Lağ Etməmək, Alçaldıcı Və Təhqiramiz Ləqəblər Qoymamaq

 
Lağ Etməmək, Alçaldıcı Və Təhqiramiz Ləqəblər Qoymamaq

Dini inkar edən insanlar özlərini yüksəltmək və başqa adamlardan üstün mövqe tutmaq arzusu ilə hər də­fə kiməsə lağ etmək, kimisə alçaltmaq, kiməsə ləqəb qoymaq kimi çirkin əməllərə əl atırlar.

Cahiliyyə əxlaqına aid olan belə davranışlarıAllah möminlərəbir-birinə qarşı istfadə etməsini qadağan et­mişdir. Allahın bu hökmü Quranda belə bildirilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilə­rindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləmə­sinlər. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis lə­qəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə et­məyənlər zalimlərdir!» («Hucurat» surəsi, 11).

Möminlər Quranın bu hökmünə əsasən bir-birinə çox hörmətlə yanaşırlar. Çünki mömin insan Allahın ruhu­nu daşıyan, Allahın bir çox xüsusiyyətləriniözündə əks etdirən, Quranın bir çox yerlərində mədh edilmiş, sonsuz mükafatla müjdələnmiş bir varlıqdır. Möminlər bir-birinə Quranda göstərilən şəkildə baxmalı və bir-birinə yüksək əxlaqla yanaşmalıdırlar. Çünki əks təqdirdə, Allahın bu hökmünə etinasız yanaşan insan hə­min ayənin sonunda göstərilən «iman gətirdikdən sonra fasiq adını qazanmaq» təhlükəsi ilə qarşılaşa bi­lər. Əgər insan tövbə edib bu davranışını düzəltməsə, o, həmin ayədə bildirildiyi kimi, zalımlardan olar. Za­lımlıq isə Quranda iman gətirməyənlər üçün istifadə edilən terminlərdən biridir. Sözlə, ləqəb qoymaqla yanaşı, müxtəlif mimika və hərəkətlərlə də lağ etmək olar. Allahın «Huməzə» surəsindəki qaş və göz ifadə­ləri ilə lağ edənlərlə bağlı xəbərdarlığı düşünüldüyündə, lağ etməyin Allah dərgahında nə qədər böyük bir günah olduğu daha yaxşı aydın olur:

«Qeybət edib göz-qaş hərəkətləri ilə tənə vuran hər kəsin vay halına!» («Huməzə» surəsi, 1).

Belə davranan insanın ayənin davamında göstərilən aqibəti lağ etməyin möminlər üçün son dərəcə arzu edil­məz və çəkinilməsi lazım gələn bir hərəkət olduğunu daha aydın şəkildə ortaya qoyur:

«Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odu­dur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hün­dür sütunlara bağlanmış olacaqlar!» («Huməzə» surəsi, 4-9).

Mömin başqa bir möminin səhvini üzə çıxararkən də ona lağ edirmiş, onu ələ salırmış kimi davranmama­ğa və bu davranışla onun qəlbinə dəyməməyə diqqət etməlidir. Belə halda qarşı tərəfin səhvini üzə çıxarıb ona bildirən insan,özünü qarşısındakından daha ağıllı hesab etməsi, özünü səhvsiz görməsi yanlış hərə­kət olar. Halbuki insanın başqa birisinin xəta, nöqsan və ya mənfi cəhətlərini üzə çıxarıb ona lağ etməsi, həmin insanın daha ağıllı, daha üstün olduğunu göstərməz. Hətta ayədə göstərildiyi kimi, bəlkə də lağ edi­lən insan Allahın dərgahında lağ edən insandan daha xeyirli və daha üstündür. Ayənin hökmünə hörmət etməyərək lağ edən insanın isə şüurlu olmadığı, əksinə, ağlının qapalı olması şübhəsizdir. Həmin insan bu hərəkətindən əl çəkməyib xudbin davranışlarını davam etdirsə, o, başqa ayədə də bildirildiyi kimi, «azğın» bir insana çevrilə bilər.


Geri dön

✰GlaMurKa✰

  • 12 may 2012 15:23
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
«Qeybət edib göz-qaş hərəkətləri ilə tənə vuran hər kəsin vay halına!» («Huməzə» surəsi, 1).

LoVe_LiFe

  • 11 may 2012 22:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLER MARAQLI XEBERE GOREE

enigmatic_girl

  • 11 may 2012 19:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
«Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!» («Huməzə» surəsi, 4-9).

--------------------

nurlana77

  • 11 may 2012 18:48
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
maraqliydi.♥♥ ♥♥ ♥♥ twkrler ♥♥ ♥♥ ♥♥

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

sevgi dushmeni

  • 11 may 2012 18:01
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
Asmiya tesekkurlerrr xeberi cox beyendim davami gelmesi dileyi ile

--------------------

Priya

  • 11 may 2012 17:59
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox təşəkkür, Asmiya.Çox bəyəndim.Sağ ol.

--------------------




arnettatrentham

  • 11 may 2012 17:07
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Relojes Tag Heuer, Tag Heuer, Tag Heuer Réplica relojes, falsos relojes TAG Heuer, copia de relojes TAG Heuer, relojes baratos, descuento Tag Heuer relojes TAG Heuer

★Miss Love★

  • 11 may 2012 17:02
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Menim kimese leqeb qoуmaqdan ve lag edib gulmekden cox zehlem gedir...Bele weуi уalniz cox уaxin bir insanla zarafaтa ede bilerem ancaq...maraqli meqale idi тewekkurler

-------

  • 11 may 2012 14:45
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
cox maraqli melumat idi tewekkurler.........

Malina

  • 11 may 2012 14:40
  • Məqalə: 1
  • Şərh: 186
  • Bal:
{awards}
maraqlidi melumata gore sag olun

--------------------
[pppppp]

✰Dгeaм✰

  • 11 may 2012 14:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}