar ki, buraya ağır dağıdıcı bombalar endirəcəklər, - deyə Şünasi Xəlilov qeyd edib.

II qrup Qarabağ əlili, Şuşa ərazi müdafiə batalyonun döyüşçüsü Cahid Ələkbərov da Şuşanın işğal tarixini ürək ağrısı ilə xatırlayır:

"Mayın 8-dən 9-a gecən gecə ermənilər ilk olaraq artilleriya ilə Şuşanı vurdular, şəhərə 3 istiqamətdən hücuma keçdilər. İlk olaraq türmə deyilən yerdən erməniləri geri oturtduq. Gündüz 3.00-4.00 radələri olardı ki, mən yaralandım. Məni ordan çıxarıb Laçına gətirdilər. Gecə 12.00-a kimi Şuşada döyüş gedib. Qüvvələrin sayında böyük fərq var idi, bir tək tankçı Albert Aqoronov qalmışdı, o da sonra şəhid oldu. Vəziyyət belə idi ki, döyüşçülərin çoxunu məzuniyyətə buraxmışdılar. Təkcə yerli batalyon qalmışdı, yəni barmaqla saysan maksimum 100 nəfər olardı. Silah sarıdan da çatışmazlıq var idi".

Şuşa döyüşçüsü Şuşasız keçən 20 ilin ölümə bərabər olduğunu bildirib. "Şuşanı qaytarmalıyıq, bu bizim boynumuza düşür. Şuşanı biz qanımız bahasına verdik, qanımız bahasına da alacağıq", - deyə Cavid Ələkbərov bildirib.

Politoloq Qabil Hüseynli də ANS PRESS-ə Şuşanın işğalından ötən 20 illə bağlı fikirləri ilə bölüşüb. Politoloq həmin dövrün çox qarmaqarışıq dövr olduğunu bildirib. "Xocalı hadisələri baş vermişdi və həmin hadislərin dalğasında Ayaz Mütəllibov istefaya məcbur edilmişdi. Onun istefasında sonra Ali sovetin sədrliyinə Yaqub Məmmədov gətirilmişdi və o, prezidentin səlahiyyətlərini icra edirdi. Bununla yanaşı, ölkədə hakimiyyət vakumu hiss edilirdi. Hakimiyyət strukturları kifayət qədər əlaqələndirilmiş və bir-birilə sıx vəhdətdə işləyə bilmirdi. Çünki Yaqub Məmmədovun özü müəyyən dərəcədə işlərin içinə girməkdə idi, digər tərəfdən isə onun işinə sabotaj da kifayət qədər çox idi. Bundan başqa respublikada sanki ikihakimyyətlilik mövcud idi, digər tərəfdən Yaqub Məməmmədov rəhbərlik etdiyi hakimiyyət struktrurları, o biri tərəfdən daha çox reytinq qazanmaqda olan AXC-nin hakimiyyətinin mövcudluğu. Qeyri-rəsmi olsa da, AXC-nin nüfuzu və təsiri bütün hakimiyyət strukturlarında keçərli idi. Belə bir vəziyyətdə hər iki tərəfin bir-birilə dil tapa bilməməsi, uzlaşa bilməməsi nəticəsində respublikanın idarəçiliyini möhkəm əllərə yığmaq mümkün deyildi", - deyə Qabil Hüseynli qeyd edib.

Qabil Hüseynli Şuşanın qaytarmağın mümkünlüyündən də danışıb.

Politoloq bunun üçün şansımızın olduğunu amma indiki geosiyasi vəziyyətdə Azərbaycanın müharibəyə başlamasına imkan vermədiyini qeyd edir:

"Yəni Rusiya Cənubi Qafqazda hökmranlığını davam etdirir, bununla da Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsinə imkan yaratmır. Siyasi yollarla da burada əngəllər var, yəni ermənipərəst qüvvələrin əngəli qarşılaşır, buna görə də məsələnin siyasi həlli yolunda ciddi irəliləyişlər yoxdur, hətta dalana dirənmə vəizyyəti yaranıb, amma məsələnin həlli yoluna çevrilməsi ehtimalı daha böyükdür, bunun üçün isə zaman lazımdır. O zamanı isə geosiyasi vəziyyətin dəyişməsi diktə edəcək. Yəni bölgədə Rusiyanın təsirinin zəifləməsi, Azərbaycanın hərbi potensial etibarı ilə daha da qüvvətlənməsi, nəticə etibarı ilə hərbi qüdrəti ölçüyə gəlməz dərəcədə üstün olan Azərbaycanən danışıqların diplomatik şərtlərini diktə etməsinə gətirib çıxaracaq, ya da açıq müharibə başlayacaq və Azərbaycan işğalda olan torpaqlarını azad edəcək. Amma bunun üçün inanmıram ki, çox tez bir vaxt lazım olsun, ən azından bir neçə ilin keçməsi lazım gələcək".


