Amacinin sonu

 
Amacinin sonu

Sevənləri oxumasın...

Sovet illərindən bu günə kimi azərbaycanlı tamaşaçı üçün hələ də öz musiqisi, adət-ənənələri, geyimləri, rəqsləri və filmləri ilə maraqlı olan bir ölkə var. Məsum sevgi nağıllarının beşiyi olan və bu nağılları filmlərində izlədiyimiz Hindistan.

Bir-birini sevən iki gəncin qovuşmasının yolunda yaradılan maneələr və gənclərin bu maneələrə qarşı qəhrəmancasına mübarizə aparması illərlə Bollivud filmlərinin aparıcı süjet xətti olub. Bu filmlərin qəhrəmanları sovet vətəndaşlarının dilinə dastan olub.

Ancaq sentyabr ayından Space telekanalında yayımlanmağa başlayan “Bu zalım dünyada doğulma" (Na Aana Is Desh Laado) adlı Hind serialının qəhrəmanı əvvəlki qəhrəmanlardan seçildi. Yayımlandığı ilk gündən serial deyilənlərə görə izləmə rekordu qırdı.

Azərbaycanın əksər rayon və şəhərlərinin əhalisinin son aylar müzakirə mövzusu el arasında serialın qəhrəmanının adı ilə tanınan Amaci oldu.

Bunu nəzərə alıb Azərbaycan tamaşaçısını öz problemlərindən ayırıb diqqətini tamamilə öz üzərinə çəkən bu serial haqqında araşdırma apardım. Gəlin “Amaci” ilə tanış olaq.

Dram janrında çəkilən serialda hadisələr Hindistanın Virpur adlı kəndində cərəyan edir. Bu kəndin başçısı Amaci adlı qadındır. O, kəndi öz yazdığı qanunlar əsasında idarə edir. Bu qanunlar kənd camaatının hüquqlarını pozsa da heç kim cəhd edib etiraz səsini qaldırmır. Amacinin ən dəhşətli qanunu isə qız uşaqlarının doğulmasının günah hesab edərək onları yaşamaq hüququndan məhrum etməsidir. O, çox varlıdir, xarici model maşınlarda gəzir, mobil telefondan istifadə edir, gözəl və rahat evdə qulluqçuların xidməti ilə yaşayır. Amma onun həyata baxışı müasir deyil, o, keçmiş zamanda olduğu kimi insanları qul kimi idarə etməyə üstünlük verir. İdarəçiliyə boyun əydirmək üçün də ilk növbədə insanların təhsil hüququnu əlindən alan Amaci özü inandırıcı sözləri ilə onların xoş həyatını arzuladığını deyir. O, inandırmağı bacarır.

Amaci özü qadın olsa da qadınların xoş gün yaşamasına mane olur. Bu kəndin qadınlarının hüquqları tapdanır, onlar qadın başçının sayəsində qul kimi həyat yaşayır.

Serial Hindistanda 2009-cu ildən bəri yayımlanır. Kamal Pandey, Satiş Kumar Nair, Amit Verma və Raquvir Şövkətin birgə ssenarisi əsasında rejissorlar Anşuman Kişur Sinqh, Dineş Mahadev, Arun Bali, Debaşiş Dar, Raciv Bhonot, Sancay Qoş və İndar Dasın çəkdikləri teleserialın artıq 776-cı bölümü hazırdır. Ancaq serialın çəkilişləri hələ də davam edir. Çəkilişlərin davam etməsinə baxmayaraq serial artıq Hindistanla yanaşı Türkiyə, Rusiya, Pakistan telekanallarında yayımlanır.

Amaci öləcək

Bu zalım dünyada doğulma” serialının aktyor heyəti də serial yayımlanandan sonra daha çox diqqət mərkəzində olduqlarını qeyd edib. Amaci rolunun ifaçısı Hindistanlı məşhur aktrisa Meqhna Malik bildirib ki, o artıq serialdan çıxmaq istəyir. Buna görə də serialın gələcəkdə çəkiləcək bölümündə Amacinin öləcəyini istisna etməyib. Belə ki, Amacisevərlər onun ölümünə hazır olsunlar. Meqhna Malik qız uşaqlarını öldürən, insanlara əzab verən qadın rolunu ifa etməyin onun üçün çətin olduğunu amma rolunu inandırıcı ifa etmək üçün əlindən gələni etdiyini, Amaci kimi nifrət qazansa da, Meqhna Malik kimi tamaşaçı sevgisi qazandığını deyib. Aktrisa onu da bildirib ki, ümumiyyətlə, serialın sonunun necə bitəcəyi hələ heç kimə məlum deyil. Çünki hələ ssenaristlər iş başındadır.

