Getdin

 
Getdin

Mükəmməl biri deyildim mütləq… Allah quluyam çünki… Səhvlərim vardı mənim də; hər insan kimi. Etdiyim ən kiçik səhv, səni bir az incitsə məni yıxardı...Benim sevdamı daşımaq asan deyildi, yorardı səni, bəlkə də yuyardı. .Aşkın sabahı yox idi, qəbul edirəm… Amma bizim gözlədiyimiz sabah idi… O sabah heç yaşanmadı Qəbul etməlisən ki vəfasız sənin sevdan dahada ağır idi…

Səni sənə baxmayaraq yaşadım mən… Bir tərəfini tamamlasam, bir tərəfin həmişə yarım qaldı… Halbuki necə də ümid doluydum başlarkən… Mən ağ atlı şahzadə, sən şahzadə olacaqdın… Mən yapışacaq budaq olacaqdım sənə; sən məndə yaşıllaşan yarpaq… Payızı yaşamayacaqdıq biz… Sevdamız Yaz olacaqdı, uşaqlarımız bu baharda açmış çiçəklər… İllərimi, özümü, həyatımı sənə həsr etməyə hazırdım halbuki…

Xəyanət tələsinə heç düşməyəcəkdi bizim eşqimiz… Buna ilk gün qərar vermişdim mən; və özümdən əmindim Ağac ağac gəzməyəcəkdi mənim yarpağım… Payıza məğlub olmayacaqdı Başqa coğrafiyalara köçməyəcəkdi bizim eşqimiz…

Çox ani oldu gedişin… Heç gözləmədiyim bir anda, vaxtsız bir təkliklə qarşı-qarşıya qaldı ürəyim…

Amma getdin… Yaşanmış bütün gözəllikləri arxanda buraxarkən, yaşanmamış nə varsa götürüb getdin...Beləcə getdin Mənsə arxandan baxa-baxa qaldım çaresiz...Bir dağıtma kimi idi gidişin...Hara getdiyin əhəmiyyətli deyildi əslində. .Önəmli olan gedərkən içimdə ki ümid dolu uşağıda məndən alıb götürmendi...Sen getdin, o uşaqda getdi

Nə qədər zamandır məhrum; nə qədər zamandır qaranlıqdayam; nə zamandır ulduzlar yox səmada xatırlamıram...Çünkü mən hər an səni yaşadım... Gəldiyin gün doğulmuşdum çünki mən; gəlişinlə var olmuşdum… Boz buludları söküb atmışdım üzərimdən, günəş hər gün səninlə doğulurdu həyatıma...Qarda çiçəklər açdırardım artıq… Çünki sən var idin… Sən eşq idin, həyat idin, ümid idin, can idin…
Sən həyatın dadı, gülüşlərimin adı… Sən ümid qaynağım idin…

Halbuki getdin…

Ən acı təkliyin sənsizlik olduğunu öyrəndim gedişinlə… Bu səhər məni oyandıran səsin yox idi… Və mən bunun təsiriylə olsa gərək bir az daha inandım gedişinə… Əlimdə qalan son bir neçə ümid qırıntısıyla gözlədim bu gün səni… Bu gündə məndə bir bahar günü idi oysa...Urəyim gedişini qəbul etmədi heç cür… Amma nədənsə sən Qış mövsümünü yaşamağı seçdin özüncə… VƏ GETDİN…

Bilsəydim gedəcəyini; tutardım əllərindən, buraxmazdım səni… O da olmadı; yollarına sərərdim tarla çiçəklərini… Bilərəm basa bilməzdin çiçəklərin üstünə də yenə qalardın mənimlə… Mənsiz qala bilməzdin ki sən həm… Məni qoyub gedə bilməzdin ki… Canım dərdin hər səfərində… Cansız yaşaya bilməzdin ki

Halbuki getdin vəfasız… İndi yarımam… Yoxluğunu qəbul etmək elə çətin ki… Heç olmamanı düşünə bilmirəm belə… Əlimdə təklik var...Beləsinə sevərkən getməyin ağıl alacaq şey deyil… Bir anlaya bilsəm… Ürəyim necə ağrıyır, içim necə ağrıyır bir izah edə bilsəm…

Həyatın mənə verdiyi neçənci dərs bu bilmirəm.. Amma imtina etmədim səndən.. Gözləyəcəyəm...İndi kimin sevdasını yaşayırsan ya da yaşadırsan bilmirəm amma; YAXŞI BAX ÜRƏYİNƏ… Yaxşı bax çünki gözləyişlərimin içinə həbs etdiyim həsrətlərim o ürəyə aid….


Geri dön

Irane

  • 7 yanvar 2011 01:36
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
tewekkurlerrrrrrrrrrrr[b][/b]

--------------------

Ulya

  • 7 noyabr 2010 01:04
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

sevgi yalandir

  • 6 noyabr 2010 15:31
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 717
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}