Ermənilər bizim ordudan qorxur

 
Ermənilər bizim ordudan qorxur

Dünyanın qəribə işləri çoxdur və onların arasında Azərbaycana ağıl öyrədənlərin özünəməxsus davranışı da var.
Bu dəfə Azərbaycanı qarşı irəli sürülən «ittiham» guya «Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında» (AASMM) müqaviləyə əməl etməməklə bağlıdır.

Ermənilər tanklarımızı necə sayıb?

Belarusda çıxan «Narodnaya Qazeta» yazır ki, bəs Azərbaycan ona ayrılmış limitləri pozur. Özü də eyni vaxtda iki istiqamətdə – tank və artilleriyanın sayı baxımından.
«Azərbaycan parlamenti ölkənin gələn ilki dövlət büdcəsində hərbi xərclərə təxminən 3 milyard dollar ayırıb. Bununla da Azərbaycan ASSMM-ı imzalayan, sonra da bu müqavilənin şərtlərini kobud şəkildə pozan yeganə ölkəyə çevrilib», - qəzet yazır.
«Narodnaya Qazeta» daha sonra bildirir ki, ASSMM-ın şərtlərinə uyğun olaraq Azərbaycan silahlı qüvvələrində 220-yədək tank, 220-yədək zirehli maşın və 285-ə qədər artilleriya sistemi ola bilər.

Qəzetin iddialarının nə dərəcədə məntiqli olduğuna varmazdan əvvəl, «Narodnaya Qazeta»nın istinad etdiyi mənbələrə nəzər salaq. Nəzər salan kimi, üzümüzə ironik bir təbəssüm qonur. Təbii ki, elə gözlədiyimiz "mənbə" oldu.
Bəlli olur ki, sən demə, "etibarlı və nüfuzlu mənbə" qismində 2007-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, general-polkovnik Mikael Harutyunyanın açıqlamasından istifadə olunur.

Harutyunyan "hesablama" aparıb və öz kövrək barmaqları ilə bir-bir sayıb ki, bəs Azərbaycan tanklar və zirehli maşınların sayına görə AASMM-nın kvotalarını 1,5-2, artilleriya üzrə isə 2-2,5 dəfə keçib.

Ermənilər onu da vurğulayırlar ki, «həmin vaxtdan bəri Azərbaycan onlarla tank və artilleriya sistemi alıb».
Erməni hərbçilərin hesablamalarının siyasi, yəni, gərəkli effekti vermədiyini görəndə İrəvandakı iqtidar işə qoşulub.

Ermənistan parlamentinin spikeri Ovik Abramyan, daha sonra da prezident Serj Sərkisyan iqtidarının kalibrcə daha kiçik mənsubları dəfələrlə bəyan ediblər ki, bəs sayğılı Avropa və ABŞ – Azərbaycan AASMM kvotalarını pozur.
Əslində, hayların dediklərinə fikir verməyə dəyməzdi və bütün bunları «erməni danışar, karvan keçər» ifadəsi ilə unutmaq da olardı.
Fəqət, məsələ odur ki, AASMM müqaviləsinin kvotalarının pozmaqda suçlanan Azərbaycana qarşı irəli sürülən ittihamlar absurd təsir bağışlayır.

Hamının unutmağa başladığı AASMM

1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmmış AASMM 1992-ci ilin noyabrın 9-da qüvvəyə minib. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, elə ilk gündən müqaviləyə əməl etməyib. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dakı iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq edib.
Latviya, Litva və Estoniya isə ümumiyyətlə, elə ilk gündən AASMM-a qoşulmyacaqlarını bəyan etdilər.

Xatırladaq ki, AASMM-ın şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli mahın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.
Sənədə üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.

Azərbaycan AASMM-ni imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırldığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdi.

Məqsəd Ermənistanla elan edilməmiş müharibə şəraitində olan ölkənin silahlı qüvvələrində «zəruri» ixtisarlar aparması tələbləri ilə qarşılaşmasının, yumşaq desək, məntiqi olmaması idi.

Erməni bicliyi necə rəsmiləşdi?

Digər tərəfdən, işğalçılıq siyasəti yürüdən və silahlı qüvvələrini Rusiyadan həddən ziyadə ucuz qiymətə satın aldığı silah, hərbi avadanlıq və texnika sayəsində təmin edən Ermənistanın AASMM-a əsla əməl etməməsi idi.
Ermənilər isə öz aləmlərində çox «bic» tərpənmişdilər.
Onlar ordularındakı texnikanın sayını AASMM kvotalarına qismən uyğunlaşdırsalar da, hərbi potensiallarının bel sütunu olan kontingenti kənarda saxladılar.
Həmin kontingent isə Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazası idi.
Belə vəziyyət ötən aya qədər davam etdi.

Ermənistan anlayırdı ki, Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların başlayacağı təqdirdə Gümrüdəki bazanın potensialından istifadə üçün hüquqi əsasları yoxdur.
Bu səbəbdən də rəsmi İrəvan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü qismində sərhədlərinin toxunulmazlığının təminatçısı qismində Rusiyanın yardımlarını daha «effektiv» etmək üçün Gümrüdəki bazanı faktiki olaraq Moskvanın müddətsiz istifadəsinə verdi.

Beləcə, Ermənistan güya AASMM-ə əməl edən, əslində isə bu müqavilənin şərt və kvotalarını əsla saya almayan dövlət oldu.

Azərbaycanın sözügedən müqavilənin şərtlərini "kobud şəkildə pozmaqla" bağlı suçlamalara gəldikdə isə, həmin şikayətlərin ünvanlandığı NATO və Avropa Birliyi durumu anladığı üçün ermənilərin şivənini qulaqardına vurur.
Eyni zamanda, Şimali Atlantika Alyansı KTMT-də aparıcı rola malik Rusiyanın AASMM-in tələblərini yerinə yetirməməsinin olduqca ciddi mənfi fəsadlara səbəb olacağını vurğulayır.

Ermənistanın sürəkli silahlandığı və ən başlıcası, üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyərək Cənubi Qafqaz bölgəsində vəziyyəti destabilizasiya edən əsas qüvvə olduğu şəraitdə torpaqlarının azad olunmasını tələb edən Azərbaycandan ordusunu zəiflətmək və silahlarını azaltmağı tələb etmək - evinə oğru girmiş adamdan əl-qolunu yanına salaraq dayanıb baxmağı istəmək təsiri bağışlayır. Ermənilər bütün biclik və gicilkərini hər bir yolla rəsmiləşdirmələrinə baxmayaq, çox təəssüf ki, beynəlxalq konvensiyalarda istisna halların nəzərdə tutulması və yersiz etiraz və tələblərə qarşı "dirsək göstərmək" bəndləri yoxdur...

Amma... Hər nə qədər də bizim beynəlxalq prinsiplərə əməl etməyimizə, Ermənistanın isə əməl etməməsinə, dünya birliyinin də bunu qulaqardına vurmasına baxmayaraq, Azərbaycan hər zaman haqlı mövqeyində qalmaqda davam edir və edəcək...


Geri dön

Ulya

  • 7 noyabr 2010 14:15
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
cox sagol xebere gore

Yusif

  • 7 noyabr 2010 10:55
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurlerrr

R_O_M_A

  • 6 noyabr 2010 22:32
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
ermeniler hemise qorxaq olub movzuya gore tew

--------------------

SerSeRi_RuzGaR

  • 6 noyabr 2010 22:30
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
wink TeweKkuR-EdiReM+moVzu-ucUn_

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 17
Cəmi: 41

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}