Günün qoroskopu (12.05.2012)

 
Günün qoroskopu (12.05.2012)

Mürəkkəb gündür. Gərginlik səngimir: heç nə qaçırmamaq üçün hadisələrin inkişafını izləmək lazımdır.

Amma yalnız müşahidə etmək kifayət etmir, hərəkət etmək də lazımdır, üstəlik, bəzən çox sərt davranmaq lazım gəlir. Lap “Çətin qoz” filmindəki kimi. Digər tərəfdən, günün müsbət tərəfləri də var: əgər inadkarlıq göstərilərsə, nəinki heç nə itirməmək, həmçinin müəyyən uğurlar əldə etmək olar.

Uğursuz təsadüflər ola bilər. Müəyyən bir şokedici məlumatın sızdırılaraq hamının diqqətinə çatdırılması mümkündür. Belə günlər xasiyyəti möhkəmlədir: əgər panikaya, pis emosiyalara, bədbinliyə qapılmasanız, özünüzlə fəxr edə bilərsiniz.

Qoç - Asan olmayacaq: hadisələrin inkişafı sizin əleyhinizədir. Üstəlik, bunlardan düşmənləriniz də yararlanırlar, onlarla mübarizə isə daha da dözülməz olur. Amma heç bir halda təslim olmayın! İynənin ucu qədər də olsa, nikbinliyinizi saxlamağa çalışın: tezliklə rahat nəfəs ala biləcəksiniz.

Özünüzü qoruyun: səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz ağırlaşa bilər. Qədərində fiziki iş əhvalınızı yüksəldəcək, amma canfəşanlıq etməyin.

Buğa - Bu gün həlli olmayan problemlər və keçilməz çətinliklərin yoxluğu yaxşı haldır. Amma digər tərəfdən, istədiklərinizin yalnız bir qismi əlinizə keçir. Şikayətlənməyin: azacıq zəhmət çəkməklə hər şeyə nail ola bilərsiniz.

Ətrafınızdakılarla münasibətləriniz sakit və rəvandır. Çox hissiyyatlı Buğalar əsl mənəvi yaxınlığın, xoş münasibətin azlığından əziyyət çəkəcək, digərləri isə gündən tam razı qalacaqlar. Pul ala bilərsiniz.

Əkizlər - Daha bir mürəkkəb gün və daha bir sınaq. Hazırsınız? Yaxşı tərəfdaşlar tapmaq çox vacibdir: onların sayəsində bir çox çətinliyin öhdəsindən gələ biləcəksiniz. Hətta bütün dünyanın sizin əleyhinizə getdiyini düşünsəniz də, təslim olmamağa çalışın, çünki tezliklə şəraiti tamamilə dəyişmək şansınız yaranacaq.

Bu gün bir çox Əkizlər maraqlı təkliflər alacaqlar. Bunlara dərhal razılıq verməyin: sizin tələskənliyiniz bədxahlarınızın xeyrinə işləyə bilər. Düşünmək, hər şeyi götür-qoy etmək üçün bir az vaxt istəyin.

Xərçəng - Şərait tədricən də olsa, yaxşılığa doğru dəyişməkdədir. Hələliksə səbrlə gözləmək lazımdır. Qeyri-formal şəraitdə ünsiyyət üçün əla gündür. İstənilən problemi müzakirə edə, öz ideyalarınızı bölüşə, başqalarının fikirlərini dəyərləndirə bilərsiniz.

Valideyn Xərçənglər üçün asan olmayacaq, tez-tez övladları ilə aralarında fikir ayrılıqları yaranacaq. Aşiq Xərçənglərin isə gərək heç nədən şikayətləri olmasın, sevdikləri ilə münasibətləri əla olacaq. Əhvalınız və səhhətiniz də yaxşıdır.

