Qripdən özünüzü qoruyun

 
Qripdən özünüzü qoruyun

Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir.

Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn, zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir.

Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Qrip virusu sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur. Böyük epidemiya olan illərdə isə illik insan ölümlərinin sayı bir neçə milyona çata bilər. Statistikaya görə ABŞ-da 1979-cu ildən 2001-ci ilə qədər hər il orta hesabla 41.400 nəfər qripdən vəfat edib.

Qripə qarşı peyvənd inkişaf etmiş ölkələrdə geniş yayılıb. Onlar mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Peyvənd nəticəsində, əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Qrip virus sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirə bilər.
Yoluxma
İnsanın qrip virusu ilə yoluxması simptomların ortaya çıxmasından bir gün əvvəl başlanır və bu 5-7 müddətində davam edir. Həmin müddətdə qrip olan insan digər insanları da yoluxdurma qabiliyyətinə malik olur. Virusa yoluxmadan 2-3 gün sonra insan ətrafdakıları daha çox yoluxdurma ehtimalına sahib olunur, sonrakı günlər isə bu ehtimal azalmağa başlayır. Temperaturu daha yüksək olan insanlar adətən virusu daha çox yayırlar. Uşaqlar daha çox virusu yaymaq qabiliyyətinə malik olurlar, onlar yoluxmadan sonrakı iki həftə sonrakı müddət ərzində belə digər insanları bu virusa yoluxdura bilərlər. Qrip virusunun yayılmasının riyazi modelini qurmaq mümkündür, bu isə mütəxəssislərə qripin əhali arasında yayılma dərəcəsini təyin etməyə imkan verir.

Simptomları
Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 °C kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər. Qripin əsasən aşağıdakı simptomları olur:

- Qızdırma və titrəmə

- Öskürək

- Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları)

- Halsızlıq

- Gözlərin yaşarması

- Gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması

Müalicəsi
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalıdır. Vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyışdirilməlidir. Qripə yoluxan insan çoxlu istirahət etməlidir.

Proqnoz
Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzunmüddətli olur. İnsanların çoxusu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar, lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır (məsələn sətəlcəm) Buna görə qrip azyaşlı, qoca, zəif və xroniki xəstəliklərə malik olan insanlar üçün ölümcül ola bilər. Siqaret çəkmə də qripdən ölüm riskini artıran amillərdən biridir.


Geri dön

C.I

  • 9 may 2012 13:25
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
canim meslehetine gore tesekkur edirem...................

--------------------

Nuray2012

  • 9 may 2012 10:27
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol m eslehete gore

--------------------

✰GlaMurKa✰

  • 8 may 2012 23:47
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
VALLAH men helede qripem duzelmirem 1 heftedir tsk recourse

EnD of TiMe

  • 8 may 2012 21:05
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Butun serhlere gore tesekkurler.....

Dalga

  • 8 may 2012 20:45
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allaha çox şükür mən qrip olan deyiləm .Olsamda 2 ildə 1 dəfə olaram Məsləhətlər üçün təşəkkür edirəm

--------------------

★Miss Love★

  • 8 may 2012 19:59
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men cox тez тez qrip olurameee qrip olandada cox pis bir hala duwurem...тewekkurler canim xeber ucun

..:MeleK kiz:..

  • 8 may 2012 19:47
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
men daha olmaram az az oluram

LoVe_LiFe

  • 8 may 2012 18:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
duzduu amma mence bu mumkun deyilee ne qder qorusanda yenede qrip olursann. tesekkurler maraqli xebere gore

nurlana77

  • 8 may 2012 17:51
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
hmm diqqetli olmaq lazimdi. twkrler

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

enigmatic_girl

  • 8 may 2012 17:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Oyyy men istemiremmmmmm

--------------------

L115A1

  • 8 may 2012 17:06
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
gecikmisiz. uje qiripem:(

--------------------

my angel__

  • 8 may 2012 17:00
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
meni dunen uje tutdu)) crying

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

AysU_DilarE

  • 8 may 2012 16:57
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
Qızdırma və titrəmə

- Öskürək

- Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları)

- Halsızlıq

- Gözlərin yaşarması

- Gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması

dunen men bu halda idim lap bu gun biraz yaxwiyam ama halsizliq helede qalib

--------------------

mimka

  • 8 may 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 327
  • Bal:
{awards}
Men artiq qripemm

_RiHanNa_

  • 8 may 2012 16:44
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
thankss xəbrə görə))

✰Dгeaм✰

  • 8 may 2012 16:37
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Canikom,cox sag ol xeber verdiyine gore.

ANGEL LOVE

  • 8 may 2012 16:36
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebere gore twkler...............

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}