Peyğəmbərin (s) kəlamları

 
Peyğəmbərin (s) kəlamları

1. «Elm öyrənmək hər bir müsəlmana vacibdir».

2. «Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir».

3. «Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər».

4. «Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verən kəslərdir».

5. «Elmə yiyələnənlər, sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəisə öyrənmək onun üçün Әbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir».

6. «Elm məqsədilə evindən xaric olan şəxs qayıdanadək Allah yolunda olar».

7. «Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər».

8. «Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar».

9. «İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə, Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar».

10. «Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar».

11. «Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər».

12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm». Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir»


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 7 noyabr 2010 14:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Yusif

  • 7 noyabr 2010 11:07
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Təşəkkürlerrrrr

sevgi yalandir

  • 6 noyabr 2010 23:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERRRRRRRRRR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

OK

  • 6 noyabr 2010 23:21
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
10. «Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar».

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}