Paltar və geyim ədəbi

 
Paltar və geyim ədəbi

Bütün canlılar – bitkilər və heyvanlar, əgər belə demək mümkündürsə, anadangəlmə örtüyə, geyimə sahib olurlar. Yalnız insan çılpaq doğulur və anadan olandan ölənə kimi, hətta öləndən sonra cənazəsi belə paltarla, parça ilə örtülür. Başqa sözlə, digər bütün canlılara örtünmək vəzifəsi verilməmiş, yaradılışları ilə örtülü olaraq var edilmişlər, insan isə öz bədənini örtməklə vəzifələndirilmişdir. Bu baxımdan əlbəttə, paltarın həyatımızda özünəməxsus rolu, yeri və ən əsası, ədəbi vardır. Biz də bu məsələyə diqqətinizi cəlb etmək, paltar və geyim ədəbi barədə danışmaq istəyirik.

Bəri başdan qeyd edək ki, insan üçün bu qədər əhəmiyyətli olan bir mövzunu bir yazıya çığışdırmaq çox çətin olduğundan onu da bundan əvvəlki yazılarımız kimi hissə-hissə təqdim edəcəyik. Amma sözümüzü deməzdən əvvəl bunu nəzərə çatdırmaq istəyirik: aşağıda təqdim edilənlər dinimizin, başqa sözlə Allahın və Onun Rəsulunun əmr və tövsiyələridir. Onları qəbul etmək və etməmək iman işidir, inanmağa bağlıdır. “Bunlar o zaman üçün deyilibdir” sözləri ilə məsuliyyətdən qaçmaq istəyənlər də vardır. Bu da başqa məsələdir.

Beləliklə, mənəviyyatımız paltar və geyim ədəbi haqqında nə demişdir?

1. Mənəviyyatımızda geyim və paltarın yeri
Mənəviyyatımız insanı digər canlılardan ayıran əsas vəsflərdən biri olan geyinməklə əlaqədar əsas ədəb qaydalarını müəyyən etmişdir. Paltar təmizliyi və onun ədəbi mənəvi qaynaqlarımızın mühüm məsələlərindən biridir. Belə ki, Allah Rəsulu (s.a.s.) bir adamı çirkli, pasaqlı bir paltarda görmüş və belə buyurmuşdu:
- Bu adamın paltarlarını yuyacaq heç nəyi yoxdurmu?”
(Əbu Davud. “Libas,” 14; Əhməd bin Hənbəl, 7/357).

Səhabələrdən Avf İbnu Malik atasından nəqli belə rəvayət edir: Əynimdə adi bir paltarla Rəsulullahın (s.a.s.) yanına gəlmişdim.
Mənə:
- Sənin malın yoxdur?-deyə soruşdu.
- Bəli, var! -deyə cavab verdim.
Bu cavabımla kifayətlənməyən Allah Rəsulu bir də bu sualı verdi:
- Hansı növ maldandır?
- Allah hər növ maldan mənə veribdir: dəvə, sığır, davar, at, kölə, hamısından var,-dedim.
- Elə isə Allah-Təalanın sənə mal verdiyi bu nemətin əsəri və fəziləti sənin üzərində görünməlidir!,-buyurdu.
(Nəsai. “Zinət,” 83, (8, 196); Tirmizi. “Birr,” 63, (2007) Əbu Davud. “Libas,” 14; Tirmizi. “Birr,” 63, “Ədəb,” 45.)

Yuxarıdakı hədislərdən mənəviyyatımızın geyimə verdiyi dəyər və həssaslığı başa düşmək çətin deyildir. Varlı adamın yoxsul kimi geyinməsi uyğun hesab edilmədiyi kimi, paltarın təmizliyindən tutmuş görünüşünə kimi hər şeyin Allahın bəyənəcəyi şəkildə olması nəzərə çarpdırılır.

Geyinməkdə məqsəd

İslam dini paltar geyinməkdə iki məqsəd güdür: örtünmək (təsəttür) və gözəl görünmək (ziynət):

“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.

Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.”
(“Əraf,” 7/26-27).

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...”
(“Əraf,” 7/31)

Bu ayələr örtünmək və özünü yığışdırmaq məsələlərində itidal sərhədlərini müəyyən edir, açıq-saçıq geyinməyi nalayiq, dəbdəbəli geyinməyi isə qadağan elan edir.

