Bakı metrosunda 76 stansiya olacaq

 
Bakı metrosunda 76 stansiya olacaq

Bunu Bakı Mektropolitenin rəisi Tağı Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclasında deyib. Onun sözlərinə görə, 53 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. İlk növbədə bənövşəyi xəttin qərb, mavi xəttin isə şərq hissəsinin inşası, qırmızı və yaşıl xətlərin genişləndirilməsi nəzərdə tutulur. Metronun perspektiv inkişafı üçün aşağıdakı prioritet istiqamətlər nəzərdə tutulub.

Birinci prioritet istiqamət: Buraxılış kompleksi (“Avtovağzal”-“Memar Əcəmi-2”-B3-B4-B5) 5 stansiya, 6,8 kilometr metro xəttindən ibarətdir. Bu istiqamət yeni avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir. Burada hərəkətin intensivliyi 45 qatar/saat nəzərdə tutulur. Hazırda həmin intensivlik 30 qatar/saatdır. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsaitin lazım olacağı ehtimal edilir.

İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya-Y-3-Böyükşor-M.Əzizbəyov-2-Sabunçu-Bakıxanov-Y-22-Qaraçuxur-Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaq. Bu istiqamətdə hərəsi 5 vaqondan 33 qatar heyəti işləyərsə, 165 vaqon lazım gələcək. Hərəkət intensivliyi isə yenə də 45 qatar/saat olacaq.

Üçüncü prioritet istiqamət : (H.Aslanov-Zığ şosesi-Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaq. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi yenə də 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manat nəzərdə tutulur.


Geri dön

OK

  • 22 noyabr 2010 00:07
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
Təşəkkürlər

--------------------

Ulya

  • 7 noyabr 2010 01:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 6 noyabr 2010 18:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Dahada cox olsun :) amin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 59
Cəmi: 76

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}