[12.05.12] Gündəlik Qaynar Xəbərlər

 
[12.05.12] Gündəlik Qaynar Xəbərlər


12 May 2012 [12:54]
İstirahət günü hava necə olacaq?


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayın 13-də hava şəraitinin Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Mayın 13-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir


12 May 2012 [11:21]
Azərbaycanda iş həftəsi ixtisar oluna bilər


"Azərbaycanda iş həftəsinin müddətinin azaldılması ilə bağlı düşünmək olar. Lakin o da var ki, iş həftəsinin 40 saat olduğu iş yerləri ölkədə o qədər də çox deyil.
Məsələn, məktədə müəllimlər gündə 6 saat olmaqla həftədə 5 gün çalışırlar. Həkimlərdə analoji göstərici 36 saatdır. Dövlət qurumlarında çalışan dövlət qulluqçuları gündə 8 saat olmaqla həftədə 5 gün çalışırlar və onların nahar fasiləsi də var. Belədə, onların iş həftəsi təxminən 35 saat olur. Bütün bunlara rəğmən, hamı üçün iş həftəsinin bir qədər azaldılmsı barədə fikirləşmək olar. Avropa Sosial Xartiyasının bir çox tələblərini Azərbaycan ratifikasiya edib.

Bununla belə, məzuniyyət və iş həftəsinin vaxtı ilə bağlı tələblər hələlik ratifikasiya olunmayıb. Sözügedən məsələ diqqətlə araşdırılmalıdır. Ölkə iqtisadiyyatında özəl sektorun formalaşmağa başdadığı müddət böyük olmadığından, iş həftəsinin sürəyinin 35 saatdan çox olmaması tələbindən sonra bu sektorun inkişafının nə dərəcədə sürətli olması düşündürücüdür".


Bunu "Exo" qəzetinə verdiyi açıqlamasında Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Musa Quliyev deyib.

İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Mərkəzinin sədr müavini Rövşən Ağayev də hesab edir ki, dövlət sektorunda iş həftəsinin sürəyinin azaldılması ilə bağlı düşünməyə dəyər. Fəqət, özəl sektorda analoji addımları ciddi araşdırma və təhlildən sonra atmaq lazımdır.


"Əvvəla, Azərbaycanda iş saatlarının azaldılması və ya artırılması çox adamların maraqlarına təsir etmir, çünki ölkədə işçi qüvvənin yalnız 1/3 hissəsi muzdlu əməklə məşğuldur. Özü də muzdla çalışanların 70 faizi dövlət sektorunda işləyir", - R.Ağayev dedi.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov da eyni fikirdədir. Onun sözlərinə görə, Azərbaycanda hazırda beynəlxalq əmək standartları tətbiq olunur.
"Avropa Sosial Xartiyasına uyğun olaraq, məzuniyyət 4 həftə olmalıdır. Azərbaycanda bu göstərici 3 həftədir, çünki ölkəmiz iş həftəsində saatların azaldılması ilə bağlı Avropa Sosial Xartiyasının tələblərini hələ ratifikasiya etməyib. Hazırda Azərbaycanda həftədə 40 saatdan artıq işləmək olmaz və bu, prinsip etibarilə beynəlxalq standartlara uyğundur", - S.Məmmədov dedi.

Bununla belə, ekspert hesab edir ki, Azərbaycanda iş həftəsini ixtisar edərək Avropa səviyyəsinə çatdırmaq məntiqi deyil, çünki ölkədə 40 saatlıq iş həftiəsindəki vaxtdan tam səmərə ilə istifadə olunmur: "Bəhs etdiyim səbəbdən də həftəlik iş saatlarını azaltmaqla paralel olaraq iş vaxtından səmərəli istifadəni artırmaq daha yaxşı olardı"


Milli.Az


Geri dön

★Miss Love★

  • 14 may 2012 20:35
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
Love World,
Bizi melumaтlandirdigina gore cox sagol=)

LoVe_LiFe

  • 14 may 2012 20:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xeberlere gore tesekkurler

✰GlaMurKa✰

  • 12 may 2012 23:29
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli xeberler idi tesekkurlerr

enigmatic_girl

  • 12 may 2012 19:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlidir

--------------------

Deniz

  • 12 may 2012 19:28
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Sitat: adsiz2
tesekkurler............

Xeberlerime elece "tesekkurler" yazilmasini sevmirem,zehmet olmasa ya hec yazmayin ya da fikrinizi bildin=)

✰GoLd GirL✰

  • 12 may 2012 19:26
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkuler maraqli xeberlerine gore,....

adsiz2

  • 12 may 2012 19:17
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler............

--------------------

LoVe_LiFe

  • 12 may 2012 19:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xeberlere gore tesekkurler maraqlidir

✰Dгeaм✰

  • 12 may 2012 19:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Bize her gun bele maraqli xeberler verirsen.Cox sag ol.Cox maraqli xeberlerdi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}