Mövlana: "Padşah və Nökərin eşqi" (2)

 
Mövlana: "Padşah və Nökərin eşqi" (2)

Vədə zamanı gəlib gündüz olarkən, günəş şərqdən görünüb ulduzları yalvarkən, padşah, yuxuda özünə göstərilən şəxsi görmək üçün pəncərədə gözləyirdi. Bir də gördü ki fəzilətli, fövqəladə hünərli, məlumatlı bir kimsə gəlir. Padşahın yuxuda gördüyü xəyal da, o qonaq pirin çöhrəsində görünüb dayanırdı. Padşah şəxsən mabəyincilərin yerinə qaçdı, gələn qonağın hüzuruna vardı. Qollarını açıb onu qucaqladı, eşq kimi könülünə aldı, canının üçün çəkdi. Əlini, alınını öpməyə, oturduğu yeri, gəldiyi yolu soruşmağa başladı. O ağırlama, o hal xatir soruşma məclisi keçincə, o şəxsin əlini tutub hərəmə apardı.

Padşah, xəstəni və xəstəliyini izah edib, sonra onu xəstənin yanına apardı. Həkim, xəstənin üzünü görüb, nəbzini sayıb, sidiyini müayinə etdi. Xəstəliyinin əlamətlərini və səbəblərini də dinlədi. Dedi ki: "O biri həkimlərin müxtəlif müalicələri, təmir deyil, tamamilə xarab etmiş. Onlar, iç əhvalından xəbərdar deyildirlər. Korluqlarından, hamısının ağılı çöldə."

Həkim, xəstəliyi gördü, gizli şey ona açıldı. Lakin onu gizlədi və sultana söyləmədi. Nökərin xəstəliyi öd və sevdadan deyildi. Hər odunun qoxusu, tüstüsündən meydana çıxar. İnləməsindən gördü ki nökər könül xəstəsidir. Bədəni nuşdadır, amma o könülə tutulmuşdur. Aşiqlik, könül iniltisindən müəyyən olar. Heç bir xəstəlik könül xəstəliyi kimi deyil.

Həkim dedi ki: "Ey padşah, evi halvet et, yaxınlarını da uzaqlaşdır. Küncdən, bucaqdan kimsə qulaq asmasın da mən bu nökərcikdən bir şeylər soruşum."

Otaq boşaldıldı. Həkim ilə xəstədən başqa kimsəciklər qalmadı. Həkim şirinliklə, yumşaqlıqla dedi ki: "Məmləkətin hara? Çünki hər məmləkət xalqının dərmanı başqa başqadır. O məmləkətdə qohumundan kimlər var? Kimə yaxınsınız, neyə bağlısan?"

Əlini qızın nəbzinə qoyub bir-bir fələkdən çəkdiyi çətinlik və əziyyətləri soruşurdu. Nökərdən hekayə yoluyla dostların əhvalını soruşmaqda idi. Qız, bütün sirlərini həkimə açıqca söyləməkdə, öz dayanacağından, əfəndilərindən, şəhərindən və şəhərinin xaricindən bəhs etməkdə idi. Həkim, qızın izah etməsinə qulaq asmaqda, nəbzinə və nəbzinin atmasına diqqət yetirməkdə idi. İçindən "Nəbzi, kimin adı xatırlanınca təyin etsə, dünyada könülünün istədiyi odur" (deyirdi). Nökər, məmləkətindəki dostlarını saydı tökdü. Ondan sonra digər bir məmləkəti andı.

Həkim, "Məmləkətindən çıxınca ən əvvəl hansı məmləkətdə oldun?" dedi. Qız, bir şəhərin adını söyləyib keçdi. Lakin yüzünün rəngi, nəbzinin atması başqalaşmadı. Əfəndilərini və şəhərləri bir-bir saydı. O yerləri, yurdları, oralarda keçirdiyi zamanları, duz, çörək yediyi kəsləri təkrar təkrar söylədi. Şəhər şəhər, ev ev saydı tökdü, lakin qızın nə damarı oynadı, nə çöhrəsi saraldı. Həkim, şəkər kimi Səmərqənd şəhərini soruşana qədər qızın nəbzi normal halda idi, çox atmırdı. Səmərqəndi soruşduqda nəbzi sürətlicə atdı, çöhrəsi qızardı, saraldı. Çünki o, Səmərqəndli zərgər sevgilisindən ayrılmışdı.

O həkim, xəstədən bu sirri əldə edib, o dərd və bəlanın əslinə çatınca, "Onun səmti hansı məhəllədə?" deyə soruşdu. Qız, "Körpü başında, Gatfer məhəlləsində" dedi.


Geri dön

★Miss Love★

  • 9 may 2012 18:53
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
maraqli xebere gore cox sagol dosi smile

C.I

  • 9 may 2012 13:43
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
xebere gore teskkur edirem......................

--------------------

✰GlaMurKa✰

  • 8 may 2012 23:58
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
O həkim, xəstədən bu sirri əldə edib, o dərd və bəlanın əslinə çatınca, "Onun səmti hansı məhəllədə?" deyə soruşdu. Qız, "Körpü başında, Gatfer məhəlləsində" dedi.

Dalga

  • 8 may 2012 21:02
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox maraqli idi Ellerine saglik

--------------------

EnD of TiMe

  • 8 may 2012 20:48
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox gozeldir..beyendim xeberi tesekkurler

asel

  • 8 may 2012 18:25
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
mene catmadiki bunun ardi nece oldu?

--------------------
awk aciyi sever.

LoVe_LiFe

  • 8 may 2012 18:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye goree tesekkurler

enigmatic_girl

  • 8 may 2012 16:20
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ANGEL LOVE,
Nuray2012,
_Dinquwun_AnasI_,
GüN_GüN,
angel00,
winked

--------------------

✰GoLd GirL✰

  • 8 may 2012 15:21
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler maraqli dir oxudum

AysU_DilarE

  • 8 may 2012 12:58
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
maraqli idi oxudum sag ol bacim

--------------------

Nuray2012

  • 8 may 2012 12:49
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol .........

--------------------

ANGEL LOVE

  • 8 may 2012 12:30
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler oxudum.............

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}