İnsan haqqında heyrətli faktlar

 
İnsan haqqında heyrətli faktlar

Bu gün tibb elmi canlı aləmin ən mükəmməl varlığı sayılan insanı tam öyrənə bilməyib. Tibb elminin insanla bağlı b vaxta qədər nail olduğu kəşflər də heyrət doğurur.

Bu kəşflərin bir qismi aşağıdakılardır:

İnsan ürəyi gündə orta hesabla 100 dəfə döyünür

İnsan bədənindəki damarların uzunluğu 96 min kilometrdir

Hər insan həyatı ərzində 22 kiloqram dəri itirir

Sağlam insanın dırnağının tam inkişafı 4-6 ay davam edir: Homo Sapiens,

Barmaqlar insanın ömrü ərzində 25 milyon dəfəyə yaxın açılıb-yumulur

Dünyaya gəlməsinə az müddət qalmış ana bətnindəki uşaqlar rok musiqisinə və yüksək səsə təpik ataraq reaksiya verirlər

Hər 20 nəfərdən birində, xüsusən də kişilərdə qabırğaların 1-i artıq olur

Böyrəklər gün ərzində qanı 300 dəfə təmizləyirlər

İnsanın başında 100 minə yaxın saç olur

İnsan genləri ilə şimpanze genləri arasında bənzərlik 98,4 faizdir

300 sümüklə dünyaya gələn insanda yetkinlik dövründə sümüklərin sayı 206-a düşür.

Diş minası insan bədənində ən sərt maddədir

İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür

Hər min körpədən biri tək dişlə doğulur.

***

Rəqəmlərlə insan hüceyrələri :

Sadəcə rəqəmlər ilə ifadə edildikdə belə insanın nə qədər möhtəşəm bir sənət əsəri olduğunu görmək mümkündür.

1. Bir insandakı ümumi hüceyrə sayısı 100 trilyondur.

2. Bir insandakı fərqli hüceyrə növləri 210-a yaxındır.

3. Hər saniyə ölən hüceyrə sayısı təxminən 50 milyondur. Hər saniyə yaradılan yeni hüceyrə sayısı da təxminən 50 milyondur.

4. Ümumi eritrosit sayısı 25 trilyondur. Ümumi leykosit sayısı 25-100 milyard arasındadır .

5. Ümumi sinir hüceyrəsinin sayısı 30 milyarddır. (bir milçəkdə 100 min, siçan beynində isə 10 milyon sinir hüceyrəsi mövcuddur).

6. Beyin qabığındakı (korteks) sinir hüceyrəsi sayısı 10 milyarddır.

7. Beyincik korteksindəki hüceyrələrin sayısı 10 milyarddır.

8. Bütün sinir hüceyrələrinin ümumi sinaps cəmi 100 trilyondur.

9. Normal şəraitdə gündəlik ölən sinir hüceyrələrinin sayısı 50000-100000-dir.heyrətləndirici insan orqanizmi

10. Bir xatırlama prosesində fəal olan beyin hüceyrəsinin sayı 10 milyon — 100 milyondur.

11. Mədə turşusu istehsal edən hüceyrə sayı (kişidə) təqribən 1 milyard, (qadında) təqribən 820 milyondur.

12. Ən kiçik hüceyrə olan spermaların boyu — 3-5 µm-dir.

13. Beyindəki qlia hüceyrələrinin boyu isə 5 µm-dir.

14. Ən böyük hüceyrə olan yumurta hüceyrəsinin diametri 100-120 µm-dir.

15. Bir qaraciyər hüceyrəsinin ortalama böyüklüyü 30-50 µm-dir.

16. Bir eritrositin diametri 7 µm-dir.

17. Bir böyrək hüceyrəsinin nüvəsinin diametri 6.2 µm-dir.

18. Metafazda düzülmüş xromosomların ümumi sahəsi 4.5 µm-dir.

19. Bir mitoxondrinin diametri 0.5-1.2 µm-dir.

20. Bir ribosomun diametri 12-20 nm-dir.

21. Hüceyrə zərinin ümumi qalınlığı 8.0 nm-dir.

22. Bir amin turşusu molekulunun boyu 0.8-1.1 nm-dir.

23. Bir atomun diametri 0.1-0.5 nm-dir.

24. Üst dəri Epidermus hüceyrəsinin ömrü 4.3 gündür.

25. Ayaq dabanı epidermus hüceyrəsinin ömrü 19.1 gündür.

26. Nəfəs borusunu döşəyən epitel hüceyrəsinin ömrü 47.6 gündür.

27. Ağciyər alviol hüceyrəsinin ömrü 8.1 gündür.

28. Eritrositlərin ömrü 120 gündür.

29. Böyrək epiteli hüceyrəsinin ömrü 286 gündür.

30. Sümük hüceyrəsinin ömrü 25-30 ildir.

31. Sinir hüceyrələri isə ömür boyu çalışırlar.

Qeyd:

1µm (mikrometre)= 1/1.000 (10-3) mm

1 nm (nanometre) = 1/1000µm= 1/1.000.000 (10-6) mm


Geri dön

rossioneri-004

  • 11 iyun 2011 14:42
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
xebere gore minnatdaram.

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

Ulya

  • 7 noyabr 2010 14:11
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
winked

Yusif

  • 7 noyabr 2010 10:43
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
maraqli xeberdi thank

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 74

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}