Geri dön

✰GlaMurKa✰

  • 9 may 2012 00:56
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Sitat: _XADA_
Her il gelen il bu vaxdi Susada kecirerik deyirik goresen arzumuz ne vaxt yerine yetecek.Allah olenlerimize rehmet elesin.

AMIN recourse

Dalga

  • 8 may 2012 21:14
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allahin komekliyi ile torpaqlarimizi geri alariq Inwallah Tewekkur edirem xeber ucun

--------------------

Deniz

  • 8 may 2012 18:53
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Cox isteyirem, itirilmis torpaqlarimiz geri qayitsin....Mence istemekle bir sey olmur, heyata kecirmek lazimdi sulhle tebii ki....Qarsimizdakilar, insanliqdan nesiblerini almadiqlari ucun, "Sulh" onlara catmir....Eminem ki, geri qaytaracagiq, tezlikle

brunetka

  • 8 may 2012 18:42
  • Məqalə: 0
  • Şərh: 352
  • Bal:
{awards}
tanri sehidlerimize rehmet elesin

Miss Lady

  • 8 may 2012 18:08
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
itirdik..ama qaytarmag lazimdi

_SHARIM_

  • 8 may 2012 17:49
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
Biz Susani hec vaxt unutmayacayiq cunki Susa BIZIMDIR!
ALLAH Susada olenlerimize Rehmet yaxinlarina sebr versin

enigmatic_girl

  • 8 may 2012 17:48
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: sevgi dushmeni
İnşALLAH torpaqlarımızı geri ala bilərik.xəəbər üçün təşəkkürlər

--------------------

Gunay Elesgerli

  • 8 may 2012 17:44
  • Məqalə: 0
  • Şərh: 200
  • Bal:
{awards}
Allah Azerbaycan xalqina sebr versin.Insalllah butun isgalda olan torpaqlarimiz geri qayitsin.Hemin gunu bayram edek.Bir de butun sehidlere Allah rehmet etsin.Xebere gore tsk

nurlana77

  • 8 may 2012 17:22
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
İnsallah bizim torpaglarimiz geri geler AMIN!!!!!

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

sevgi dushmeni

  • 8 may 2012 17:16
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
İnşALLAH torpaqlarımızı geri ala bilərik.xəəbər üçün təşəkkürlər

--------------------

SaLaM AY BRaT

  • 8 may 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Insallah vaxt geler itirilen torpaqlarimizi geri alariq

my angel__

  • 8 may 2012 16:58
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Allah butun olenlenlere rehmet elesin....ailelelerine ise sebr versin
inwallah gelen il biz Susada boyuk bir bayram qeyd edek...AMIN AMIN AMIN.....inaniram ki bu belede olacaq!!!!!!!!

--------------------
Помни, что ты - мое все ❤

_RiHanNa_

  • 8 may 2012 16:46
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Sitat: ... Dəryam ...
Rusiya Cənubi Qafqazda hökmranlığını davam etdirir _ Deməli Rusiya dağılana kimi ,hələ neçə - neçə illər QARABAĞ deyə - deyə qalacaq MİLLƏTİMİZ ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.AYAQ ÜSTƏ YATANLARIDA OYATSIN !!!!!!!

kiskanc

  • 8 may 2012 16:30
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
ele isteyerdim isgal olunmus torpaqlarimizi aldigimiz zaman gorum hec susanin isgal olundugu vaxt men yox idim. Allah sehidlerimizin hamisina her birine ayriliqda rehmet elesin .Isalllah dileklerimiz qebul olar ve biz ele en gozel gunlerden birinde susamizi qarabagimizi zengilanimizi ve basqa isgal olunmus torpaqlarimizi alariq. recourse recourse recourse: recourse recourse recourse recourse: recourse

YaKiWiKLi SeRSeRi

  • 8 may 2012 16:25
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
Sitat: rebeka
Her il gelen il bu vaxdi Susada kecirerik deyirik goresen arzumuz ne vaxt yerine yetecek.Allah olenlerimize rehmet elesin.

