Sevmək qovuşmaqdır

 
Sevmək qovuşmaqdır

Məcnun Leylisinə qovuşmadı, kim bilir, bəlkə, bizə elə gəlir, bəlkə, qovuşublar daha. Bəlkə, qovuşub küsüşüblər, bəlkə o Leyli-Məcnun eşqindən peşman da olublar. Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə, buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır.

Qovuşsalar da, qovuşmasalar da, bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçək anlamda qovuşmaq demək deyil ki. Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır. Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar. Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə də birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır.

Sevmək qovuşmaqdır

Bəndəsinə istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə bəndəsini imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur.

Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Bəndənin Allahı sevməsi Allahın bəndəyə ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.

Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!


Sevmək qovuşmaqdır

Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

Allah “bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim” buyurur. O, əlbəttə bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün “xaric anlayışı yoxdur.”

Sevmək qovuşmaqdır

Məcnun Leylisiz öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs — bədənin istəyi, ruh Allahın sirridir, məkanı da Cənnət. Ruh istədiyini özünə cənnətə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq.

Yaşı səksəni ötmüş Məmmədsəid dədə yönünü qibləyə çevirib “Allahu Əkbər” deyən kimi ömür-gün yoldaşı Zibeydə nənə kürəyində hazır olur. Özləri də unudublar ki, bu mənzərə neçə illərdir beləcə davam edir, əlli, altmış, altmış beş… Amma heç yorulmayıblar, heç usanmayıblar. Bir çətən oğul-uşaq böyüdüblər, bir kənd sayılacaq qədər nəvə-nəticələri var, amma hər dəfə ilk sevgi kimi yanaşı durub qibləyə yönəlirlər, hər gün təzətərdilər, hər gün təravətli, hər gün şuxdular. Hərəsinin də öz canamazı var, illərdən bəri alın qoyulduğundan səcdə yerinin rəngi seçilməz hala gəlib, amma dəyişmək, yeniləmək istəmirlər, çünki o canamazlar illərin səcdə şahidləridir, birgəliyin, sədaqətin şahidləridir.

Sevmək qovuşmaqdır

“Allah ataa, anaa rəhmət eləsin, ay Zibeydə, kürəyində namaz qılan arvadı olmaq Misirə sultan olmaqdan əfdaldı”. Məmmədsəid dədə namazı qurtarıb zikr edəndən sonra yanında büzüşüb dodağı altında dua eləyən ömür-gün yoldaşına deyirdi bu sözləri. Zibeydə nənə də ərinin bu alxışından məmnun halda başını yelləyər, zikrinə davam edərdi. Bu “Misirə sultan olmaq” məsələsi Məmmədsəid dədənin ağlına hardan gəlmişdi, kimdən götürmüşdü bu sözü, heç özü də xatırlamırdı, amma ancaq o məqamda işlədirdi, ancaq Zibeydə nənəyə deyirdi. Onlar ömür-gün yoldaşı olduqları qədər də namaz yoldaşı, dua yoldaşıydılar. Bir dəfə gənclik illərində necə olmuşdusa, aralarına inciklik düşmüşdü. Kişi xanımına əvvəlcə səsini qaldırmışdı, sonra da əlini, özü də heç bir şeyin üstündə. Namaza duranda Zibeydə xanım: “dur, ay Məmmədsəid, nə qədər eləyirəm, qəzəbim keçmir, sən öz namazını qıl, sonra da mən qılaram”- deyib ağlayaraq otaqdan çıxmışdı. Xanımın bu sitəmi kişiyə bərk yer eləmişdi və namazı necə qılıb qurtardığını özü də bilməmişdi. O hadisədən, bəlkə də, qırx il keçmişdi, ömür-günləri bir sevgi nəğməsi kimi oxunub gedirdi, amma o hadisəni də heç unutmurdular, kişi bir balaca səsini qaldıran kimi arvad başı ilə qapıya işarə edir, yəni “gedərəm haa”, gülüşürlər və Məmmədsəid dədə söhbəti dua ilə tamamlayır: “Allah ayırmasın!”

