«Eurovision»la bağlı otellərdə qiymətlər görünməmiş dərəcədə qalxıb

 
«Eurovision»la bağlı otellərdə qiymətlər görünməmiş dərəcədə qalxıb

Azərbaycanda «Eurovision» Mahnı Müsabiqəsi həftəsində müştəri gözləyən tək-tük otel qalıb. Bakıda əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş otellər artıq dolub.

Booking.com saytında Bakının 56 oteli haqqında məlumat yerləşdirilib. Onlardan 14-ü mayın 20-27 tarixlərində boşdur – boş otaqların sayı 1-dən 5-ə qədər göstərilib.

Saytda 7 gecəlik yer üçün qiymət ən azı 2 min manat civarındadır.

Bakıda otellərin qiymətləri əcnəbilərin ürəyini heç də açmır. İsveç mediasında çalışan Tomas Toren bir həftə öncə Bakıda ən ucuz otel axtarışıyla gecəsi 70 manatdan aşağı qiymətə olan yer tapmayıb: «Otel qiymətləri Bakıda həddən artıq bahadır. Mən tez-tez Türkiyəyə səfər edirəm və heç belə vəziyyətlə rastlaşmamışam. Jurnalist kimi mənim üçün bahalı oteldə qalmaq mümkün deyil. Bir tanışımın köməyi ilə Bakıda gecəsi 70 manata ev tapdım, amma o qədər pul veriləsi yer deyildi. Məsələn, Türkiyədə belə şərtlərlə 25-30 avroya otel tapa bilirəm».

Hazırda Bakıda 100-ə yaxın mehmanxana var. Son bir ildə paytaxtda 6 beşulduzlu otel istifadəyə verilib.

Almaniyanın «Swoodoo» turizm bürosunun məlumatına görə, Bakıda elə otellər var ki, qiymətləri 6 dəfə qaldırıblar. Turizm üçün şəraiti məhdud olan ölkədə qiymətlərin bu artımı «Swoodoo» bürosunu təəccübləndirib. «Swoodoo»un təmsilçisi Kristian Saller bildirib ki, Bakıda otellərdə bir gecəlik orta qiymət mayın 22-27 arası 341 avro olacaq. Halbuki, bir neçə həftə əvvəl qiymət 140 avro idi.

Bakıda otel təmsilçilərindən müsabiqəyə görə qiymətləri qaldırdıqlarını deyənlər də olub, bunu təkzib edənlər də.

Məsələn, «Old Gates» otelindən "Azadlıq” radiosuna deyiblər ki, adi günlərdə 100 manata verilən tək otağın qiyməti mayın 20-27-də 250 manata qalxıb.

«Ambassador» oteldən isə bildiriblər ki, müsabiqə həftəsi ən ucuz otaq 250 manatdır. Bu rəqəm müsabiqədən əvvəlki həftə 200 manat olub.

«Abu-Arena» oteli isə hər hansı bahalanmadan söhbət getmədiyini deyir.

Ötən ay Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirmişdi ki, nazirlik mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalara qiymətləri artırmamağı tövsiyə edib: «Mehmanxanalar özəl sektora daxildir. Qiymətlərin qalxıb-qalxmayacağı ilə bağlı heç nə deyə bilməyəcəyəm. «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalarda tam hazırlıq işləri görülüb və turistlərin qəbulu üçün də heç bir problem yoxdur».

«İçərişəhər», «Old Gates», «Ambassador» və digər otellərdən bildiriblər ki, əksər yerləri qonaqlarını yerləşdirmək məqsədilə Mədəniyyət Nazirliyi alıb. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azad bazar prinsipinə görə, otellərdə bahalaşma normaldır.

Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda otellər daha çox 3-5 ulduzludur, hər kəsin cibinə uyğun deyil: «Eurovision»un kontingenti əsasən gənc və tələbələrdən ibarətdir. Qərbi Avropadan yox, əsasən, Şərqi Avropadan gəlməsi gözlənilir. Daha kasıb ölkələrdən yəni. Onların «Hilton»da, ya da «Kempinski»də günlüyü 300-500 manat arasında qiymətə qalmağa imkanları olmayacaq. Əsasən kiçik və ucuz otellərin tikilməsinə hədəf qoyulmalıydı».


Geri dön

✰GlaMurKa✰

  • 18 may 2012 00:58
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
Sitat: rebeka
Onda уeqin qariwdirmiwam bagiwla тaтlim

ALLAH bgislasin canim winked

★Miss Love★

  • 14 may 2012 20:34
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: _NICE_GIRL_
yooo canim sen deyesen xeberleri qatmisan cunki men hemise xeber qoyanda yoxlayiram ki tekrar olmasin tekrar olanda qoymuram hemde mennen elave adminler goturmezdiler

Onda уeqin qariwdirmiwam bagiwla тaтlim fellow

enigmatic_girl

  • 12 may 2012 15:50
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
vaauuu yaziq turistler....

--------------------

✰GlaMurKa✰

  • 12 may 2012 15:29
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: rebeka
Bu xeber dunen saутda var idi amma уenede cox sagol baciwka eziууeтine gore

yooo canim sen deyesen xeberleri qatmisan cunki men hemise xeber qoyanda yoxlayiram ki tekrar olmasin tekrar olanda qoymuram hemde mennen elave adminler goturmezdiler fellow

✰GoLd GirL✰

  • 12 may 2012 15:26
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler.....

LoVe_LiFe

  • 12 may 2012 14:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLER MARAQLI XEBERE GORE

Nikoyl

  • 12 may 2012 14:51
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Day qalxacaqda wink

--------------------

★Miss Love★

  • 12 may 2012 14:15
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Bu xeber dunen saутda var idi amma уenede cox sagol baciwka eziууeтine gore smile

✰GlaMurKa✰

  • 12 may 2012 14:10
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
love me,
deymez winked

✰Dгeaм✰

  • 12 may 2012 13:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli meqaledi.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}