Nə üçün?

 
Nə üçün?


NƏ ÜÇÜN ŞİƏLƏR XİLAFƏTİ PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) TƏRƏFİNDƏN TƏ`YİN OLUNAN HESAB EDİR?

Cavab: Aydındır ki, müqəddəs islam dini dünya səviyyəli və əbədi bir dindir. Peyğəmbər (s.ə.v.v) həyatda olduğu dövrdə islam ümmətinin rəhbərliyini öz öhdəsinə almışdı. Onun vəfatından sonra ümmətin ən ləyaqətli şəxsi ümmətə rəhbərlik etməli idi. Peyğəmbər (s.ə.v.v)-dən sonra islam ümmətinə rəhbərlik məqamının Peyğəmbər (s.ə.v.v)-in tərəfindən və Allahın əmri ilə tə`yin olunma əsasındamı, yoxsa seçki yolu ilə olan bir məqam olması ilə əlaqədar iki nəzəriyyə mövcuddur. Şiələrin inancına görə ümmətə rəhbərlik məqamı, Peyğəmbər (s.ə.v.v)-in canişini Allah tərəfindən tə`yin edilməlidir, halbuki sünnülərin inancına görə bu məqam seçki yolu ilə baş verir və Peyğəmbəri (s.ə.v.v)-dən sonra ölkə işlərini idarə edən bir şəxsi məhz ümmət seçməlidirlər. (İctimai hesablamalar xilafətin Allah tərəfindən tə`yin olunmalı olmasına şahiddir.)

Şiə alimləri xilafət məqamının Allah tərəfindən tə`yin olunması ilə əlaqədar özlərinin e`tiqadiyyat kitablarında çoxlu dəlillər bəyan etmişlər. Amma əsas məsələ Peyğəmbər (s.ə.v.v)-in dövrünə hakim olan şəraitin düzgün təhlil edilib araşdırılmasıdır, bu da şiələrin nəzəriyyəsinin düzgün olmasına tam dəlalət edir.

Peyğəmbər (s.ə.v.v)-in risaləti dövründə islam aləminin daxili və xarici siyasətinin araşdırılması göstərirdi ki, o həzrətin canişini Allahın tərəfindən və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz əli ilə seçilməlidir. Çünki islam cəmiyyəti üçlük təşkil edən təhlükə – məhv olunma ilə daim təhdid olunurdu. (Roma imperatorluğu, İran padşahlığı və daxili münafiqlər.) Eləcə də ümmətin mənafeyi bunu tələb edirdi ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) onlara siyasi bir rəhbər tə`yin etməklə bütün ümməti xarici düşmənlər müqabilində vahid cərgədə qərar versin, düşmənlərin onlara nüfuz edib (daxili ixtilaflar da buna daha çox kömək edirdi) onlara istila altına almasının qarşısını alsın.

BİR QƏDƏR İZAH

Bu təhlükəli üçbucağın bir tilini Roma imperatorluğu təşkil edirdi. Bu böyük qüdrət Ərəbistan yarımadasının şimalında yerləşirdi və Peyğəmbər (s.ə.v.v) bu barədə daim nigarançılıq hissi keçirir, ömrünün axır vaxtlarına qədər Roma barəsində fikirləşirdi.

Müsəlmanlar ilk dəfə hicrətin 8-ci ilində məsihi dinində olan Roma ordusu ilə Fələstində qarşılaşmışdı. Bu müharibə Cə`fər ibni Təyyar, Zeyd ibni Harisə və Əbdüllah ibni Rəvahə kimi üç böyük sərkərdənin şəhid edilməsi və islam ordusunun məğlubiyyəti ilə sona çatmışdı. İslam ordusunun küfr ordusu müqabilində geri çəkilməsi Qeysər ordusunun daha da cür`ətlənməsinə səbəb olmuşdu, onların daim islam mərkəzinə yürüş etmələri təhlükəsi var idi. Buna görə də Peyğəmbər (s.ə.v.v) hicrətin 9-cu ilində böyük bir ordu ilə Şam sərhədlərinə doğru hərəkət etdi ki, hər növ hərbi toqquşmalara şəxsən rəhbərlik etsin. Başdan-başa əzab-əziyyətlə yanaşı olan bu səfərdə islam ordusu özünün keçmiş heysiyyətini qaytarıb öz siyasi həyatını yeniləşdirə bildi.

Bu nisbi qələbə Peyğəmbər (s.ə.v.v)-i qane etmədi. O, öz xəstəliyindən bir neçə gün qabaq islam ordusunun (Üsamənin rəhbərliyi ilə) Şama doğru hərəkət edib döyüş meydanında hazır olmasını əmr etmişdi.

