Stressiz həyat üçün resept – qənaət

 
Stressiz həyat üçün resept – qənaət

Ətrafımızda bir çox ailələr var ki, bizlər onların yaşam tərzinə baxıb varlı olduqlarını düşünürük
Ancaq elə insanlar da var ki, aylıq kifayət qədər pul qazanmalarına baxmayaraq, dolanışıqlarından narazıdırlar. Əslində isə birincilərin qazancı ikincilərdən daha azdır. Ekspertlərin qənaətinə görə, aradakı fərqin əsas səbəbi qənaətdir. Onların fikrincə, əksər ailələr qənaət etməklə, lazımsız xərcləri azaltmaqla həm normal dolanışıqlarını təmin edə, həm də çətin gün üçün müəyyən məbləğdə pul toplaya bilərlər. Ailə büdcəsinə qənaət edənlər həm də özlərini maddi və psixoloji cəhətdən sığortalamış olurlar. Belə ki, qənaət edən adam heç vaxt başqasına möhtac olmur, sahib olduğu nemətlərlə kifayətlənməyi, sadə yaşamaqdan ləzzət almağı bacarır, şan-şöhrət həvəskarı olmur. Qənaət etməyi bacaran insan maddi imkanlarını arzularının köləsinə çevirmir, arzularını “tərbiyə etməyi” bacarır.
Unutmaq olmaz ki, iqtisadi faktorlar insanları mənəvi depressiyalara salmaq üçün kifayət qədər böyük səbəblərdən sayılır. Dünyada əksər xəstəliklərin mənbəyinin stress olduğunu nəzərə alsaq, deyə bilərik ki, qənaətcil insanlar daha sağlam olurlar. Çünki, qənaətcil insanın maddi çatışmazlıq ucbatından mənəvi depressiyaya düşmək ehtimalı yoxdur. Qənaətcil insan öz iqtisadi vəziyyətinə tam nəzarət edir, hər hansı bir catışmazlığa qarşı özünü sığortaladığı üçün çətinliyə düşmür. Qənaətcil olmağı özü üçün həyat missiyası qəbul edən insanlar ömür boyu ləyaqətlə yaşamaq üçün zəmanət almış olurlar. Cünki israf edən insanlar kimi onlar hər hansı iqtisadi böhrana düşdükdə özlərini itirmir və əllərində olan iqtisadi imkanlarla kifayətlənə bilirlər.
“Qənaət olan yerdə bərəkət olar” düsturunu nəzərə almaq və cəmiyyətin bütün təbəqələrində qənaət mədəniyyətini formalaşdırmaq lazımdır.
“Qızıl qaydalar”
Bu gün orta təbəqədən olan əksər ailələri bir sual düşündürür: niyə pul toplaya bilmirik. Əslində bu sualın cavabı çox sadədir: əksər ailələrdə aylıq xərclər gəlirlərdən çoxdur. Gəlirləri artırmaq, əlavə qazanc yeri tapmaq əslində o qədər də asan deyil. Hətta mümkün olsa belə, bunun üçün müəyyən qədər vaxt lazımdır. Odur ki, yenə də ən asan və sərfəli variant qənaətdir...
Xərclərinizi nəzarət altında saxlayın. Bir ay boyunca ən xırda xərclərinizi belə yazın. Ayın sonunda qeyd dəftərçənizi nəzərdən keçirin, onda görəcəksiniz ki, sizin az hesab etdiyiniz xərclər nə qədər çox imiş...
Lazımsız xərcləri kəsin. Həyat şəraitiniz üçün ciddi əhəmiyyət kəsb etməyən, vacib olmayan xərclərdən imtina edin. Məsələn, mağazanın, ticarət mərkəzinin vitrinində hər bəyəndiyiniz geyimi almaq fikrinə düşməyin. İradənizə hakim olun. Unutmayın, siz o vitrinin önündən keçməsəydiniz, həmin geyimdən xəbəriniz belə olmayacaqdı.
Bahalı əyləncələrdən uzaq durun. Bahalı əyləncələrin əvəzinə, ən azı onlar qədər əyləncəli olan başqa fəaliyyətlə məşğul olun. Məsələn, dostlarla bahalı bir restorana getmək əvəzinə, onları evinizə dəvət edin. Restoranda çəkdiyiniz xərcin yarı qiymətinə ondan da səviyyəli bir qonaqlıq təşkil edə bilərsiniz. Üstəlik, bişən xörəklərdən ailə üzvləriniz də faydalana bilərlər.
Məcbur qalmadıqca ticarət mərkəzlərinə getməyin. Çünki alış-veriş mərkəzinə gedib, oradan bir şey almadan çıxmaq mümkünsüz görünür. “Heç bir şeyə ehtiyacım yoxdur”, - dediyiniz halda əlinizdə dolu torbalar alış-veriş mərkəzlərindən qayıtdığınız günləri yada salın. Odur ki, bu işdə ən uğurlu variant zərurət olmadıqca ticarət mərkəzinə getməməkdir.
Əgər şəxsi avtomobiliniz varsa, ciddi ehtiyac olmadığı təqdirdə, ondan istifadə etməməyə çalışın. İctimai nəqliyyatdan istifadə etməklə siz həm pulunuza qənaət etmiş olarsınız, həm də tıxacda canınız sıxılmaz...
Hər gün 2 manat
Hər gün kənara 2 manat qoymaq, bəlkə də, sizə adi bir şey kimi görünə bilər. Amma bəsit görünsə belə bunu edin. Çünki bu, ilk növbədə sizdə pul toplamaq vərdişi formalaşdıracaq. Digər tərəfdən, pul çoxaldıqca həvəsiniz daha da artacaq. Aylıq ən azı 60 manatın kənara qoyulması illik 720 manata qənaət deməkdir. Bu qənaət 10 il davam edərsə, 7200 manat (təxminən 10 min dollara yaxın) irəlisiniz. Ola bilsin, kimsə sizin bu fikrinizə ironiya ilə yanaşar və: “Əşi, 10 ilə bu pulu toplayan kimdir?”-deyər. Belə düşünənlərə qətiyyən fikir verməyin. İstəsəniz, həmin adamlara bir sual da verə bilərsiniz: “Son 10 ildə nə qədər qazancınız olub? Həmin puldan ehtiyatda heç olmasa, 2 min manat varmı?”.


Geri dön

✰Dгeaм✰

  • 11 may 2012 14:28
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
Bizim stressiz gunumuz kecmir ki,Amma resept ucun tesekkurler.

EnD of TiMe

  • 9 may 2012 23:50
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
qenaet etmek cox yaxsidir...her seyi israf etmek duzgun deyil..tesekkurler xeber egore

✰GlaMurKa✰

  • 9 may 2012 23:48
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
tesekkurlerrrr

I am Happy

  • 9 may 2012 18:57
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
Oxudum,xoshuma geldi. Menim fikrimcede insan qenaet etse yaxshidi.

_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*

Sevgilim gozumde yash goren zaman
Sanma aglaram barishmaq ucun
Aglaram her zaman,aglaram her an
Seni damla-damla unutmaq ucun......

--------------------

LoVe_LiFe

  • 9 may 2012 18:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox maraqli xeberdirr tesekkurler

enigmatic_girl

  • 9 may 2012 16:43
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler.... winked

--------------------

★Miss Love★

  • 9 may 2012 15:48
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Oxudum maraqli xeber idi...Heqiqeтende insan qenaeт edende rahaт olur,hec neden oтru narahaтciliq cekmir ona gorede pulu agilli ve duzgun уerlere xerclemek lazimdir...xebere gore sagol=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 67
Cəmi: 106

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}