Sevgidə qarşılıqılı anlayış

 
Sevgidə qarşılıqılı anlayış

İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdı...r. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmediyi bir işi görməsini istəyirdi.

Qız: «3 gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş ediblər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər.»

Oğlan: «Bu günlərdə vaxtım yoxdur.»

Qız: «Off… yenə vaxtın yoxdur. Bu roman yazmaq işini bir yana qoy. Onsuzda onun üçün çox vaxtın olacaq. Istəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən.»

Oğlan: «Xeyr!»

Qız: «Nə olar ki sadəcə 1 gün.»

Oğlan:«Dedim ki yox!»

Qız: «3 gün içində ya mənim təklifimi qəbul edəcəksən ya da hər şeyə son qoymalıyıq deyib otaqdan çıxdı.»

Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla 1 otaqda belə oturmurdu.

Və 3 cü qecə...

Oğlan: «Danışmalıyıq.»

Qız: "Əgər toy haqqında danışacaqsansa qulaq asaram."

Oglan: «Xeyr amma çox mühüm bir söhbətdir.»

Qız yenə cavab vermir.

Oğlan: «Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox xoş xasiyyəti var. İstəmədiyim şeylri mənə məcbur etdirmir. Həmdə mənim yazılarımı dəstəkləyir və bir gün məşhur 1 yazıçı olmağıma inanır.»

Qız yoldaşının sözlərindən çaş- baş qalmışdır. Göz yaşlarını gizlətməyə çalışsada iki damla yaş yanağına düşdü.

Oğlan əlini pijamasının döş cibinə ataraq davam etdi:"Şəkilini çəkmişəm. Baxmaq istəyirsən?"

Qız yaşla dolmuş tərs baxıslarını oğlana yağdıraraq

"İstəmirəm! Lazım deyil!"! dedi.


Oğlan işığı söndürüb yatagına girdi. Qız isə yata bilmirdi. Yuxusu qaçmışdı. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranarmış. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini vəd edərmiş. Verdiyi vədləri nə tez unutmuşdur, nə tez dəyişmisdir. O günlərə qayıtmaq, sevgisini yenidən geri qazanmaq istəyərdi. Yenə ağlamağa başladı. Sonra gözü yoldaşının döş cibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili pijamanın döş cibindən çıxartdı.

Baxdı...

Doyunca ağlamaq istədi...

Doyunca gülmək istədi...

Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da çox gözəl idi.

Öz şəkili idi. Özünün xəbəri olmadan çəkilmiş 1 şəkil.

Qız sevincək halda əyilib sakitcə yoldaşının yanağından öpdü.


Geri dön

LoVe_LiFe

  • 11 may 2012 22:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
AYYDAA SUPPER COOX BEYENDIMM EE TESEKKURLER HEKAYEYE GOREE

Angel-11

  • 11 may 2012 21:40
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
oxudum coox maraqli idi.. Mende de eleolsapisolardim.. Ama yaxsiki her birhekayeni gozel sonu kimi buda gozel son oldu... love love love hmmmmmmm

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

★Miss Love★

  • 11 may 2012 18:11
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Hem cox maraqli hemde gulmeli geldi mene bir sozle beуendim bu hekaуeni тewekkurler muellife=)

AysU_DilarE

  • 11 may 2012 13:03
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
coxx gozel hekayedi twkr edirem muellife

--------------------

B_A_H_A_R

  • 11 may 2012 11:57
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Tesekkur beyendim hekaye maraqlidir

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Asima

  • 11 may 2012 08:46
  • Məqalə: 1
  • Şərh: 78
  • Bal:
{awards}
ela tewekkurler wink

_favorit_arkadas

  • 11 may 2012 00:22
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Hekaye ucun tewekkurler...

--------------------

✰GlaMurKa✰

  • 10 may 2012 22:41
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: love me
Hekaye ucun tesekkurler.

Deniz

  • 10 may 2012 22:23
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Evvel oxuyanda oglani oldurmek istedim, sonra gordum ki usaq romanikdi....Ayyy ne super idi, cox beyendim...Ellerine saglik baciwim wink love

✰Dгeaм✰

  • 10 may 2012 21:58
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

L115A1

  • 10 may 2012 21:50
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
ayyy super xowuma geldi. esil sevgiyle yawayan insanlarin xowbextciliyine umumiyyetle hecne cata bilmez..

--------------------

SaRiCkA

  • 10 may 2012 21:49
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
SUPERDIR EEY ALLAHHAQQI COX BEYENDIM HEKAYEDE HUZUN VAR IDI SEVINC VAR IDI COOOOXX E'LA IDI YAZAN ELLERINIZ VAR OLSUN

--------------------

✰GoLd GirL✰

  • 10 may 2012 21:30
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
super elaa hekayedir.........sonu da ela.........○♥♥♥

enigmatic_girl

  • 10 may 2012 20:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
sonunun yaxsi bitmeyine sevindim))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}