Şəhid hərbçilərimizin cəsədi bu gün qaytarılacaq

 
Şəhid hərbçilərimizin cəsədi bu gün qaytarılacaq


Təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin meyitləri bu gün qaytarılacaq.

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, əməliyyat bu gün saat 16.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq. Azərbaycan bir müddət əvvəl cəbhə xəttində öldürülən Ermənistan vətəndaşı, 81 yaşlı Qavruşa Arustamyanın meyitini qarşı tərəfə təhvil verəcək. Ermənilər isə Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytaracaqlar.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiya prezidenti Dmitri Mededyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.


Geri dön

only-girl

  • 12 fevral 2011 12:29
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
təşəkkür

--------------------

Ulya

  • 7 noyabr 2010 01:06
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
he artiq qaytardilar

Yusif

  • 6 noyabr 2010 17:29
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
teki qaytarsinlar sad

sevgi yalandir

  • 6 noyabr 2010 15:32
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}