Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır

 
Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik… Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə? Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm. 1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə, sən mənimsən yenə də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əkSoyus Olmaz olursa, məsələn, 99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür...

Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir… Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.

Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.

Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur: 'Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim.Say bunları, bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...'

Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır… Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar sancmışdı. Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir...

Və beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır...


Geri dön

ツMrs.Crazy ツ

  • 15 may 2012 14:29
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
cox pis oldum
dehwet

★Miss Love★

  • 9 may 2012 19:45
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: EnD of TiMe
super hekayedir..xeberin adi vapsim qesengdir..tesekkurler xebere gore

C.I

  • 9 may 2012 12:40
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
aydaaaaaa cox menali idiyeeeeeeeeeeeeeee tskler..............

--------------------

ANGEL LOVE

  • 9 may 2012 11:47
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
yaziya gore twkler.............

--------------------

AysU_DilarE

  • 9 may 2012 10:20
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
cox gozel idi recourse adeten uzun xeberlere sebrim catmir oxumaga ama bunu oxudum cox sag ol

--------------------

Nuray2012

  • 9 may 2012 09:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol..........

--------------------

ღ★Diamond★ღ

  • 8 may 2012 23:44
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
bawdg xowuma geldi: Biri torpain atinda qaranliqda yatir, biri ise ustunde qaranliq dnyasinda yasayir. sad

L115A1

  • 8 may 2012 23:30
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
direm ne qeder adam vare burda sirf serh sayini artirmaqcun maraqli idi, xeberegore tewekkurler ve.s kimi werhler yazirlar nc nc nc

--------------------

✰GlaMurKa✰

  • 8 may 2012 23:11
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurlerrrrr xebre goreee

Cansi

  • 8 may 2012 22:40
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
cox beyendim ya twk

--------------------
Men eserimin esiriyem

EnD of TiMe

  • 8 may 2012 21:59
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
super hekayedir..xeberin adi vapsim qesengdir..tesekkurler xebere gore

... Deryam ...

  • 8 may 2012 21:52
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Bu yaxinlarda bu hekayeni oxumuwdum , çox üzücü hekayədi recourse

Demək olarki son zamanlarda real həyatda belə sevgi hekayələrini çox eşidirəm recourse

--------------------

Angel-11

  • 8 may 2012 21:29
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
oxudum coooxmaraqli hekaye idi

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

enigmatic_girl

  • 8 may 2012 21:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqli hekaye idi tesekkurler

--------------------

sirli qiz

  • 8 may 2012 21:22
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
HEKAYE COX GOZEL IDI INAN MENE HEQIQETEN GOZLERIM YAWARDI COX GOZEL IDI COX SAQOL BU GOZEL HEKAYEYE GORE HEQIQI SEVGILERIN SONU HEMIWE BELE BITIR GORESEN NIYE?GOZEL QURTARANLARIDA VAR AMA COX AZ

--------------------
kulek unutsa esmeyi dunya unutsa donmeyi awiqler unutsa sevmeyi belke o zaman unudaram seni

LoVe_LiFe

  • 8 may 2012 21:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cooox maraqli hekayedirrr.. twklerr

✰Dгeaм✰

  • 8 may 2012 21:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun cox sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}