Eşqi yazarkən bəzən əllərim ağrayır.Eynilə ürəyim kimi

 
  • 6.11.2010, 22:11
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Eşqi yazarkən bəzən əllərim ağrayır.Eynilə ürəyim kimi

Qaçdıqca o məni qovur. "Bir də eşqə dair yazmayacağam! Mənə eşqi yazdırmayın!'' deyə düşünsəm də, ya eşq məni tapır, ya da aşiqlər. Ya eşq vurur ürəyimə ya da ürəyimdə eşq ağrıyır...

Bu səfər ''eşq cinayətləri'' başlıqlı xəbərlər ilişdi gözlərimə və ürəyimə. Az qala hər gün qəzet künclərinə əks olunur eşq cinayətləri. Təəssüf... Həm əsəbləşirəm, həm kədərlənirəm. Eşqindən intihar edənlərə də, qatil olanlara da... Ölənlərə də, qalanlara da... Yandıranlara da, yananlara da...

Eşq zəhər olmamalıdır... Eşq kimi bir duyğuyla ''cinayət'' kimi bir anlayış yan-yana yaraşdırılmamalıdır…
Sevdiyinin canını alan bir insanın sevgisinə kim inana bilər? Övladını boğaraq öldürən bir ananın sevgisi nə qədər sevgi isə, eşq cinayəti də o qədər eşqdir...
Eşq su kimi həyat verməlidir insana. Amma zəhər olur bəzilərinə!...
Niyə? Səbəb nədir?

Nə yaşamağı öyrədə bilirik, nə də sevməyi...
Nə xoşbəxtliyi izah edə bildik, nə də imtahanı...
Nə həyatı izah edə bilirik, nə də ölümü...
Deyəcəyim budur ki; qovuşmaq üçün sevilməz!!!... Bilməlisiniz ki ''qovuşmaq'' qədər ''darıxmaq'' da gözəldir. Kim bilər bəlkə ''eşqin özü'' qovuşmaqdan daha gözəldir?
Və bunu əsla unutmayın!
Qulaq asın bu səsə…
Eşq biləkdə yaşanmaz, ürəkdə yaşanar… Ürəkdə yaşanan eşq, qovuşa bilmədiyini qırmaz... Qıra bilməz... Çünki qıya bilməz ''Manqal kimi ürək''deyirlər bəzən... ''Eşq'' üçün də manqal kimi bir ürək lazım, yumruq olmuş bir bilək deyil!!!

Eşqə dair yazmayacaqdım amma yenə də yazdım. Eşq yazılacaq bir duyğu deyil. Yazıla bilməz, yaşanar. Eşqi yazmaq da çətindir, yaşamaq da...

Allah yaşayanlara səbir versin. Eşqi yazarkən bəzən əllərim ağrıyır... Eynilə ürəyim kimi...


Geri dön

Ulya

  • 7 noyabr 2010 14:11
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol xebere gore

Yusif

  • 7 noyabr 2010 10:44
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler superrrr tesekkurlerrr wink

OK

  • 6 noyabr 2010 23:02
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
ela

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 158
 
The Shield
Xəbərləri: 50
Cəmi: 313
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 87
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}