Müfəssirlərin bəyanına görə "ziynət”də məqsəd gözəl və təmiz paltarlardır. Maddi imkanı kifayət qədər yüksək olan insanların maddi vəziyyətlərini bildirəcək səviyyədə geyinmələri heç də qürur mənasına gəlmir. Hətta insanın maddi vəziyyətini biruzə edəcək şəkildə geyinməyinin insanlar üzərində Allahın (C.C.) bir haqqı olduğu xatırlanmalıdır.

Geyimdə haramlardan söz düşəndə adamın ağlına qadın geyimləri gəlir, amma bu yanlış təsəvvürdür. Geyim məsələsində çox həssas olan mənəviyyatımız qadınlar üçün də, kişilər üçün də, hətta uşaqlar üçün də qaydalar müəyyən etmiş, haramları sadalamışdır.

Mənəviyyatımız imkanı olanlar üçün israfa qaçmadan gözəl geyinməyi də təşviq edir.

Peyğəmbərimiz (səs) belə buyurur:
"Gözəl geyinib-keçinin. Əyin-başınızı düzəldin. Elə olsun ki, insanlar arasında qara üzərindəki ağ kimi seçkin görünəsiniz."

Allahu-Təala verdiyi nemətlərin əsərini yaratdığı insanın üzərində görməyi sevər. Bu baxımdan varlı insanların, israfa girmədən gözəl paltarlar geymələri lazımdır. Beləliklə onun varlı olduğu bilinər, ehtiyac sahibləri onlara müraciət edər. Təbii ki, əsil olan varlı adamın təvazökar olması, bu var-dövlətin ona Allahın bir lütfü olduğunu bilməsi və möhtacların ona müraciət etməsini gözləmədən, onları birbaşa özünün aramasıdır. İmkanı olduğu halda pəjmürdə bir şəkildə geyinmək doğru deyildir.

Paltar geyinərkən sağdan başlamaq lazımdır. Əbu Hüreyrənin (r.a.) rəvayət etdiyinə görə Peyğəmbərimiz (s.a.s.) belə buyurmuşdur: “Paltar geyməyə və dəstəmaz almağa sağdan başlayın."
(Əbu Davud. “Libas,” 41.)

Yeni paltar geyəndə dua etmək lazımdır. Həzrəti-Əbdürrahman ibni Əbu Leylanın (r.a.) rəvayətinə görə Peyğəmbərimiz belə buyurmuşdur: "Sizdən biri yeni bir paltar geyəndə: "Mənə bədənimi onunla örtəcəyim və həyatımda onunla gözəlləşəcəyim paltar ikram edən Allaha həmd olsun" desin."
(Ramuz, c. 1/62-2.)


Geri dön

★Miss Love★

  • 9 may 2012 16:29
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
Men caliwiramki her zaman geуimime cox fikir verim...Aciq geуinmirem hec vaxт...xebere gore Allah razi olsun

C.I

  • 9 may 2012 13:28
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
deyerli yazilara gore tsk eidrem.......................

--------------------

Nuray2012

  • 9 may 2012 10:28
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

✰GlaMurKa✰

  • 8 may 2012 23:50
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.......

EnD of TiMe

  • 8 may 2012 20:57
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Cox tesekkurler gozel xebere gore

Dalga

  • 8 may 2012 20:55
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Allah razi olsun canim

--------------------

LoVe_LiFe

  • 8 may 2012 18:09
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore ALLAH RAZI OLSUN

nurlana77

  • 8 may 2012 17:49
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
hmm maraqlidir. twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

Musique Sage

  • 8 may 2012 17:40
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Maraqli idi...Amma bu zamanede bunlari eden tek tuk qalar mence fellow

AysU_DilarE

  • 8 may 2012 17:33
  • Məqalə: 143
  • Şərh: 2590
  • Bal:
{awards}
twkler xeber ucun

--------------------

enigmatic_girl

  • 8 may 2012 17:01
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmm maraqlidir))

--------------------

Young girl...

  • 8 may 2012 16:53
  • Məqalə: 9
  • Şərh: 1222
  • Bal:
{awards}
twkler maraqlidir

--------------------

✰Dгeaм✰

  • 8 may 2012 16:41
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

ANGEL LOVE

  • 8 may 2012 16:39
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler.......................

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 733
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 207
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}