Erməni ordusunun tarixi biabırçılıqları

 
Erməni ordusunun tarixi biabırçılıqları

Erməni ordusunun tarixi biabırçılıqları və ya həqiqətləri gizlətməyə cəhd

Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun igid əsgərləri ermənilərlə təkbətək döyüşlərdə türkün zərbəsinin nə olduğunu çaqqal daşnaklara dəfələrlə başa salmışlar. Belə döyüşlər zamanı ermənilər hər zaman böyük itkilər verərək ya öz əsgər və zabitlərinin cəsədlərini qoyaraq qaçmış, yaxud da ağ bayraq qaldıraraq Azərbaycan ordusuna təslim olmuşlar. Lakin ermənistan hakimiyyəti bütün bu biyabırçılıqlarını hər zaman müxtəlif üsullarla gizlətməyə çalışmışlar.Məsələn,sən demə, ermənistanın Qarabağ müharibəsində bir ayağından ağır güllə yarası alaraq topal olmuş müdafiə naziri Seyran Ohanyan itkin düşmüş sayılan erməni hərbçilərinin əsl sayından və taleyindən xəbərdar imiş, amma indiyədək utandığından susurmuş və həmişə yalan rəqəmlər səsləndirmiş..

Tərtər istiqamətində gedən döyüşlərin iştirakçısı olan döyüşçülərimiz isə bununla bağlı maraqlı bir faktı xatırladıblar... Məlum olur ki, 1994-cü ilin aprel ayının sonunda Tərtər istiqamətində qanlı döyüşlər gedib və ciddi itkilər verən erməni tərəfi döyüş meydanında çoxlu sayda ölü və yaralı qoyaraq geri çəkilib. Torpaqtəpə yüksəkliyinə növbəti hücumdan sonra Eçmiədzin batalyonunun komandiri, "Kamikadze" ləqəbli kapitan Gevorq Ayrapertyan ağ bayraq qaldıraraq Azərbaycan ordusunun mövqelərinə yaxınlaşıb... O, hərbi hissənin qərargahına aparılıb və dindirilib. Məlum olub ki, G.Ayrapetyanın rəhbərlik etdiyi, ermənistanda formalaşdırılmış 296 nəfərdən ibarət motoatıcı batalyon aprelin 21-də Tərtər istiqamətinə göndərilib. Bir həftəlik fasiləsiz döyüşlərdə batalyonun 200-ə yaxın əsgəri ölüb və yaralanıb. Torpaqtəpədəki son döyüşdə G.Ayrapetyanın yaxın qohumları, eləcə də 83-cü motoatıcı briqadanın qərargah rəisi, "Oçkarik" ləqəbli mayor Qaçik Oqanesyanın meyiti döyüş meydanında qalıb. Briqadanın komandiri, polkovnik Manvel Qriqoryan G.Ayrapetyana nə yolla olursa-olsun xəbər İrəvana çatmamış meyitləri dəyişdirməyi əmr edib. G.Ayrapetyanın sözlərinə görə, geri çəkilən əsgərləri şəxsən güllələyən M.Qriqoryan bu zalımlığına görə "Myasnik" ləqəbini alıb (O, daha sonra ermənistan müdafiə nazirinin müavini olub və "Yerkrapa" Birliyinə rəhbərlik edib. 2007-ci ildə Ter-Petrosyanın tərəfinə keçdikdən sonra M.Qriqoryan ordudan xaric edilib.)

G.Ayrapetyan bildirir ki, o vaxt M.Qriqoryan və o vaxt Dağlıq Qarabağın "müdafiə naziri"nin müavini olmuş polkovnik Seyran Ohanyan ölən əsgərləri Talış kəndində basdırmağı, sənədlərdə isə onları itkin düşmüş kimi qeyd etməyi tapşırıblar. Məqsəd ermənistanda panika yaranmasının qarşısını almaq olub. çünki çoxlu sayda meyit görən ailələr övladlarını Qarabağa göndərməyə bilərdilər. G.Ayrapetyan 1 həftə ərzində 1445 adlı yüksəkliyə gedən yolun sağında 300-ə yaxın erməni əsgərinin basdırıldığını açıqlayıb. O dindirilmə zamanı qorxu içində bəyan edib ki, ermənistana qayıdarsa, həlak olmuş əsgər və zabitlərin yaxınları onu öldürər. Azərbaycan tərəfi belə bir qərar qəbul edib ki, meyitlərin dəyişdirilməsi yalnız G.Ayrapetyanın ifadələri təsdiqləndikdən sonra həyata keçirilsin... Komandanlıqla razılaşdırıldıqdan sonra G.Ayrapetyan buraxılıb. Onun sonrakı taleyi haqqında heç bir məlumat yox idi. Lakin 2009-cu ildə ermənistan mətbuatı belə bir xəbər yaydı ki, 2007-ci ildə intizamsızlığa görə ermənistan Silahlı Qüvvələrinin sıralarından qovulmuş podpolkovnik G.Ayrapetyan həbs edilib... Bu faktlar ermənistanın müdafiə naziri S.Ohanyanın itkin düşmüş əsgər və zabitlərlə bağlı dəfələrlə mətbuatda verdiyi açıqlamalarının yalan olduğunu ortaya qoyur. S.Ohanyan və yaxın ətrafı bu hərbçilərin meyitlərini ermənistandakı ailələrinə göndərmədən onların basdırılmasını əmr ediblər. Beynəlxalq Qırmızı Xaç Komitəsi G.Ayrapetyanın göstərdiyi yerlərdə mütəxəssislərin iştirakı ilə monitorinq apararsa, əsl həqiqət üzə çıxa bilər.

Bu da erməni yalanlarından birinin sonu. Tarix hər şeyi yerbəyer edir.


Geri dön

Ulya

  • 7 noyabr 2010 14:23
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol xebere gore

Yusif

  • 7 noyabr 2010 10:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr

sevgi yalandir

  • 6 noyabr 2010 23:45
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Just For Legend

  • 6 noyabr 2010 23:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
THANKS

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}