Şir - Əla gündür! Xeyli xoş sürprizlə qarşılaşa bilərsiniz, ən dərin arzularınızın həyata keçməsi də mümkündür. Yeni kəşflər də edirsiniz, bunlardan biri həyatınızı yaxşılığa doğru dəyişə bilər, təbii ki, istəyiniz olarsa. Maraqlı görüşlər gözlənilir. Özünüzə həmfikir tapa, nüfuzlu şəxslərin dəstəyini ala bilərsiniz.

Sevgililərin narahatlıqları üçün əsasları yoxdur - gün o qədər ahəngdardır ki, istənilən fikir ayrılıqları tezliklə aradan qalxır, problemlər həll olunur. Qiymətli hədiyyələr mümkündür.

Qız - Narahatlıq üçün əsas yoxdur. Amma sevinmək üçün də bir səbəb tapmırsınız. Sakitcə işləyib, faydalı əməklə məşğul ola bilərsiniz. Gün bu baxımdan çox məhsuldar olacaq. Sizin öhdənizə düşən - vaxtı boşuna keçirməməkdir. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr bağlaya, həmçinin iş yerinizi dəyişə bilərsiniz.

Şəxsi münasibətlərdə vəziyyət bir qədər gərgindir. Yaxınlarınızla aranızda ciddi fikir ayrılıqları yarana bilər. Burada sağlam düşüncə köməyinizə gələr. Onun sayəsində mubahisənin böyüyüb münaqişəyə çevrilməsinə imkan verməyəcəksiniz.

Tərəzi - Hansısa vacib bir məsələni götür-qoy etməyin zamanıdır. Əgər hazırda belə bir məsələ gündəminizdə deyilsə, o zaman dostlarınızdan «borc» alın: həm öz intellektinizi faydalı yerə sərf edə, həm də yaxşı adamlara dəyərli məsləhətinizlə köməklik göstərə bilərsiniz. İşləriniz alınır: heç bir əziyyət çəkmədən mürəkkəb məsələləri həll edirsiniz.

Eşqinizi etiraf edə, xoşunuza gələn insanı görüşə dəvət edə, şəxsi həyatınızda bəzi dəyişikliklər edə bilərsiniz. Bəxtiniz gətirəcək, amma gərək bir az təşəbbüskar olasınız.

Əqrəb - Heç gözləmədiyiniz yerlərdə çətinliklər yaranır. Peşəkar mövzularda mübahisələr həddən artıq qızğın və bir o qədər də mənasız olacaq. Belə söz davasında həqiqəti ortaya çıxarmaq mümkün deyil, əvəzində qarşılıqlı küskünlük yaranacaq.

Pul xərcləməyin, əksinə, çətin olsa da, toplamağa çalışın. Dəyərli əşyalar, yaxud vacib sənədləri itirmək təhlükəsi var. Bəzi Əqrəblər pul üzündən qohumlarıyla mübahisə edəcək, bəziləri isə ailə büdcəsinə təklikdə nəzarət etməyə çalışacaqlar. Heç də ağıllı iş deyil.

Oxatan - Xoşagəlməz hadisələr bir qazan qaynar su kimi üstünüzə tökülür. Əlbəttə, bəziləri bunda müsbət cəhət axtarırlar - necə də olsa, bədlikdən sonra həmişə yaxşı günlər başlayır. Təbii ki, belə yanaşma çətinliklərin öhdəsindən gəlməkdə azacıq da olsa, yardım edir.

Bir çox Oxatanlar özlərini heç bir problem yoxmuş kimi göstərməklə səhv edir, uduzan zaman nikbinliyini itirməyən oyunçu imici yaradırlar. Bundansa, «oyun»un gedişini, yaxud qaydalarını dəyişməyə çalışın. Sizin inadınızla buna nail olmaq çətin deyil. Fiziki işin qədərini azaldın.

Oğlaq - Başladığınız işləri sakitcə davam etdirin: istiqaməti dəyişmək məsləhət deyil. İnadcıl olun, ən hiyləgər düşməninizi məhz inadınızla diz çökdürə bilərsiniz. Mürəkkəb məsələlərdən qorxmayın. Məhz bu gün bir çox problemlərin həllinə nail ola, işin böyük hissəsini görüb qurtara bilərsiniz.

