Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin sirri

 
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin sirri

Misilsiz hədiyyə

Hədisdə gəlmişdir:

Əmirəl-möminin (əleyhis-səlam) Həzrət Fatimeyi-Zəhraya (əleyha-səlam) buyurdu ki, getsin və Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. O xanım getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi: «Asyabı (dəyirman daşını) dolandırmaq məni zəhmətə salmışdır» bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi) cavabında buyurdu: Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəmirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de.

Təsbih xidmətçidən daha üstündür


«Dəaimul-İslam» kitabında Əlidən (əleyhis-səlam) nəql olmuşdur ki, buyurdu: Əcəm Padşahlarından biri Peyğəmbərə bir qul hədiyyə etdi. Fatiməyə (əleyha-səlam) dedim: Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə Fatimeyi-Zəhra (əleyha-səlam) yanına getdi və bu məsələni ona söylədi.
Peyğəmbər buyurdu: «Fatiməcan! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey sənə verim; namazdan sonra 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de və axırda bu üçlük zikri «La ilahə illəllah» ilə tamamla. Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Fatiməyi-Zəhra (əleyha-səlam) bu zikrləri hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında «Fatimeyi-Zəhra (əleyha-səlam)» zikri (təsbihatı) adı ilə məşhurdur.

Zikrin sirri


İmamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) bu məşhur zikrini (34 dəfə Allahu –Əkbər, 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah) əlavə olaraq La ilahə illəllah ilə tamamlayın.
Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cəfər Sadiqdan (əleyhis-səlam) sual edir ki, Kəbə evinin 4 sütunu var.və kub şəkilində dörd güşəlidir.Bunun sirri nədir ? İmam (əleyhis-səlam) buyurdu: Çünkü Beytul-Məmurun 4 rükunu (sütunu) var. Dilənçi soruşdu: Niyə Beytul-məmurun 4 sütunu vardır. İmam (ə) buyurdu: Çünki ərşin 4 sütunu vardır. Dilənçi soruşdu: Ərşin niyə 4 sütunu vardır ? Çünki hər ərş bir rüknün üstündə durur. 1-cisi Allahu-Əkbər, 2-cisi Subhənallah, 3-cü sü Əlhəmdulillah, 4-cüsü La ilahə illəllah-dır. Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir.
Əziz Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) təlim edərək, xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” deyə buyurması, bəlkə də bu zikrin insanı yüksəklərə qədər (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Və elə bu zikri deyərkən dəstəmazlı olmağın, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaztək meraca aparmaq potensialına malik olmasına görədir və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikri iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun müqabilində Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başqa şəxsi özünə məbud qərar versin. Bununla belə ki, «La ilahə illəllah» cümləsi bütün tanrıları inkar edərək, vahid Allahı isbat edir. Bəli, belə bir şəxsin zaman keçdikcə azmasının imkanı azdır; çünki ondan daha möhkəm bir şeyin olmadığı bir şeydən yapışmışdır. Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istəyirik ki, biz günahkar bəndələrinə öz ərşinə yetişməyi və həblul-mətinə (Sarsılmaz ipinə)yapışmaqda yardım etsin.

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin sirri


Geri dön

★Miss Love★

  • 14 may 2012 22:29
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
meqaleуe gore cox sagol=)

networker

  • 13 may 2012 20:23
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Teshekkurler

✰GlaMurKa✰

  • 13 may 2012 17:19
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 13 may 2012 13:12
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Sitat: dj ayka
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

--------------------

✰Dгeaм✰

  • 13 may 2012 11:24
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun deyerli meqale ucun.

LoVe_LiFe

  • 13 may 2012 11:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYERLI MEQALEYE GORE ALLAH RAZI OLSUN

COCO_CHANEL

  • 13 may 2012 11:06
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Maraqlidi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}