"Eurovision 2012" haqqında ən son xəbərlər

 
"Eurovision 2012" haqqında ən son xəbərlər

Eurovision 2012 aparıcılarının "Bakı Kristal Zalı"nda ilk məşqi keçirilib.

"Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş: "Onlar bu möhtəşəm şounun gözəl aparıcıları olacaq"

Bu gün "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib. Eurovision.az saytı xəbər verir ki, məşqi Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand, Eurovision Mahnı Müsabiqəsi 2012 İşçi Qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker, "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş izləyib.

Təəssüratlarını eurovision.az saytına bölüşən Yorq Qraboş aparıcıların "Bakı Kristal Zalı"ndakı ilk məşqdən yaxşı göründüklərini bildirib. "Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda Eurovision şousunu Avropaya göstərmək üçün səbirsizlənirik" - deyə Yorq Qraboş bildirib.

"Bakı Kristal Zalı"nın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin super bir hiss olduğunu dilə gətiriblər. "Bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacağıq" deyə aparıcılar bildirib.

Qeyd edək ki, Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olub. Onlar Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsi 2011-in aparıcılarından olan Anke Engelke ilə görüşüblər və təcrübə mübadiləsi aparıblar.

"Valletta Bakıya çox oxşayır!"

Səbinə Babayeva Malta səfərini uğurla başa vurub


Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayeva Maltaya tanıtım turunu başa vurub. Ölkə təmsilçimiz burada mətbuat nümayəndələri, pərəstişkarları və televiziya şousunun iştirakçıları ilə görüşüb. O, bir neçə televiziya və radio şousuna, o cümlədən "Radio B’Fast Show", "TVAM", "Gwida Magazine" proqramlarına dəvət olunub. Səbinə Babayeva Türkiyə və Malta təmsilçiləri Can Bonomo və Kurt Kalleya ilə birlikdə ölkənin çox populyar "Xarabank" televiziya şousunda da çıxış edib.

Maltanın paytaxtını Bakı ilə müqayisə edən Səbinə belə deyib: "Maltadakı insanların sayəsində mən özümü evdəki kimi hiss etdim. Valletta çox gözəldir. Onun Bakıya bu qədər bənzədiyini heç vaxt düşünməzdim".

Kurt Kalleyanın doğum günü hədiyyəsi.

Malta təmsilçisi 23 yaşını efirdə qeyd edib

Maltanın 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Kurt Kalleyanın 23 yaşı tamam olub. O, bu doğum gününü hər zamankından fərqli qeyd edib. Bir neçə gün əvvəl İtaliyada "LONDON LİVE" adlı televiziya şousuna qonaq olan Kurt Kalleya "This İs The Night" mahnısını da səsləndirib. Televiziya şousu mayın 5-də, yəni Kurt Kalleyanın ad günündə efirdə yayımlanıb. Beləliklə o, 23 yaşını özünü efirdə izləyərək qeyd edib.

Kaliopi Eurovision 2012-dən sonra "Slavyan bazarı" müsabiqəsinin münsiflər heyətində olacaq

Makedoniya təmsilçisi Bakıdan əvvəl Ukrayna və Türkiyəyə gedəcək

Makedoniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Kaliopi Belarusa səfər edib. Eurovision.az saytı xəbər verir ki, Kaliopi tanıtım turu çərçivəsində Belarusun təmsilçisi "Litesound" qrupu ilə görüşəcək, bir sıra televiziya verilişlərində çıxış edəcək. Makedoniyalı müğənni Bakıdan əvvəl Ukrayna, Türkiyədə olacaq. Amma iyulda Kaliopinin yenidən Belarusa səfər edəcəyi gözlənilir. Həmin vaxt müğənni Vitebskdə keçiriləcək "Slavyan bazarı" müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq.

"Buranovskiye Babuşki"nin yaradıcılığı Udmurtiya Respublikasının şöhrətini artırıb

Milli məsələlər üzrə nazir Rusiyanın qələbəsinə əmindir

"Buranovskiye babuşki"nin yaradıcılığı Udmurtiyanın dünyadakı şöhrətini artırıb. Bunu Rusiya Federasiyasının Udmurtiya Respublikasının milli məsələlər üzrə naziri Vladimir Zavalin bildirib. O, "Buranovskiye Babuşki"nin Eurovison Mahnı Müsabiqəsi 2012-də qələbə qazanacağına əmindir.

Bu ərəfədə müasir rəqs məktəbinin tələbəri İjevsk mərkəzi meydanında nənələrin Bakı səhnəsində ifa edəcəkləri "Party for everybody" mahnısı ilə flaşmob təşkil ediblər.


Geri dön

ANGEL OF LOVE

  • 9 may 2012 20:43
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
ugurlu olar INSALLAH...

C.I

  • 9 may 2012 13:10
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
xebere gore tsk edirem.................

--------------------

ANGEL LOVE

  • 9 may 2012 12:06
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
xebere gore twkler.............

--------------------

Nuray2012

  • 9 may 2012 10:01
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol en son xeberlere gore

--------------------

✰GlaMurKa✰

  • 8 may 2012 23:31
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler xebere gore baci winked

Angel-11

  • 8 may 2012 22:51
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
Maraqli xebere gore tewekkurlerrrr

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

★Miss Love★

  • 8 may 2012 21:37
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
gorekde inwallah her weу уaxwi olar...xebere gore sagol=)

EnD of TiMe

  • 8 may 2012 21:27
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkruler.....eurovision 2012 Bakiya boyuk iz qoyacaq...tesekkruler xebere gore

nurlana77

  • 8 may 2012 20:53
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
maraqlidir. twkrleeeerrrr

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

✰GoLd GirL✰

  • 8 may 2012 20:26
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
sag olun..........

Dalga

  • 8 may 2012 20:19
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Çox təşəkkürlər

--------------------

✰Dгeaм✰

  • 8 may 2012 19:55
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Xeber ucun cox sag ol.

..:MeleK kiz:..

  • 8 may 2012 19:22
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

LoVe_LiFe

  • 8 may 2012 19:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurlerr maraqli xeberlere gore

enigmatic_girl

  • 8 may 2012 19:09
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm tesekkur

--------------------

_R_

  • 8 may 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
eziyyetine Gore Teshekkur..
Ama bura Xerclenen Pullar ehaliye Xerclenseydi Avropalilar bizim medeniyyeti menimseyerdi neinki biz..

--------------------
Kuley esse agacin yarpaqi eyer saralibsa mutleq yere dusecey (Aforizm)...
Guya daa, Yalannan : ))
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}