Sevmək qovuşmaqdır

Qovuşmaq sevməyin meyvəsidir, hər sevən qovuşmağa can atar. Sevməyin zövqü olduğu kimi, qovuşmağı istəməyin də ədəbi var. Sevdiyin sizə gələcək, nə gözəl. Bir həftə əvvəldən hazırlıqlar başlar. Ev-eşik, həyət-baca çiçək kimi tər-təmiz olar, hər tərəf gül qoxuyar. Bazarlıqlar, biş-düşlər, geyim-kecim, nə lazımsa, hamısı ədəbinə, qaydasına uyğun… Bəs, sən sevdiyini qəlbinə qonaq etmək, könlünə hakim qılmaq istəsən necə? Bilirsənmi, aləmlərə sığmayan Allah sevdiyi qulunun qəlbinə sığar? Sənin qəlbin o Müsafiri qəbul etməyə layiqmi, hazırmı? Qurdla quzu, atəşlə pambıq bir yerdə ola bilmədikləri kimi imanla küfr də eyni zamanda bir qəlbə sığmazlar. Bir qəlbdə ya o var, ya o birisi. Bir az ondan, bir az bundan mümkün deyil, imanın şərtləri var, şərtlisi yoxdur, ya tam var, bütöv var, ya da yoxdur.

Hər sevməyin qovuşmağı var, hər sevən sevdiyinə qovuşacaq. Bundan zərrə qədər də şübhən olmasın. Sən sevdiyinə bax, hansı ünvana qovuşmaq istədiyinə bax; sən sevməyinə bax; sevdiyinə bax və bir də sevdiyinə layiq olmağa bax, gerisini düşünmə, narahat olma, heç canını da sıxma. Ədəbli sevgi Sırat körpüsü kimidir, səni sevdiyindən başqasına aparmaz.

Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...


Geri dön

✰GlaMurKa✰

  • 2 iyun 2012 23:48
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

enigmatic_girl

  • 14 may 2012 02:09
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!

--------------------

✰GlaMurKa✰

  • 12 may 2012 14:41
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...


tesekkurler sevgi menlik deyil
fellow

COCO_CHANEL

  • 12 may 2012 10:23
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Tewekkur yaxwidi

B_A_H_A_R

  • 12 may 2012 08:27
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
TEsekkur beyendim

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Cansi

  • 12 may 2012 02:02
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
eladi cox beyendim twk

--------------------
Men eserimin esiriyem

GlamouR_

  • 12 may 2012 01:22
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
sONUNCU CUMLE SUPER:: amin!!!
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...

--------------------

LoVe_LiFe

  • 11 may 2012 23:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
INANMIRAM HEC VAXTDA INANMARAM BUNA OLA BILERE 100DEN 50%EE YENEDE TESEKKURLER

I am Happy

  • 11 may 2012 22:40
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
He seven sevdiyine qovusacaq. Men buna inaniram. Meqaleni cox beyendim. Secilmis meqalelerimin icine bele yukledim. Cox sagolun love .

--------------------

enigmatic_girl

  • 11 may 2012 22:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Elbetde qovusacaq:) love

--------------------

Delya_91

  • 11 may 2012 21:56
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah...
love

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

L115A1

  • 11 may 2012 21:40
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
men inaniram ama 50%
recourse

--------------------

★Miss Love★

  • 11 may 2012 21:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli уazidir...Sona kimi oxudum...Sevibde sevdiуin insana qovuwmaq cox gozel bir hiss olar mence...Ele mende sevdiуim insanla qovuwaram inwallah...axirinci cumlenide cox beуendim...ellerine sagliqGüN_GüN,

Angel-11

  • 11 may 2012 21:18
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
maraqli xebere gore tewekkurler... Sevgii coooxgozel hiisssdirrrrrr

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

Psst_bakSANA

  • 11 may 2012 21:03
  • Məqalə: 4
  • Şərh: 160
  • Bal:
{awards}
Men inanmiram ki govusaq.......

--------------------
вσѕ νєя αякα∂αѕ уαℓαη ∂υηуα....вαтѕιη ∂υηуα......

oliviya

  • 11 may 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
tsk,oxudum

✰Dгeaм✰

  • 11 may 2012 21:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Deyerli ve menali xeber ucun cox sag ol.

_favorit_arkadas

  • 11 may 2012 20:53
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaaaaa

--------------------

✰GoLd GirL✰

  • 11 may 2012 20:49
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sag ol........maraqlidir......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}