Prank girl

  • 8 may 2012 15:55
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SU PƏRİSİ

  • 8 may 2012 15:22
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH BUTUN SEHİDLERİMİZE REHMET ELESİN!!!!!!!!
İNSALLAH GELEN İL BU VAXT BİZ SUSADA BAYRAMLAR QEYD EDERİK
AMİN AMİN AMİN

--------------------

★Miss Love★

  • 8 may 2012 15:14
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: _XADA_
Her il gelen il bu vaxdi Susada kecirerik deyirik goresen arzumuz ne vaxt yerine yetecek.Allah olenlerimize rehmet elesin.


cox sag ol xeber ucun

Mende onu fikirlewirem goresen ne vaxт orda qeуe edeceуik bu gunu

✰GoLd GirL✰

  • 8 may 2012 15:12
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Men de qarabagliyam ve urekden isterem ki,torpaqlarimiz geri qayitsin Azerbaycan xalqi da sevinsin...........

B_A_H_A_R

  • 8 may 2012 14:53
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Insallah gelen ili orada qeyd ederik

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

... Deryam ...

  • 8 may 2012 14:52
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Rusiya Cənubi Qafqazda hökmranlığını davam etdirir _ Deməli Rusiya dağılana kimi ,hələ neçə - neçə illər QARABAĞ deyə - deyə qalacaq MİLLƏTİMİZ feel

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
AYAQ ÜSTƏ YATANLARIDA OYATSIN !!!!!!!!!

--------------------

---ANGELA---

  • 8 may 2012 14:35
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
MƏNDƏ İSTƏYİRƏMKİ AZƏRBAYCANIMIZIN ƏN GÖZƏL GUŞƏLƏRİNDƏN BİRİ OLAN ŞUŞA ŞƏHƏRİ AZAD OLUNSUN VƏ BİZ HƏMİN GÜNÜ BAYRAM KİMİ QEYD EDƏK!
BUGÜN MAŞINDA TACİRİN OXUDUĞU MAHNIYA QULAQ ASDIM ÇOX PİS OLDUM ELƏ YANIQLI OXUYURDUKİ....
recourse

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

.♣.Chrysalis.♣.

  • 8 may 2012 14:25
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Her il gelen il bu vaxdi Susada kecirerik deyirik goresen arzumuz ne vaxt yerine yetecek.Allah olenlerimize rehmet elesin.

cox sag ol xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

sade insan

  • 8 may 2012 14:16
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
ALLAH ORDA OLEMLERE REHMET ETSİN

--------------------
Şamam dövrəmdə, dövr edəndə pərvanə,
Yandırdım qanadın, məhv oldu sevgimdən.
Səni axtaranda, sularda, dürdanəm,
Çox dərin getdim, boğuldum mən.

✰Dгeaм✰

  • 8 may 2012 14:10
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah orda olenlere rehmet elesin.InsAllah tez bir zamanda Susani da,diger torpaqlarimizi da alacagiq....

Gunel

  • 8 may 2012 14:02
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
Inshallah gelen ile kimi Şuşamiz alinar mende ad gunumu qeyd ederem.

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

SeL_cAn

  • 8 may 2012 13:29
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}

BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA...........
recourse




--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

AysU_DilarE

  • 8 may 2012 12:41
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Şuaşını alacağımız gün gelecek yox gelsin istiyirem....İnsallah...butun torpaglarimiz geri geler....
EnD of TiMe,

--------------------

EnD of TiMe

  • 8 may 2012 12:25
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Şuaşını alacağımız gün gelecek yox gelsin istiyirem....İnsallah...butun torpaglarimiz geri geler....

ceylan

  • 8 may 2012 11:59
  • Məqalə: 0
  • Şərh: 207
  • Bal:
{awards}
Allah rehmet elesin butun sehidlerimize

--------------------
~~Denizleri sevirsense~~
~~Dalgalari da seveceksen~~
~~Sevilmek isteyirsense~~
~~Evvelce sevmeyi bileceksen.~~~
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}