Başın sağ olsun,Azərbaycan!

 
Başın sağ olsun,Azərbaycan!

Bu dəqiqələrdə Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan cəsədlərin dəyişdirilməsi prosesinə başlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus iki, Azərbaycana məxsus hərbiçilərin olduğu avtomobil və Təcili Tibbi Yardım stansiyasına məxsus maşın həmin əraziyə keçib.

Ərazidən iki kilometr aralıda polis postu quraşdırılıb. Jurnalistlərin və mülki vətəndaşların əraziyə keçməsinə icazə verilmir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda aparılan təhvil-təslim prosesində Azərbaycan Milli Qəhhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyiti ilə dəyişdirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib


Geri dön

mirkamal97

  • 11 avqust 2011 06:24
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
nasin saqolsun

basin saqolsun

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 22:14
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 7 noyabr 2010 14:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol bele xebere gore

VIP007_BoY

  • 7 noyabr 2010 12:42
  • Məqalə: 12
  • Şərh: 91
  • Bal:
{awards}

TƏŞƏKKÜRLƏR

--------------------
LeGenD.Az
bizim dostluğumuz.
bizim sevincimiz.
bizİm saytımız.

Yusif

  • 7 noyabr 2010 11:15
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Başın sağ olsun,Azərbaycan!

Dj_Tural

  • 7 noyabr 2010 01:43
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
Bawin sag olsun AZERBAYCAN Allah butun wehidlerimize rehmet elesin!!!!AMIN!!!

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

ReNaT

  • 7 noyabr 2010 00:52
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
sevgi yalandir daha bunun hamsin bele kopu elemwdin bayragida goturerdinde yaxwu deyil niye tek qoydun onu orda_))))))

sevgi yalandir

  • 7 noyabr 2010 00:10
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkruwelr
Bu dəqiqələrdə Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan cəsədlərin dəyişdirilməsi prosesinə başlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus iki, Azərbaycana məxsus hərbiçilərin olduğu avtomobil və Təcili Tibbi Yardım stansiyasına məxsus maşın həmin əraziyə keçib.

Ərazidən iki kilometr aralıda polis postu quraşdırılıb. Jurnalistlərin və mülki vətəndaşların əraziyə keçməsinə icazə verilmir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda aparılan təhvil-təslim prosesində Azərbaycan Milli Qəhhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyiti ilə dəyişdirilir.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}