Qeyd edək ki, Meqhna Malik Azərbaycana səfər üçün dəvət alıb. O, Azərbaycan haqqında Rusiyada yaşayan Sara adlı azərbaycanlı rəfiqəsindən ancaq gözəl sözlər eşitdiyini və yaxın zamanlarda ölkəmizə səfər etmək haqqında düşündüyünü bildirib.

"Na Aana Is Des Laado" ("Bu zalım dünyada doğulma") serialında Virpur kəndində ağalıq edən Amaci ilə yanaşı ona qarşı çıxan, qadınların hüquqlarını müdafiə edən Sianı da unutmaq olmaz. Bu rolu aktrisa Nataşa Şarma ifa edir. Filmin baş qəhrəmanlarından olan Nataşa Şarma "Asian Times"a verdiyi müsahibəsində bildirib ki, rolunu ifa elədiyi qəhrəman sərt axına qarşı gedən qızdır. Sia şəhərdə təhsil alıb. O, haqsızlıqlara dözməyib Amaci ilə mübarizə aparır. Amaci Siaya qarşı mübarizə üçün oğlu Raqhava müraciət edir. Londondan vətənə, anasına kömək üçün qayıdan Raqhav heç kimin gözləmədiyi halda Siaya vurulur və onunla evlənir: "Həyat bəzən elə ağır olur ki, üzləşdiyi çətinliklər qarşısında insan aciz qalır və "Bu zalım dünyada doğulma" deyir. Lakin dünya zalım deyil, insanlar zalımdır”.

Serilada artıq rolunu başa çatdıran aktrisa Şarma onu da deyib ki : “Raqhav və Sia ölsə də onların əkiz qızları böyüyəcək, 18 ildən sonra öz valideynlərinin yolunu davam etdirərək Amaciyə qarşı mübarizə aparacaqlar. Həmişə olduğu kimi, Xeyir Şərə qalib gələcək və Amaci uduzacaq”.

Mumbayın şərqində yerləşən Qoreqaon qəsəbəsində çəkilən teleserialın istehsalçısı olan "Shakuntalam Telefilms" kinostudiyasının prodüseri Şyamaşiş Battaçarya da son seriyanın nə zaman çəkiləcəyini hələ bilmədiklərini deyib. "Teleserialın bu qədər populyarlıq qazanacağını gözləmirdik. Ona görə də öz üzərimizdə ciddi məsuliyyət hiss edirik. Artıq bir neçə ölkədə serial yayımlanır və bir neçə ölkə də serialı yayımlamaq üçün bizə müraciət edib. Bu bizi sevindirir”.

Dram janrında çəkilən “Bu zalım dünyada doğulma” serialında aktyorlar obrazlarını xüsusi jestlər, mimikalar, döyüş səhnələri ilə daha da maraqlı edirlər. Rollarını daha da gözəl ifa etmələri üçün gənc aktyorlara hind aktyor məktəbinin müəllimləri xüsusi olaraq dərslər keçir. Bu serialda musiqi, rəqs və geyim tamaşaçı üçün ikinci planda qalır. Tamaşaçı üçün obrazların yaşadıqları hadisələr: nifrət, qəzəb, qorxu, cəsarət, sevgi, kədər, təəccüb hissləri daha çox əhəmiyyət daşıyır.

İndi Bakının bir çox kafe və yeməkxanalarında Amacinin əlində kabab şişləri və armudu stəkanda çay olan şəkillərinə rast gələ bilərsiniz. Bazarlarda satıcılar sizə Amacinin, Sianın yaylıqlarından almağı təklif etsələr, təəccüblənməyin. Filmdə yaşananların bəziləri cəmiyyətimizə yad olsa da əksər izləyicilər baş verənlərlə öz ölkəmizdə də rastlaşdığını dilə gətirir və Sianın dərdini öz dərdi bilir. Elə bunun üçün də hadisələr obrazlarla tamaşaçılarını doğmalaşdırır.

