
Qəlbi yarpaq kimi titrədən hər an-
Ruhumuz yapışan məkandır Vətən.
Gözümüz öpdüyü hər daş, hər tikan,
Ömrümüz yazılmış ünvandır Vətən.
Tuğunda qurumaz qızıl qanımız,
Torpağına fəda olsun canımız,
Həyat qaynağımız şöhrət-şanımız,
Getsək ruhumuza həyandır Vətən.
Əsdikcə dağlardan səhər nəsimi,
Uçan nəğmələrə qatar səsimi,
Qoynunda aldığım ilk nəfəsimi,
Hesab et səninlə peymandır, Vətən.
Çox ellər gəzmişəm dərəli-dağlı,
Çox ellər görmüşəm bağçalı-bağlı,
Olsan da çox zaman sinəsi dağlı,
Hər an sənə heyranıq, Vətən.
Ruhumuz yapışan məkandır Vətən.
Gözümüz öpdüyü hər daş, hər tikan,
Ömrümüz yazılmış ünvandır Vətən.
Tuğunda qurumaz qızıl qanımız,
Torpağına fəda olsun canımız,
Həyat qaynağımız şöhrət-şanımız,
Getsək ruhumuza həyandır Vətən.
Əsdikcə dağlardan səhər nəsimi,
Uçan nəğmələrə qatar səsimi,
Qoynunda aldığım ilk nəfəsimi,
Hesab et səninlə peymandır, Vətən.
Çox ellər gəzmişəm dərəli-dağlı,
Çox ellər görmüşəm bağçalı-bağlı,
Olsan da çox zaman sinəsi dağlı,
Hər an sənə heyranıq, Vətən.