Dünyanın sonunun sonu çatdı

 
Dünyanın sonunun sonu çatdı

Mirzənin evinin divarlarında hazırda ən qədim sayılan astronomik təqvimlər, Günəş və Ay illərini səciyyələndirən hesablamalar, habelə Venera və Marsın çoxillik hərəkət mərhələlərini əks etdirən şəkillər var.

Bu freskalar arxeoloqların indiyədək aşkarladıqları ən qədim mayya astronomik təqvimləridir.
Daha doğrusu, freskalar sözün hərfi mənasında təqvimlər yox, Ay aylarının mərhələlərini müəyyənləşdirən, astronomiya ilə bağlı olan bir sıra mürəkkəb riyazi hesablamalardır.

İndiyədək belə hesablamalar "Drezden kodeksi"ndə vardı. "Drezden kodeksi" isə 14-15-ci əsrlərdə hazırlanmış mayya təqvimidir.
Bu təqvim dünyaca məşhurdur, çünki 2012-ci ildə dünyanın sonunun çatacağını bildirir.

ABŞ-ın Boston Universitetinin professoru Uilyam Saturnonun başçılıq etdiyi arxeoloqlar qrupu 2011-ci ildən bəri Qvatemalanın şimalındakı Peten vilayətində, Xultun bölgəsində qazıntı işləri aparırlar.

Xultun ötən əsrdə qvatemalalı fəhlənin təsadüfən aşkarladığı, mayyalara aid ən qədim "ölü şəhər"lərdən biridir. 1920-ci ildə məşhur amerikalı arxeoloq Silvanus Morli şəhərin xarabalıqlarını tədqiq edib, Xultunun xəritəsini hazırlayıb.

Onun yazdığına görə, Xultun on minlərlə insanın yaşadığı iri şəhər olub.
2010-cu ildə Saturnonun şagirdlərindən biri Maksvell Çemberlen xultunlu mirzənin evini tapmışdı.
Həmin yerdə qazıntı işləri davam etdirilib və burada Saturno ilə onun həmkarları 9-cu əsrin əvvəllərində inşa edilmiş evin qalıqlarını görüblər.

Arxeoloqlar evin 3 divarında maraqlı freskalar aşkarlayıblar.
Divarlardan birində 6500-cü ilə qədər Ay, Mars və Veneranın hərəkətləri, tutulmaları və orbitləri barədə məlumatlar vardı. Hesablamalar şərq divarında aparılmışdı və orada 260 gün davam edən dini təqvim də vardı.

Mayya mirzənin divara təqvimləri və hesablamaları niyə yazdığı bəlli deyil. Ola bilər ki, həmin ev mayya astronomların təhsil aldıqları məkan imiş.

Ən maraqlısı isə budur ki, həmin təqvimlərin heç birində 2012-ci il dünyanın sonu kimi göstərilmir.

Alimlərin fikrincə, yeni aşkarlanmış mayya təqvimi 2012-ci ilin dünyanın sonu olacağı barədə mayya təqvimlərinə istinadən səslənən iddiaların sonu sayıla bilər.

Çünki qədim mayyaların təqvimində Yerdə insanların həyatının bundan sonra ən azı 7 min il davam edəcəyi vurğulanır.

Təqvimlərdə 2012-ci ilin xüsusi qeyd edilməməsi də diqqət çəkir. Belə çıxır ki, mayyalar üçün 2012-ci ilin heç bir ciddi əhəmiyyəti olmayıb.

"2012-ci ildə dünyanın sonu olacağını iddia edən və mayya təqviminə istinad edənlər deyirlər ki, onlar 13 "baktun"dan ibarət təqvimi nəzərdə tuturlar. Halbuki yeni tapıntı sübut edir ki, mayya təqvimində "baktun"ların sayı 13 yox, 17-dir və 2012-ci il də dünyanın sonu deyil. Mayya təqvimi bundan sonrakı milyonlarla illəri də hesablayıb", - arxeoloq Devid Stüart deyib.

milli.az


Geri dön

YaKiWiKLi SeRSeRi

  • 13 may 2012 22:50
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
EnD of TiMe,

✰GoLd GirL✰

  • 12 may 2012 16:03
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Demeye sozum yoxdur......Cunki artiq soz demek artiqdir.....

enigmatic_girl

  • 12 may 2012 15:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
mence dunyanin sonu deyilen bir sey yoxdu bos bos danisirlar da...

--------------------

LoVe_LiFe

  • 12 may 2012 14:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təqvimlərdə 2012-ci ilin xüsusi qeyd edilməməsi də diqqət çəkir. Belə çıxır ki, mayyalar üçün 2012-ci ilin heç bir ciddi əhəmiyyəti olmayıb.


ALLAH BILEN MESLEHETDIRR

✰GlaMurKa✰

  • 12 may 2012 13:38
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
"2012-ci ildə dünyanın sonu olacağını iddia edən və mayya təqviminə istinad edənlər deyirlər ki, onlar 13 "baktun"dan ibarət təqvimi nəzərdə tuturlar. Halbuki yeni tapıntı sübut edir ki, mayya təqvimində "baktun"ların sayı 13 yox, 17-dir və 2012-ci il də dünyanın sonu deyil. Mayya təqvimi bundan sonrakı milyonlarla illəri də hesablayıb", - arxeoloq Devid Stüart deyib. belay

★Miss Love★

  • 12 may 2012 13:32
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: EnD of TiMe
Dünyanın sonunun sonu çatdı....cox qeseng sozdur....mence dunyanin sonunun gelmesini demek duzgun deyil..Yalniz Allah biler...Tesekkurler xebere gore

ANGEL OF LOVE

  • 12 may 2012 13:19
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
yalniz ALLAH biler bunu

_RiHanNa_

  • 12 may 2012 12:51
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Oxumuşdum bu xəbəri yenədə thankss)))

✰Dгeaм✰

  • 12 may 2012 12:49
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Dunyanin sonu elbet bir gun catacaq.Onu vaxtini ise hec kim deye bilmez.Amma yene de xeber verdiyin ucun cox sag ol.

hello kitty

  • 12 may 2012 12:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EYY DAGILACAQ DA BU DUNYA QIZLAR KISI OLURLAR, KISILER QIZ OLURLAR, ESIL QIYAMET BUDU OLMUSUK EYY XEBERIMIZ YOXDU

Psst_bakSANA

  • 12 may 2012 12:18
  • Məqalə: 4
  • Şərh: 160
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
вσѕ νєя αякα∂αѕ уαℓαη ∂υηуα....вαтѕιη ∂υηуα......

EnD of TiMe

  • 12 may 2012 11:52
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Dünyanın sonunun sonu çatdı....cox qeseng sozdur....mence dunyanin sonunun gelmesini demek duzgun deyil..Yalniz Allah biler...Tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}