Günün ikinci yarısı səfərə çıxmaq, şəraiti dəyişmək ehtiyacı yarana bilər. Bir qədər başınızı aydınlatmaq istəyirsiniz, amma bunun üçün dostlarınızın köməyindən istifadə etsəniz, pis olmaz. Sizə xoş əyləncələr!

Dolça - Rəhbərlik və karyeranızın birbaşa asılı olduğu insanlarla aranızda ciddi fikir ayrılıqları yaranır. Sərt iradlardan çəkinin, nəzakətli və mümkün qədər diplomat olun, əks halda öz-özünüzə çətinlik yaratmış olacaqsınız.

Evdə isə problemsiz gün yaşayacaqsınız. Yaxınlarınızla münasibətləriniz ahəngdardır. Sizin üçün çox qiymətli olan insana vacib və mürəkkəb bir problemin həllində yardımçı ola bilərsiniz. Dostlarınız və yaxınlarınız üçün hədiyyə almaq olar.

Balıqlar - Eksperiment etməsəniz, ehtiyatlı olsanız, dərinliyə baş vurmasanız, ciddi problemlərdən qaça bilərsiniz. Ən pis düşməniniz yelbeyinlikdir. Məhz o sizi heç istəmədiyiniz yerə aparır. İşgüzar münasibətlər də istədiyiniz kimi alınmır. Yeni tərəfdaşlarınız, həmçinin öz rəhbərliyinizlə dil tapmaq da çətin olacaq.

Yaxınlarınızla səmimi ola bilərsiniz: sizi anlayacaq, təqdir edəcək və dəstək olacaqlar. Dostlarınız cəsur ideyalarınızın reallaşdırılmasında sizə kömək etməyə hazırdırlar, amma məsuliyyət yenə də sizin boynunuzda olacaq. Odur ki, fikirlərinizi müzakirəyə çıxarmazdan öncə azı iki dəfə götür-qoy edin.


Geri dön

LoVe_LiFe

  • 14 may 2012 00:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tesekkurler qoc burcuu oxudum))))))

enigmatic_girl

  • 12 may 2012 15:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Əkizlər - Daha bir mürəkkəb gün və daha bir sınaq. Hazırsınız? Yaxşı tərəfdaşlar tapmaq çox vacibdir: onların sayəsində bir çox çətinliyin öhdəsindən gələ biləcəksiniz. Hətta bütün dünyanın sizin əleyhinizə getdiyini düşünsəniz də, təslim olmamağa çalışın, çünki tezliklə şəraiti tamamilə dəyişmək şansınız yaranacaq.

Bu gün bir çox Əkizlər maraqlı təkliflər alacaqlar. Bunlara dərhal razılıq verməyin: sizin tələskənliyiniz bədxahlarınızın xeyrinə işləyə bilər. Düşünmək, hər şeyi götür-qoy etmək üçün bir az vaxt istəyin.

Nezere alacam winked

--------------------

✰GlaMurKa✰

  • 12 may 2012 13:45
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Balıqlar - Eksperiment etməsəniz, ehtiyatlı olsanız, dərinliyə baş vurmasanız, ciddi problemlərdən qaça bilərsiniz. Ən pis düşməniniz yelbeyinlikdir. Məhz o sizi heç istəmədiyiniz yerə aparır. İşgüzar münasibətlər də istədiyiniz kimi alınmır. Yeni tərəfdaşlarınız, həmçinin öz rəhbərliyinizlə dil tapmaq da çətin olacaq.

Yaxınlarınızla səmimi ola bilərsiniz: sizi anlayacaq, təqdir edəcək və dəstək olacaqlar. Dostlarınız cəsur ideyalarınızın reallaşdırılmasında sizə kömək etməyə hazırdırlar, amma məsuliyyət yenə də sizin boynunuzda olacaq. Odur ki, fikirlərinizi müzakirəyə çıxarmazdan öncə azı iki dəfə götür-qoy edin.