Azərbaycan kanallarında may ayıının 1-dən xarici serialların yayımı dayandırıldı. “Space” telekanalı tamaşaçılarını qəhrəmanlarının başına gələcəklərdən xəbərsiz qalmamaları üçün xüsusi bir veriliş hazırlayaraq bir-birinə zidd olan obrazlardan hansının haqlı olmasını müzakirə etməklə yanaşı, növbəti seriyalarda baş verəcək hadisələr haqqında da qısa məlumatlar verirdi. Bu günlərdə isə proqramın yayımının dayandırılacağı gözlənilir.


Geri dön

_favorit_arkadas

  • 3 iyun 2012 17:32
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
ANGEL OF LOVE,
hmm məndə

--------------------

_Kyonul_

  • 24 may 2012 14:44
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
zehlem gedirdi bu serialdan.yaxsi ki dayandirdilar. angry

--------------------

Malina

  • 14 may 2012 15:01
  • Məqalə: 1
  • Şərh: 186
  • Bal:
{awards}
Amaci cox yasa
favori serialarimdan biridir heyiflki yarimciq qoydular sad

--------------------
[pppppp]

ayse arman

  • 12 may 2012 17:52
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
nifret eliyirem angry

m.gulshen

  • 12 may 2012 17:24
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
cox menasiz serial idi yaxsiki day xarici sariallari vermirler

HappyNezrin

  • 12 may 2012 17:05
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
maraqlidir.baxiram bu kinoyo.

Nikoyl

  • 12 may 2012 15:22
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Maraqli Kinodur

--------------------

LoVe_LiFe

  • 11 may 2012 21:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
heec baxmamisam baxmaqda istyemiremm tesekkurler maraqli xebere gore

..:MeleK kiz:..

  • 11 may 2012 20:52
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
zehlem gedir ee bu kinodan

✰GoLd GirL✰

  • 11 may 2012 20:40
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
yaxsi ki, qurtardi bu xarici seriallar da.........

★Miss Love★

  • 11 may 2012 18:21
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: L115A1
amaci yox Polat Alemdar N 2

mencede eledir lol
bu seriala baxmiram amma nenem ne vaxт bize gelirdi ele hemiwe bu seriala baxirdi esasen bu seriala уawlilar cox baxirdi ele ona gorede bu seriali kesende en birinci soуenler уawli neneler babalar oldu wink

B_A_H_A_R

  • 11 may 2012 12:01
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Baxmiram harda baxan oldugunu gorsem icaze vermirem tesekkur melumata gore

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Dalga

  • 11 may 2012 00:56
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Xeber ucun tewekkurler Baxmiram bu seriala

--------------------

VIPTOZ

  • 11 may 2012 00:50
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
seriala baxmiram.ama bu seriala cox adam baxirdi.indi yeqinki onlar ucun bu vezyet serf elemir.xebere gore tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

:..GIZEMLI..:

  • 10 may 2012 23:52
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Millet bu seriala gore qirgin edireee wink Ama men baxmiram,Yaxwiki baxmamisam, onsuzda kesdiler.

Cansi

  • 10 may 2012 23:39
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
hmmm oxudum twk

--------------------
Men eserimin esiriyem

✰GlaMurKa✰

  • 10 may 2012 22:44
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
oxumadim tsk wink

✰Dгeaм✰

  • 10 may 2012 22:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli serialdi.Arada baxiram..

L115A1

  • 10 may 2012 21:55
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
amaci yox Polat Alemdar N 2 wink

--------------------

_RiHanNa_

  • 10 may 2012 21:37
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Zəhləm gedir bu serialdan

✰GoLd GirL✰

  • 10 may 2012 21:35
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
defelerle adini esidirem amma ozum baxmiram........dediklerine gore amaci de axirda muasirlesir heeeeeee???????.........taa ne deyim seriallar bas alib gedir.......

ღ★Diamond★ღ

  • 10 may 2012 21:31
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
vapwe seriala bxmramo ki qaldi hind seiali lol

asel

  • 10 may 2012 20:56
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
cehennem olsun amaci

--------------------
awk aciyi sever.

enigmatic_girl

  • 10 may 2012 20:50
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: ANGEL OF LOVE
baxmiram bu seriala ancaq ewitmiwem))

Ele mende))

--------------------

ANGEL OF LOVE

  • 10 may 2012 20:41
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
baxmiram bu seriala ancaq ewitmiwem))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}