Düşmənin ikinci tərəfi İran şahlığı idi. Hətta İran şahı Xosrov narahatlığın şiddətindən Peyğəmbərin məktubunu cırıb yerə tökmüş, onun səfirini təhqir etmiş və Yəmənin hakiminə yazmışdı ki, Məhəmmədi tutsun, imtina etdiyi surətdə onu qətlə yetirsin. Xosrov Pərvizin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə ölməsinə baxmayaraq Yəmən nahiyəsinin istiqlaliyyət məsələsi (o, uzun illər İran dövlətinin müstəmləkəsi olmuşdu) İran şahlarının nəzərindən uzaq qalmamışdı, iranlı siyasətçilərin malik olduqları təkəbbür belə bir qüdrətin varlığına dözməyə heç vaxt icazə vermirdi.

Üçüncü təhlükə daxildəki münafiqlər idi. Onlar müsəlmanların əleyhinə daim casusluq edərək nifaq, onların arasında təfriqə salıb təxribat işləri aparırdılar. Hətta Peyğəmbər (s.ə.v.v)-in özünə qarşı belə sui-qəsd hazırl-ayaraq Təbuk-Mədinə yolunda onu öldürmək istəyirdilər. Bə`ziləri də zümzümə edərək deyirdilər ki, Peyğəmbərin vəfatı ilə islam hərəkatı sona çatacaq, hamı xilas olacaqdır.
Münafiqlərin təxribatçılıq qüdrətləri o qədər güclü idi ki, Qur`an “Ali-İmran”, “Nisa”, “Maidə”, “Ənfal”, “Tövbə”, “Ənkəbut”, “Əhzab”, “Muhəmməd”, “Fəth”, “Mücadilə”, “Hədid”, “Münafiqun” və “Həşr” surələrində onların barəsində söhbət açır.

İslamın məhv edilməsi yolunda pusquda duran düşmənlərin varlığı ilə belə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in bünövrəsi yenicə qurulmuş islam cəmiyyətini qorumaq üçün onlara dini, siyasi və sair işlərdə bir rəhbər təqdim etməməsi düzgün olardımı?!

İctimai hesablamalar göstərir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) özündən sonra ümmət üçün bir rəhbər tə`yin etməklə yarana biləcək hər növ ixtilafların qarşısını almalı, möhkəm və dayanaqlı bir müdafiə xətti yaratmaqla islam vəhdətini sığortalamalı idi. Hər növ xoşagəlməz hadisələrin qarşısını (Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra hər tayfanın “rəhbər bizdən olmalıdır” deməsinin qarşısını) almaq üçün rəhbər tə`yin edib onu camaata təqdim etməkdən başqa bir çıxış yolu yox idi. Bu ictimai hesablamalar ümmətin Peyğəmbər (s.ə.v.v)-dən sonrakı rəhbərinin məhz o həzrətin tərəfindən tə`yin olunmasının zəruri olması barəsindəki nəzəriyyənin səhihliyini göstərir.


PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V)-İN AŞKAR BUYRUQLARI

Bu kimi ictimai zəminələr digər səbəblər üzündən Peyğəmbər (s.ə.v.v) be`sətinin ilk dövrlərindən e`tibarən ömrünün axırlarına qədər daim canişinlik məsələsini irəli çəkmiş, öz canişinini həm risalətinin ilk dövründə və nübüvvətini aşkar şəkildə e`lan etmək üçün qohum-əqrəbasını də`vət etdiyi bir məclisdə, həm də ömrünün axırlarında (Həccətul-vidadan qayıdarkən Qədir-Xum adlı yerə), həmçinin həyatının müxtəlif dövrlərində də bəyan etmişdir ki, o həzrətin kəlamlarının üç nümunəsini kitabın əvvəlində (ikinci sualın cavabında) onların mö`təbər sənədini islam mühəddislərinin və alimlərinin kitablarından verməklə bəyan etmişik.

İslamın əvvəllərində mövcud olan ictimai şəraiti nəzərə almaqla, Peyğəmbər (s.ə.v.v)-in, Əmirəl-mö`minin Əli (ə)-ı özündən sonrakı canişin kimi təqdim etməsi barəsindəki kəlamlarına müraciət etməklə aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra islam ümmətinə rəhbərin məhz o həzrət tərəfindən tə`yin olunması qaçılmaz və zəruri bir məsələ imiş.

Nə üçün?


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 00:18
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
ALLAH RAZI OLSUN

LoVe_LiFe

  • 11 may 2012 22:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

nurlana77

  • 11 may 2012 19:12
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
Allah razi olsunn xeebrcun twkrler ♥♥ ♥♥

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

enigmatic_girl

  • 11 may 2012 19:11
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmm tesekkurler....

--------------------

✰GoLd GirL✰

  • 11 may 2012 18:45
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun........

★Miss Love★

  • 11 may 2012 17:30
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
maraqli meqaleуe gore тewekkur edirem))

✰Dгeaм✰

  • 11 may 2012 13:15
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun deyerli meqale ucun.

_RiHanNa_

  • 11 may 2012 10:12
  • Məqalə: 84
  • Şərh: 1610
  • Bal:
{awards}
Sitat: B_A_H_A_R
Allah razi olsu tesekkurler

Çoooox maraqlı id..i

B_A_H_A_R

  • 11 may 2012 09:21
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
Allah razi olsu tesekkurler

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}