Young girl...

  • 12 may 2012 13:33
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
twkler........

--------------------

✰Dгeaм✰

  • 12 may 2012 12:56
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli melumat ucun cox sag ol.

..:MeleK kiz:..

  • 12 may 2012 12:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Tərəzi - Hansısa vacib bir məsələni götür-qoy etməyin zamanıdır. Əgər hazırda belə bir məsələ gündəminizdə deyilsə, o zaman dostlarınızdan «borc» alın: həm öz intellektinizi faydalı yerə sərf edə, həm də yaxşı adamlara dəyərli məsləhətinizlə köməklik göstərə bilərsiniz. İşləriniz alınır: heç bir əziyyət çəkmədən mürəkkəb məsələləri həll edirsiniz.

Eşqinizi etiraf edə, xoşunuza gələn insanı görüşə dəvət edə, şəxsi həyatınızda bəzi dəyişikliklər edə bilərsiniz. Bəxtiniz gətirəcək, amma gərək bir az təşəbbüskar olasınız.

ANGEL OF LOVE

  • 12 may 2012 11:08
  • Məqalə: 7
  • Şərh: 946
  • Bal:
{awards}
Oxatan - Xoşagəlməz hadisələr bir qazan qaynar su kimi üstünüzə tökülür. Əlbəttə, bəziləri bunda müsbət cəhət axtarırlar - necə də olsa, bədlikdən sonra həmişə yaxşı günlər başlayır. Təbii ki, belə yanaşma çətinliklərin öhdəsindən gəlməkdə azacıq da olsa, yardım edir.

Bir çox Oxatanlar özlərini heç bir problem yoxmuş kimi göstərməklə səhv edir, uduzan zaman nikbinliyini itirməyən oyunçu imici yaradırlar. Bundansa, «oyun»un gedişini, yaxud qaydalarını dəyişməyə çalışın. Sizin inadınızla buna nail olmaq çətin deyil. Fiziki işin qədərini azaldın.

recourse wink

LoVe_LiFe

  • 12 may 2012 11:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Qoç - Asan olmayacaq: hadisələrin inkişafı sizin əleyhinizədir. Üstəlik, bunlardan düşmənləriniz də yararlanırlar, onlarla mübarizə isə daha da dözülməz olur. Amma heç bir halda təslim olmayın! İynənin ucu qədər də olsa, nikbinliyinizi saxlamağa çalışın: tezliklə rahat nəfəs ala biləcəksiniz.

Özünüzü qoruyun: səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz ağırlaşa bilər. Qədərində fiziki iş əhvalınızı yüksəldəcək, amma canfəşanlıq etməyin.


TESEKKURLER

EnD of TiMe

  • 12 may 2012 11:02
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Buğa - Bu gün həlli olmayan problemlər və keçilməz çətinliklərin yoxluğu yaxşı haldır. Amma digər tərəfdən, istədiklərinizin yalnız bir qismi əlinizə keçir. Şikayətlənməyin: azacıq zəhmət çəkməklə hər şeyə nail ola bilərsiniz.

Ətrafınızdakılarla münasibətləriniz sakit və rəvandır. Çox hissiyyatlı Buğalar əsl mənəvi yaxınlığın, xoş münasibətin azlığından əziyyət çəkəcək, digərləri isə gündən tam razı qalacaqlar. Pul ala bilərsiniz.

Dogurdanda bezi kecilmez cetinlikler var..bunlari bitirsem kas...tesekkurler xebere gore

VIPTOZ

  • 12 may 2012 10:59
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
burclere cox inanmasamda marq ucun baliq ve bugani oxudum.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Miss Love★

  • 12 may 2012 10:22
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
oz burcumu уeni eqrebi oxudum...cox sagol smile

COCO_CHANEL

  • 12 may 2012 10:12
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
men qocameee feel

B_A_H_A_R

  • 12 may 2012 10:03
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
Tesekkur melumata gore

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}